Redaktor seçimi
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Günün xəbəri

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə ödəniş məbləğləri dəyişə bilər

 

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə ödəniş məbləğləri sığortalanan obyektlərin dəyərinə uyğun müəyyən edilə bilər.

Yenixeber.org xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Sığorta fəaliyyətinin tənzimlənməsi departamentinin direktoru Pənah Bənnayev İTV-nin "Xəbərimiz var" verilişində bildirib.

Onun sözlərinə görə, sığorta sektorunda strateji prioritetlər müəyyənləşdirilib və buna uyğun tədbirlər icra olunur: "Bu baxımdan daşınmaz əmlakın icbari sığortası çox vacib mövzudur. Odur ki, qanunvericiliyə dəyişiklik layihəsini hazırlayıb aidiyyatı dövlət qurumları ilə razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanına təsdiq üçün göndərmişik. Hal-hazırda qüvvədə olan qanuna görə, sığorta ödənişləri fiks məbləğdə (15-25 min manat) müəyyən edilirsə, yeni mexanizmdə əmlakların dəyərinə uyğun sığorta təminatı müəyyən olunacaq".

"Yeni layihədə yaşayış sahələri üzrə təbii fəlakətlərlə bağlı risklərə xüsusi fokuslanmışıq. Katastrofik hadisələr zamanı daha çevik zərər tənzimlənməsi necə həyata keçirilə bilər, bunlar nəzərdə tutulur. Digər bir istiqamət kimi isə, sığorta əhatəsinin genişləndirilməsi və bunun üzərində nəzarət mexanizmlərinin gücləndirilməsi istiqamətində də kompleks tədbirlər nəzərdə tutulur", - deyə o qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam