Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Paytaxtdakı faciənin qanlı izləri:qanunlar qurban tələb edir

 

    Baş verən hadisə acı reallıqları üzə çıxarmaqla yanaşı, gələcəyə dair həyacan siqnalı da yaradır

Yenixeber.org: Bakıda baş verən yol qəzaları təəssüf ki, adi hala çevrilib. Amma oktyabrın 13-ü səhər yaşana fəlakət ciddi rezonans doğurdu. Mərdəkan kəndi istiqamətində hərəkət edən "Mercedes" markalı yük maşını sərnişin avtobusu ilə toqquşub, nəticədə ikincisi çevrilib və qəzaya səbəb olan yük maşınının sürücüsü Mahmud Əzizov dərhal maşını dayandıra da bilməyib. Bunu Daxili İşlər Nazirliyi (DİN) tərəfindən yayılan videogörüntülərdə görmək olar.

Hadisə nəticəsində Bakı sakinlərindən dayanacaqda dayanan 4 nəfər, eləcə də bir avtobus sərnişini həlak olub. 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumatlara görə, yük maşınının 19 yaşlı sürücüsü sükan arxasında yuxuya gedib. O, bu nəqliyyat vasitəsini idarə etmək hüququnu bu ilin yanvar ayında alıb.

Qəza faktı ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və ya daha çox insanın ölümü ilə nəticələnən) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə qəzaya səbəb olan yük maşını sürücüsünə haqqında üç ay müddətinə həbs qətimkan tədbiri seçib. Günahı sübuta yetirilərsə, o, beş ildən on ilədək müddətə azadlıqdan məhrumetmə, habelə beş il nəqliyyat vasitələrini idarə etmək hüququnun alınması ilə cəzalandırılacaq.

“19 yaşlı bir gəncə yük maşını sürməyi necə həvalə etmək olar?”, “Kim buna vəsiqə verib?” “Ancaq hər kəsə sürücülük vəsiqəsinin əldə etməyin qiymətləri məlumdur...”, “Bu geniş yolda necə qəza törətmək olar, ay qonşik?!”, - deyə sosial şəbəkə istifadəçiləri faciə barədə fikirlərini ifadə edirlər. Dayanacağı quraşdıranlara da suallar var.

 

“Sürücülərin maariflənməsinə yardım” İctimai Birliyinin sədri Fazil Məmmədov deyir ki, qanun 19 yaşında bir vətəndaşa yük maşını idarə etmək hüququ verir: “Burada başqa bir şey məsələ - müəyyən bir təcrübə müddətinin vacib olduğu avtobus sürücüsü amili də var. Həm 19, həm də 40 yaşlı sürücü maşın sürərkən yuxuya gedə bilər. Lakin yük maşınlarında taxoqraflar olmalıdır - sürücülərin sürətini, işini və istirahətini qeyd etmək üçün nəzərdə tutulmuş idarəetmə qurğuları. Xaricdə taxoqraf olmadan işləmək üçün yük maşını sürə bilməzsiniz, amma Azərbaycanda onsuz da idarə edə bilərsiniz. Sürücünün Azərbaycan yolları ilə gedərkən sükan arxasında nə qədər müddət oturmasının əhəmiyyəti nədir? Bu, məmurlarımızın bu məsələyə münasibətini xarakterizə edir”.

Sürücü sükan arxasında nə qədər uzun müddət oturacaqsa, daha çox yorulacağı və sayıqlığını itirəcəyi aydındır. Bir çox insan, demək olar ki, gecə-gündüz işləyir, daha çox qazanmaq istəyir və sonda sükan arxasında yuxuya gedir.

Həmsöhbətimiz qeyd edib ki, yük maşını sürücülərinin riayət etməli olduğu müəyyən qaydalar var: “Məsələn, ilk növbədə sağ zolaqla hərəkət etməlidirlər. Üstəlik, sürət məhdudiyyətləri var. Məsələn, yolda icazə verilən sürət 90 km olarsa, yük maşını üçün 70 km olacaq. Avtobusların da sürət həddi var. Ancaq ölkəmizdə bu məhdudiyyətlərə az adam fikir verir. Yol polisi vəziyyəti nəzarət altında saxlamalıdır”.

Gələcəkdə oxşar faciələrin baş vermə ehtimalını azaltmaq üçün bir çox logistik tədbirlərə də ehtiyac var. Məmmədovun sözlərinə görə, Bakı Nəqliyyat Agentliyi nəqliyyat axınlarına daha yaxşı nəzarət etməlidir: “Nəqliyyat şirkətinin sahibləri yoxlama, sürücü təhsili, səfəröncəsi yoxlama üçün məsuliyyət daşımalıdır. İndi burada başqa sual da yaranır: qəza nəticəsində dəymiş ziyanı kim ödəyəcək? Çünki, problem sığorta haqqında qanunun işləməməsindədir”.

 

Yol-nəqliyyat eksperti Eldəniz Cəfər deyir ki, baş vermişv faciə, hər şeydən öncə ölkənin avtomobil nəqliyyatı sistemini tənzimləməyə borclu olan qurumların səriştəsizliyini nümayiş etdirir: “Fakt budur ki, Azərbaycanda yol təhlükəsizliyi üzrə 2019-2023-cü illərə dair dövlət proqramı artıq 3 ildir ki, qəbul edilib. Bu proqramda hər şey nöqtədən-vergülədək aydın şəkildə göstərilib ki, Azərbaycanda yolların təhlükəsizliyinin təmin edilməsi üçün necə və hansı tədbirlər görülməlidir”.

“Yeri gəlmişkən, proqram çox mütərəqqidir, hər bir qurumun orada yazılanlara vaxtında, diqqətlə əməl etməsi kifayətdir. Bir növ konkret yol xəritəsidir. Cənab Prezident bu proqramı 2018-ci ildə imzaladı və əmr verdi, amma təəssüf ki, bəzi məmurlar dövlət proqramının icrasına mane olurlar”, - deyə ekspert bildirib.

Cəfər təcrübəsiz sürücülərin məsuliyyətsizliyinin bu belə problemlərdə az rol oynamadığını qeyd edib.

P.S. Yazı zamanı Bakı Nəqliyyat Agentliyindən (BNA) şərh almaq mümkün olmadı. Yollarımızın ölüm yolu olmasını dayandırmaq üçün yol təhlükəsizliyi məsələsinə yaxından, hərtərəfli və ciddi yanaşmaq lazımdır. Əks təqdirdə, insanlarımızın qurban getdiyi belə faciələrin arxası kəsilməyəcək.(AYNA)

Elya Belskaya

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam