Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Xankəndi narahatlığımız-orada suverenliyimiz nə vaxt bərpa olunacaq?

 

Xankəndi narahatlığımız və ya orada suverenliyimiz nə vaxt bərpa olunacaq?

Tofiq Zülfüqarov: “Bundan sonra sülhməramlı qüvvələrin nəzarəti altında indentifikasiya prosesi baş verməlidir”

 

Zərdüşt Əlizadə: “Biz elə şərait yaratmalıyıq ki, oradakı erməni əhalisi ilə Azərbaycan əhalisi arasında insani, hüquqi münasibətlər olsun”

 

Yenixeber.org: İkinci Qarabağ müharibəsini bitirən 10 noyabr üçtərəfli Birgə Bəyanatdan sonra Azərbaycan ictimaiyyətini düşündürən əsas suallardan biri budur – Xankəndidə, Xocalıda, Əsgəranda, Ağdərədə süverenliyimizin nə zaman bərpa olunacaq, bayrağımız Xankəndində nə vaxt dalğalanacaq. Məlumdur ki, hazırda adları sadalanan ərazilərimizdə erməni vətəndaşlarımız Rusiya sülhməramlılarının nəzarəti altında yaşayırlar. Lakin sadə erməni vətəndaşlarımızla yanaşı, erməni separatçıları da Xankəndidədirlər. Və onlar hələ də  qondarma qurumun yaşadığını bildirirlər. Başlarının üzərində əski parçalarını asıb, “dövlət” oyunlarını davam etdirirlər. “Rəsmilər” müxtəlif bəyanatlar verirlər.

 

Bütün bu kimi hallar təbii ki, Azərbaycan toplumunda qıcıq yaradır. Analitiklər isə bildirirlər ki, Xankəndidə suverenliyimizin bərpa olunması elə sadə məsələ deyil, bir günün içərisində bu həll oluna bilməz. Müəyyən zaman lazımdır ki, ordakı erməni vətəndaşlarımız suverenliyimizi qəbul etsinlər.

 

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, müxtəlif zamanlarda Qarabağdakı erməni separatçıları təxribat məqsədilə bəyanatlar verirlər. Məqsəd isə qıcıq yaratmaqdır.

Fayl:Tofiq Zülfüqarov.jpg — Vikipediya

Onun sözlərinə görə, bu gün münaqişənin həllində Ermənistan dövləti faktoru aradan götürülüb: “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün böyük hissəsi aradan qaldırılıb. Bundan sonra sülhməramlı qüvvələrin nəzarəti altında indentifikasiya prosesi baş verməlidir. Yəni oradakı xarici ölkələrə məxsus silahlı birləşmələr evakuasiya olunmalıdır. Qalan məsələlər isə bərpa olunmuş sərhədimizdə beynəlxalq səviyyədə danışıqlarla ola bilər”.

 

“Rusiya-Türkiyə və Azərbaycanın iştirakı ilə qalan məsələləri həll edəcəyik. O ərazilərdə addım-addım Azərbaycanın suverenliyi bərpa olunmalıdır və olunacaq. Üçtərəfli sazişin məntiqinə uyğun olaraq təhlükəsizlik funksiyası ordumuza, müşahidəçilərə və sülhməramlılara məxsusdur. Digər tərəf yoxdur, ola da bilməz. Yəni Ermənistan yoxdur, Azərbaycan öz ərazisində separatizmin kökünü kəsməlidir. Təbii ki, ilk növbədə qeyri-qanuni hərbi birləşmələr zərərsizləşdirilməlidir. Bu iş bitdikdən sonra digər proseslərə keçəcəyik - iqtisadi, siyasi, humanitar sahədə məsələlərin həlli başlayacaq. Məqsəd də birdir - Azərbaycanın suverenliyinin bərpası”, - deyə sabiq nazir qeyd edib.

 

T.Zülfüqarov vurğulayıb ki, insanların tez-tez verdiyi suallardan biri bayraqla bağlıdır: “Deyirlər ki, Xankəndidə bayrağımız niyə dalğalanmır. İnsanları anlamaq olar.Əlbəttə, bayraq suverenlik hüquqlarının rəmzidir, amma suverenliyi təşkil edən məsələlər var. Bura valyuta, kommunal işlərin təşkili, işə götürmək məsələləri daxildir. Bu işlər də addım-addım reallaşdırılacaq”.

 

Siyasi analitik Zərdüşt Əlizadə isə deyib ki, gərək bir işi planlı şəkildə görəsən: “Vəziyyət nədən ibarətdir, hansı işlər görülməlidir, hansı resursları səfərbər etmək lazımdır və s. Ölçüb-biçmək lazımdır, zamanı doğru dəyərləndirmək lazımdır. İndi bizim cəmiyyətin bəzi kəsimləri, xüsusilə də müxaliflərin əsas demək olar ki, hamısı əsassız ittihamlar səsləndirirlər. Bağırırlar, qışqırırlar ki, Rusiya sülhməramlıları çıxıb getməlidir. Birincisi, bu, hüquqi prosedurdur, üçtərəfli Birgə Bəyanat imzalanıb, tərəflər razılaşıblar. İkincisi, yadımıza salmalıyıq ki, sülhməramlılar niyə gəldilər?! Əlbəttə, Qarabağın erməni əhalisinin təhlükəsizliyinə təminat vermək üçün gəldilər. Daha doğrusu, məqsədin bu olduğu bildirilib. Orada da müddət göstərilib – 5 il. Sənədə bu müddətin yazılması təsadüf deyil. Biz elə şərait yaratmalıyıq ki, oradakı erməni əhalisi ilə Azərbaycan əhalisi arasında insani, hüquqi münasibətlər olsun”.

Zərdüşt Əlizadə: “Bu halda Putin Paşinyana deyəcək ki, artıq gecdir...” –

Politoloq bunun müxtəlif yollarının olduğunu qeyd edib: “Biz əks-erməni təbliğatına son qoymalıyıq. Ermənistanla münasibətlər bərpa olunmalıdır, Dağlıq Qarabağ ermənilərinə zəmanətlər verməliyik. Yavaş-yavaş hökumət qurumlarımız ermənilərin yaşadığı ərazilərdə formalaşmalıdır. Daha sonra Qərb dünyasını, avropalı jurnalistləri dəvət etməliyik ki, gəlib görsünlər, onlara necə yaxşı şərait yaratdığımızın şahidi olsunlar. Postkonflikt dövrünün bütün qanunları işə salınmalıdır ki, hər kəs barış tərəfdarı olduğumuzu görsün. Bunu etsək, 4 il yarımdan, yaxud da 9 ildən sonra suverenliyimiz tam bərpa oluna bilər”.

 

“Bütün dünya görsə ki, Dağlıq Qarabağın erməni əhalisinin hüquqları da digər vətəndaşların hüquqları ilə bərabərdir, onların təhlükəsizliyinə zəmanət var, o zaman biz deyə bilərik ki, sülhməramlılara ehtiyac yoxdur. Biz buna neçə ilə nail ola bilərik – 4.5 ilə, yoxsa 9.5 ilə, dəqiq demək çətindir. Amma dediyim şərait yaradılsa, rəsmi Bakı deyə bilər ki, “Rusiya sülhməramlılarına ehtiyac yoxdur, gedə bilərlər”. Təbii ki, Rusiya getmək istəməyə bilər, qalmaq üçün hansısa təxribatlar törədə bilər. Amma biz buna imkan verməməliyik, təxribatın qarşısını almalıyıq. Dövlətin hüquq-mühafizə orqanları var, zəhmət çəksinlər elə etsinlər ki, təxribatlar baş tutmasın”, - deyə Z.Əlizadə vurğulayıb.

 

Analitik deyib ki, Dağlıq Qarabağ münaqişəsi faktiki olaraq həll edilib: “Dediyim kimi, erməni vətəndaşlarla elə əlaqə qurmalıyıq ki, dünya sülhməramlılara ehtiyac olmadığı həqiqətini görsün. Xankəndində suverenliyimizi bu cür bərpa edə bilərik”.

 

“Barışıqdan sonra Qarabağ separatçılarının yenidən baş qaldırmayacağına kim zəmanət verə bilər?” sualına gəldikdə isə Z.Əlizadə deyib ki, separatizmin inkişafına səbəb amillər olur: “Bu qüvvələrin baş qaldırması üçün münbit şərait olmamalıdır. Erməni separatizmi ərazilərimizdə nə vaxt çiçəkləndi – hakimiyyətimiz zəif olduğu vaxt. Azərbaycanda güclü hakimiyyət olduqdan sonra separatizmin baş qaldırması mümkün deyil. Politologiyanın bir qanununa görə belədir: separatizm o zaman çiçəklənir ki, mərkəzi hakimiyyət zəif olur. Azərbaycan güclü və demokratik dövlət olmalıdır. Dünyaya göstərmək lazımdır ki, ərazimizdə azlıqların yaşaması üçün münbit şərait var”, - deyə politoloq fikrini tamamlayıb.(AYNA)

 Anar Bayramoğlu 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam