Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Jurnalistlərin binasından mənzil veriləcəyi vədi ilə dələduzluq edən baş redaktora hökm oxunub

 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Zaman Press" qəzetinin baş redaktoru Gündüz Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb

 

Yenixeber.org: Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 3 il rəhbər və jurnalist fəaliyyətilə məşğul olmaqdan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror G.Hüseynovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttiham aktına əsasən, G.Hüseynov öz içilərinin 264 min manatdan artıq pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2-ci (iştirakçılığın növləri, rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmədə şahid qismində dindirilən Sveta Qarayeva bildirib ki, həyat yoldaşı Bayram İsmayılov cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb: "Yoldaşım rəhmətə gedib. Gündüz Hüseynov ərimdən 33 min manat pul alıb. O, mərhum həyat yoldaşına saxta jurnalist vəsiqəsi verib və jurnalistlərə tikilən mənzildən də ev alacağı vədini verib.

Digər şahid Xalidə İsmayılova ifadəsində söyləyib ki, o, "Zaman Press" qəzetində çalışıb, qəzetin rəhbəri G.Hüseyova 42 min manat pul verib: "Qəzetdə 6 ay çalışdım. Rəhmətlik anamın adından qəzetə yazılar verirdim. Anam məktəbdə dərs deyirdi. Gündüz Hüseynov mənə jurnalistlərə verilən mənzildən ev alacağı vədi verdi. Ona 42 min manat pul da verdim, lakin sözünə əməl etmədi".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam