Redaktor seçimi
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Günün xəbəri

Davosda İlham Əliyevin sülh mesajları – Azərbaycan dünya siyasətinin mərkəzində -ŞƏRH

 

Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanın aktiv iştirak etdiyi beynəlxalq tədbirlər sırasında xüsusi rola malikdir. Prezident İlham Əliyev də mütəmadi olaraq onun bütün tədbirlərinə qatılır.

Yenixeber.org: Cənubi Qafqazda lider mövqeyə malik olan Azərbaycan hər il sosial-iqtisadi, siyasi, enerji, nəqliyyat və digər sahələrdə uğurlar əldə edir və bu nailiyyətlərə dünyanın marağı getdikcə daha da artır. Azərbaycanın Ümumdünya İqtisadi Forumunda iştirakı və fəallığını ilbəil artırması Prezident İlham Əliyevin rəhbərliyi sayəsində davamlı uğurlarla bağlıdır. Dövlət başçısı hər il keçirilən iclaslar çərçivəsində çıxışlar edir, panellərə qatılır, çoxsaylı suallara cavab verir.

Digər bir mühüm amil də xüsusi qeyd edilməlidir. Davos forumu yüksək reytinqli olduğuna görə belə bir tədbirdə çıxış etmək cəsarət və hərtərəfli hazırlıqlı olmaq tələb edir. Bu, yüksək intellekt və hazırlıq olmadan spontan suallara cavab vermək, onların məcrasının hara yönələcəyini öncədən proqnozlaşdırmaq çətindir. Lakin İlham Əliyev Davosda hər dəfə öz çıxışları ilə maraq oyadır və Azərbaycanın tanıdılması baxımından bu çıxışların böyük rolu olur.

Forum çərçivəsində Azərbaycan lideri bir çox ikitərəfli, eləcə də müxtəlif ölkələri təmsil edən biznes nümayəndələri ilə görüşlər keçirib, panel iclaslarda iştirak edib, "Euronews" televiziyasına müsahibə verib. Bütün görüş və çıxışlarda Azərbaycanın Avrasiya məkanı üçün mühüm əhəmiyyətinin vurğulanması bir daha sübut edir ki, Prezident İlham Əliyevin Davos Ümumdünya İqtisadi Forumunda iştirakı bu dəfə də Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi baxımından geosiyasi və geoiqtisadi cəhətdən çox böyük əhəmiyyət daşıyır.

 

Prezidentə illik toplantı çərçivəsində "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclas ünvanlanan ilk sual hesab edirik ki, diqqət çəkən məqamdır. Panel müzakirənin moderatoru hər sualında İlham Əliyevə "siz necə düşünürsünüz", "həlli necə görürsünüz" müraciətləri mühüm bir məqamdır.

Bəli, dünya Azərbaycanı öz ərazisində separatizmə son qoyan, suverenliyi və ərazi bütövlüyünü təmin edən ilk ölkə, regiona sabitlik gətirən dövlət kimi qəbul edir. Dünyada onun təcrübəsinə istinad edilir. Təsadüfi deyil ki, müzakirələrdə də əsas diqqət məhz sülh, regionun çiçəklənməsi və Ermənistanla inteqrasiyaya yönəlib.

Prezident İlham Əliyev vurğulayıb ki, ötən ilin avqustunda hər iki tərəf sülh sazişini parafladı və üç onillikdən artıq çəkən müharibəyə, qan tökməyə son qoymaqla tarixi nailiyyət əldə olundu: "Həmin sülh sazişinin nadirliyi ondan ibarətdir ki, o, son qanlı toqquşmadan sonra iki ildən az müddətdə paraflandı. Beləliklə, bu göstərir ki, əgər hər iki tərəfin güclü siyasi iradəsi, sülhə sadiqliyi olarsa, onda siz kifayət qədər qısa müddət ərzində barışıq əldə edə bilərsiniz. Paraflanmış sənəd bu gün praktiki nəticələrə çevrilir".

Prezident bəyan edib: "Biz sülh şəraitində nəinki cəmi 5-6 aydır yaşayırıq və bu vəziyyətdən yararlanırıq, o cümlədən nə Ermənistan, nə Azərbaycan müstəqil ölkələr kimi heç zaman sülhdə yaşamayıblar. 1991-ci ildə müstəqil ölkəyə çevrildiyimiz zaman biz artıq hərbi toqquşmada idik. Lakin bu gün sülhün faydası əməkdaşlığın başlanmasında əks olunur. Olduqca mühüm neft məhsullarının birinci hissəsi Azərbaycandan Ermənistana göndərildi və bu, qiymətlərin aşağı düşməsinə imkan yaratdı".

 

Ölkə başçısı əlavə edib ki, iki və ya üç il əvvəl belə addımı tamamilə təsəvvür etmək olmazdı və bu gün o, artıq reallıqdır: "Düşünürəm ki, heç nə bu prosesə müdaxilə edə bilməz. Fikrimcə, əlavə görəcəyimiz işlər ondan ibarətdir ki, hər iki tərəf sülhdə yaşamağın nəticələrini göstərməlidir ki, biz də bu proses çərçivəsində cəmiyyətlərimizin tam dəstəyinin şahidi ola bilək. Lakin mən çox nikbin baxıram, çünki əldə olunan nəticə, həqiqətən, Ermənistanın, Azərbaycanın və Cənubi Qafqazın xeyrinədir. O, vaxtilə çox dərin ədavəti olmuş ölkələrin əməkdaşlıq mərhələsinə gəlib çıxmasının nümunəsini özündə əks etdirir".

Panel iclasın ən mühüm və maraqla qarşılanan hissəsi Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın çıxışında Azərbaycan Prezidentinə dəfələrlə təşəkkür etməsidir: "Cənab İlham Əliyevə də minnətdaram, görülən işləri təqdir edirik. Bu gün və yaxud dünən idi, səhv etmirəmsə, Prezident Əliyev qeyd etdi ki, biz sülh və əmin-amanlıq şəraitində yaşamağı öyrənməliyik. İnandırım ki, bizim üçün adi vəziyyət deyil, çünki bu sənədlər imzalanmamışdan əvvəl buna öyrəşməmişdik".

Vaaqn Xaçaturyanın etdiyi digər bir etirafı da xüsusi qeyd etmək olar. O bəyan edib ki, əslində, Prezident İlham Əliyevdən sonra nəsə demək çox çətindir. Bununla da dünyanın bir çox rəhbərlərinin qəbul etdiyi və bəyan etdiyi fikri Ermənistan Prezidenti də etiraf edib.

V.Xaçaturyanın çıxışını ölkəsinin əvvəlki rəhbərlərinin işğal siyasətinin etirafı kimi də qəbul etmək olar. O, Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən erməni rəhbərləri üstüörtülü şəkildə tənqid də edib. Bildirib ki, artıq hər iki ölkə bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, yurisdiksiyalarına hörmət edir və bunlar rəhbər prinsiplərdir.

 

Bəllidir ki, məhz Ermənistan rəhbərliyi ərazi iddiaları ilə çıxış edib, eyni zamanda, havadarlarının dəstəyi ilə işğal siyasətini davam etdirib, sülh prosesini yubanıb.

Panel müzakirə zamanı iştirakçılar və bu çıxışı izləyənlər Azərbaycan Prezidentinin sülh, əmin-amanlıq mesajlarını bir daha eşitdilər.

"Hər bir şey öz əllərimizdədir", - deyən Prezidentin mesajında mühüm məqamlar kifayət qədər idi. Otuz ildən artıq müddətdə Azərbaycan xalqı çox ağır günlər yaşadı, ərazilərini itirdi, milyonlarla insan evsiz qaldı və məcburi köçkün həyatı yaşadı. Prezidentin də ifadə etdiyi kimi, lakin Azərbaycan xalqı ümidini itirmədi: "Ədaləti, beynəlxalq hüququ və suverenliyimizi bərpa etməkdə cəsarətimizi itirmədik. Bu, bizdən 30 il aldı. Həmin vaxt, 30, 20 və 10 il əvvəl və indi beynəlxalq təsisatların davranışı dəyişmədi. Biz dəyişdik bunları. Biz kiminsə gəlib bizim üçün hər bir şeyi düzəldəcəyinə inanmağı dayandırdıq. Beynəlxalq vasitəçiliklə bağlı bütün ümidlərimiz tam alt-üst oldu".

Yeri gəlmişkən, ölkə başçısı müzakirələrdə bu işğala göz yuman dövlətləri də diqqətdən kənarda qoymayıb. Bildirib ki, BMT TŞ ərazilərimizdən erməni qoşunlarının çıxarılmasını tələb edən dörd qətnamə qəbul etsə də, onlar kağız üzərində qaldı. ATƏT və digər beynəlxalq təsisatlar çoxsaylı qətnamələr qəbul etdilər: "Onların heç biri biz vəziyyəti öz əlimizə alanadək həyata keçirilmədi. Biz özümüz bunu etdik. Biz ədaləti, beynəlxalq hüququ, suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdik, sonra isə sülhə nail olduq".

 

"Dediyim kimi, biz həmin müharibəyə dünyanın bir nömrəli ofisində son qoyduq", - deyə Prezident bəyan edib.

Hər bir münaqişənin həllində, şübhəsiz ki, önəmli olan odur ki, ölkələr kənar müdaxilə olmadan sülh danışıqlarına getdilər. Nəticə də ortadadır. Azərbaycan Prezidenti də erməni həmkarının yanında bunu xüsusi vurğuladı. Vaaqn Xaçaturyan da, çox güman ki, Azərbaycan Prezidentinin "Biz beynəlxalq təsisatlara arxalanmamalıyıq" sözlərinin arxasında nələrin durduğunu da gözəl başa düşdü. Məhz ondan əvvəlki erməni liderlər 30 ildən artıq müddətdə danışıqlar prosesini uzatdılar, sülh prosesinə əngəl oldular.

Azərbaycan liderinin panel müzakirədə etdiyi çıxışda verdiyi daha bir mesaj diqqət çəkir. Və bu mesajı tarixi fikir kimi də qiymətləndirmək olar.

"Beləliklə, mən daha nikbinəm, xüsusilə də bizim Ermənistanla bağlı məsələmizdə. Otuz il davam etmiş müharibə və qan tökülməsindən sonra həqiqi sülhün bərqərar olması hər halda misilsiz bir hadisədir", - dövlət başçısı vurğulayıb.

Göründüyü kimi, Azərbaycan Prezidenti növbəti dəfə nüfuzlu beynəlxalq tribunadan hər kəsə dərs keçdi, mesajlar verdi. Beynəlxalq ictimaiyyət də bir daha Azərbaycanın sülh təşəbbüsündə nə qədər səmimi olduğunu eşitdi, gördü və ən əsası, bunu paneldə iştirak edən Ermənistan Prezidenti də etiraf etdi.(Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam