Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakıda baş verən qəzada 3 nəfər ölüb -6 nəfər yaralanıb

Hava limanı-Bilgəh yolunda ağır yol nəqliyyat qəzası baş verib. Qəza  zamanı üç nəfər həlak olub.

Yenixeber.org: Bu barədə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.

Bildirilib ki, sözügedən ərazidə baş verən avtoqəza ilə bağlı daxil olan çağırış əsasında hadisə yerinə 5 Təcili Tibbi Yardım Briqadası göndərilib. Nəticədə bir qadın iki kişi olmaqla 3 nəfərin hadisə yerində həlak olduğu müəyyən edilib. 

Hadisə zamanı “Shacman” markalı yük maşını ilə qanunsuz sərnişindaşıma ilə məşğul olan “Mercedes Vito” markalı nəqliyyat vasitəsi toqquşub.

Hadisə nəticəsində “Mercedes Vito”da olan daha altı nəfər xəsarət alıb.

İlkin məlumata görə, “Mercedes Vito” yol-hərəkəti qaydasını pozaraq yük maşınının qarşısına keçib. Bundan sonra idarəetməni itirən “Shacman” sözügedən nəqliyyat vasitəsini bir neçə metr kənara atıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam