Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sabiq rəisin arvadının 150 minlik dələduzluq işi məhkəmədə

mehkeme-huquqKeçmiş polis rəisinin dələduzluqda təqsirləndirilən arvadı Leyla Əkbərovanın cinayət işi üzrə məhkəmə davam edib.

Xeberinfo.com:   Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş kimi tanınmış 4 nəfər ifadə verib.

Zərərçəkmiş Ceyhun Tağıyev həyat yoldaşını işə düzəltmək üçün Leyla Əkbərovaya 9 min manat verdiyini deyib: “Arvadımı işə düzəltmək istəyirdim. Leyla Əkbərovanı qohumum Anarə Məmmədova vasitəsi ilə tanıdım. Leyla Anarənin qardaşının qayınanası idi. Leyla özü pul götürmədiyini dedi. Ona görə də 9 mini Anarəyə verdim. Leylanın internatda direktor olduğunu bilirdim. Yoldaşımın adına bizə maaş kartı da verdi. 2 ay 500 manat maaş aldıq. Verdiyim puldan cəmi 1500 manatını ala bilmişəm”.

L. Əkbərova isə hakimin sualına cavab olaraq ifadə verən zərərçəkmişdən pul almadığını deyib.

Prosesdə digər zərərçəkən Leyla Cəfərova ifadə verib. O da Leyla Əkbərovanı qohumu Anarə Məmmədova vasitəsi ilə tanıyıb. Leyla Cəfərova deyib ki, Anarə onun bacısının qızıdır: “Anarəgilə gələndə Leyla ilə görüşdüm. Leyla məni işə düzəldə biləcəyini dedi. Mən özüm rayonda müəllimə işləyirəm. Dedi ki, məni burada da məktəbə düzəldəcək, adım gedəcək, maaş alacam. 3 min pul lazım olduğunu dedi. 52 yaşım var, xəstəlik adı ilə mənə pensiya düzəldəcəkdi. Pulu Anarəyə verdim”.

Digər zərərçəkən Aynur Cəfərova ifadəsində Leyla Əkbərovanı toyda gördüyünü deyib: “Leylanı xalamın oğlunun nişanında görmüşəm. Anama pensiyaya düzəldə biləcəyini dedi. 3 min manatı Anarə vasitəsi ilə ona verdim. Ancaq iş düzəlmədi”.

Zərərçəkən Zaur Elmanov Leyla Əkbərovaya 15 min manat pul verdiyini deyib: “Bacımgilə gələndə Leyla Əkbərovanı tanımışam. Bacımla quda idilər. Leyla dedi ki, direktoru olduğu internat evində təsərrüfat işlərinə nəzarət üçün məni işə düzəldə bilər, həm də dərs deyə bilərəm. Aylıq maaşı isə 1500-1800 manat olacaqdı. İş düzəlmədi. 10 min manatımı qaytardı. Qalanı qalır. Bankdan götürdüyüm pulları hələ də ödəyirəm”.

Lalə Əkbərova qısa çıxış edib. O, Z.Elmanovdan cəmi 11 min manat aldığını bunu da saxlamaq məqsədi ilə aldığını deyib.

Qeyd edək ki, dələduzluqda təqsirləndirilən L.Əkbərova Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin keçmiş rəisi Mahir Əkbərovun arvadıdır. L.Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə ittiham olunur.

Məlumata görə, 95 saylı orta məktəbdə müəllimə işləyən Leyla Əkbərova əri Mahir Əkbərovun qardaşı Elçin Əkbərov vasitəsilə xaricə qaçmaq istəyirmiş. O, pasportunu dəyişdirərkən saxlanılıb. Elçin Əkbərov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib və hazırda Almaniyada mühacir həyatı yaşayır.

Adı dələduzluqda hallanan polis rəisi Mahir Əkbərov polis orqanlarından xaric edilib.

Leyla Əkbərova ümumilikdə 150 min manat pulu dələduzluqla mənimsəmədə təqsirləndirilir. (Lent.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam