Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Qardaşını xəstəxanaya apararkən qəzaya düşdü: 2 ölü (VİDEO)

Qardaşını xəstəxanaya apararkən qəzaya düşdü: 2 ölü (VİDEO)

Salyan rayonu Yenikənd kəndi ərazisində ağır yol qəzaları baş verib
Yenixeber.org: Rayonun Həsənli kənd sakini Şəmil Vəliyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillə həmkəndlisi, 39 yaşlı İlham Ataşovun idarə etdiyi “Ford” markalı kiçik tutumlu yük maşını toqquşub. “Jiquli”də olan sərnişin, rayonun Qaradili kənd sakini 60 yaşlı İbad Şikarov hadisə yerində dünyasını dəyişib. 

Sürücü ağır dərəcəli müxtəlif bədən xəsarətləri alıb. Hadisə yerinə gələn “VAZ” markalı avtomobilin sürücüsünün qardaşı Mahir Vəliyev özünə məxsus “Mercedes” markalı avtomobillə Şəmil Vəliyevi Salyan rayon xəstəxanasına çatdırmaq istəyib. Onun avtomobili isə şəhərin köhnə bazar məhəlləsində “Priora” markalı maşınla toqquşub və işıq dirəyinə çırpılıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək olmayıb.

Hər iki meyit müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin Salyan Rayon Şöbəsinə təhvil verilib. Həkim isə xəstənin yolda keçindiyini bildirib. Hadisə ilə bağlı araşdırmalar aparılır. (ARB TV)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam