Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rusiya "sülhməramlıları" özünu işğalçı kimi aparır

 

 

Bütün mövcud olduğu dövrlərdə gücünə arxalanaraq beynəlxalq hüquqlara məhəl qoymayan Rusiya bu gün də öz "ənənələrinə sadiq qalaraq" Azərbaycan qanunlarına məhəl qoymur.

Yenixeber.org: 44 günlük Vətən Müharibəsində şanlı ordumuzun möhtəşəm qələbəsi nəticəsində Azərbaycanımızın beynəlxalq aləm tərəfindən tanınmış ərazilərimizdə dövlət süverenliyimiz de-yure bərpa edilmişdir. Ancaq reallıq budur ki, hələ də, Azərbaycana məxsus bəzi ərazilərimizdə süverenliyimizin de-fakto, tam bərqərar olmasına nail ola bilməmişik. Adını unutduğum bir Osmanlı sədr-əzəminin dediyi kimi:"Hansı ərazilərə gedə bilmirsənsə, o sənin deyil!" Təəssüf ki, bu gün üçün bizlər sərbəst şəkildə Xankəndinə, Xocalıya, Ağdərəyə və s. gedə, oralarda Azərbaycanın mülki hakimiyyətini bərqərar edə bilmirik. Səbəb Rusiya "sülhməramlılarının" öz mandatlarına uyğun olmayaraq bu ərazilərdə özlərini işğalçı kimi aparması, bu ərazilərə Rusiya ərazisi kimi baxması, hərtərəfli dəstək verdiyi erməni cinayətkarlarının hələ də qondarma "Arsax"ın "mövcud olduğunu" gözə soxmaq cəhdlərinin davam etməsidir. Cinayətkar A.Arutyunyan hələ də özünü bu qondarma rejimin "prezidenti " kimi aparır, gündə bir "hökumət" formalaşdırır, "nazir" dəyişir, "fəaliyyətini" "sülhməramlıların" komandanı ilə "koordinasiya" edir və s. Bütün mövcud olduğu dövrlərdə gücünə arxalanaraq beynəlxalq hüquqlara məhəl qoymayan Rusiya bu gün də öz "ənənələrinə sadiq qalaraq" Azərbaycan qanunlarına məhəl qoymur. Rusiyadan soruşmaq lazımdır ki, "sülhməramlıların" nəzarəti altında olan Azərbaycan ərazilərində sənin Fövqəladə Hallar Nazirliyinin, tikinti-bərpa işləri ilə məşğul olan digər mülki strukturlarının nə işi vardır? Nə üçün erməni "qaçqınlarını" BMT-nin müvafiq strukturları deyil sən Dağlıq Qarabağa (zorla) daşıyırsan, müxtəlif bəhanələrlə (ermənilər narahat olarlar!) azərbaycanlıların Xankəndinə dönüşünə imkan vermək istəmirsən? Nə üçün Xankəndi, Xocalı aeraportunu Rusiya işə salmalıdır? Nə üçün bu işlərin həyata keçirlməsinə, yəqin ki, gələcək istismarına da, Azərbaycan tərəfi cəlb edilmir (buna imkan verilmir)? Görünən odur ki, bəzi obyektiv səbəblərdən Azərbaycan hələlik "sülhməramlıların" öz mandatlarını aşma hallarına seyirçi münasibət bəsləyir, təmkinli münasibəti sərgiləyir. Ancaq Rusiya unutmasın ki, səbrin, təmkinin də bir həddi vardır! Şimal-qərb, qərb, cənub sərhədlərində dost olmayan dövlətlərlə əhatə olunan Rusiyaya cənubda dost olan güclü Azərbaycan, yoxsa əlavə bir dost olmayan dövlətin meydana çıxması lazımdır? Rusiya həm də, öz ərazilərində süverenliyin tam bərpa edilməsində Azərbaycan xalqının, dövlətinin israrlı mövqeyini və buna qadir olduğunu da unutmasın! Əks halda itirən Rusiya olacaqdır!

 Teyyub Qənioğlu: Təkamül Partiyasının sədri


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam