Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

“Azərbaycana xaricdən “patı” istehsal edən mütəxəssislər gəlib” 

“Azərbaycana xaricdən “patı” istehsal edən mütəxəssislər gəlib” 

“Narkotiklə mübarizə sahəsində müəyyən qədər zəifliyimiz var. Son zamanlar polis orqanları tərəfindən əsasən “Patı” satışı ilə məşğul olan şəxslər zərərsizləşdirilir. Lakin biz bir il əvvəl narkotikə qarşı hüquqi orqanlar tərəfindən mübarizə görə bilmirdik”.

Yenixeber.org: Bu sözləri sabiq deputat, hüquqşunas Çingiz Qənizadə söyləyib. O, narkotiklə mübarizədə əvvəlki illərdə çox səhvlər olduğunu qeyd edib:

“Bizim yanaşmamızda əvvəldən səhvlər var idi. Getdikcə bu problem böyüdü. Artıq internet üzərindən narkotik satışına başlanılıb. Vəziyyətin ciddiliyini görən hüquq mühafizə orqanları hərəkətə keçib, narkotacirlər saxlanılır.

Bir məsələni diqqətə çatdırım ki, narkotacirlərin həbsləri zamanı qanunsuzluğa yol verilməməlidir. Hazırda kütləvi həbslər gedir. Bəzən plan doldurmaq üçün müəyyən şəxsləri əsasları olmadan məsuliyyətə cəlb etməyə çalışırlar və məhkəmə ilə istintaq orqanları arasında ziddiyətlər yaranır. Narkotiklə mübarizə məsələsində tam dolğun və kifayət qədər faktlara əsaslanan mübarizə aparılmalıdır”.

Hüquqşunas narkotik maddələrin hazırlanması üçün xaricdən mütəxəssislərin gəldiyini bildirib:

““Patı” süni şəkildə əldə olunan narkotik vasitədir. Bəzi mənbələrdən aldığım məlumatlara görə bu maddə həm ölkəmizə daşınır həm də ölkə daxilində xaricdən gələn mütəxəssislər tərəfindən kiçik sexlərdə istehsal olunur. Məlumatın nə dərəcədə doğru olduğunu bilmirik, yəqin ki, hüquq mühafizə orqanları bununla bağlı açıqlama verəcək. 

Narkotiki satanlardan daha çox alanların, xaricdən gətirənlərin zərərsizləşdirilməsi ilə məşğul olmaq lazımdır. Bu problem yalnız Azərbaycanda deyil, dünyanın bütün ölkələrində var. Qanunsuz narkotik ticarəti ilə məşğul olaraq milyonlarla, milyardlarla gəlir əldə etmək bacarığına malik olan yaramaz şəbəkə sahibi olan insanlar var. Onlar çalışırlar ki, istifadəçilərin sayı artsın. Çox qorxulu haldır”.

Ç.Qənizadə gənclərimiz haqqında da danışıb: “Müasir dövrdə gənclərimizin sərbəstliyi, müəyyən ictimai yerlərdə diskoteka və barların çoxluğu, ən əsası övladlar üzərində nəzarətsizlik onların pis yollara düşməsinə səbəb olur. Yalnız hüquq mühafizə orqanları deyil, valideynlərdə övladlarını daimi nəzarətdə saxlamalıdır. Yalnız polisə arxayın olsaq, uğurlu nəticə əldə edə bilmərik”.

 

“Azərbaycana xaricdən “patı” istehsal edən mütəxəssislər gəlib” 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam