Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Büdcəni sümürən dövlət şirkətlərini sağlamlaşdırmaq mümkün olacaqmı?-ŞƏRH

 

Ekspert: "Yaxın altı ay-bir ildə şəffaflıq və hesabatlılıq istiqamətində nəsə dəyişsə, deməli, real iş görmək istəyi və iradəsi var"

Yenixeber.org: Prezident İlham Əliyevin 2020-ci il noyabrın 5-də imzaladığı fərmana uyğun olaraq daha daha bir neçə dövlət qurumu Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsinə verilib. Belə ki, prezidentin bugünkü sərəncamı ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL), “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti və Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti Holdinq tərəfindən idarə olunacaq.

Xatırladaq ki, Azərbaycan İnvestisiya Holdinqi 2020-ci il avqustun 7-də yaradılıb. Holdinqin nizamnamə kapitalı 10 mln. manat təşkil edir. AİH onun idarəetməsinə verilən dövlət şirkətlərinin bütün iqtisadi və biznes fəaliyyətinin optimallaşdırılmasını, onların fəaliyyətinə nəzarəti, eləcə də özəlləşdirilməsi nəzərdə tutulan qurumların sağlamlaşdırılması prosesini həyata keçirəcək.

Prezidentin ötən il noyabrın 5-də imzaladığı sərəncamda dövlətin nəzarətində olan bütün iri şirkətlərin və ASC, QSC və MMC-lərin İnvestisiya Holdinqinin idarəçiliyinə veriləcəyi göstərilib. Bu sıraya SOCAR, “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Bakı Metropoliteni” QSC, “AzerGold” QSC, “Azərenerji” ASC, “Azərsu” ASC, “Azərişıq” ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, “Azərkosmos” ASC, “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Azər-Türk Bank” ASC, “Azəristiliktəchizat” ASC, “Təmiz Şəhər” ASC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Aztelekom” MMC, “Azerbaijan International Telecom” (AzInTelecom)” MMC, “Azərpoçt” MMC, “Bakı Telefon Rabitəsi” MMC, Dövlət Sığorta Kommersiya Şirkəti daxildir. Bu gün – fevralın 12-də imzalanan sərncam adıçəkilən dövlət qurumlarından dördünü əhatə edir.

Prezidentin fərmanına əsasən AİH-in 3 idarəetmə xətti müəyyən edilib: Müşahidə Şurası, İdarə Heyəti və baş icraçı direktor. Hər 3 mərhələ üzrə üzvlər (və ya rəhbər işçilər – baş icraçı direktordan aşağı vəzifələr xaric) prezident tərəfindən təyin edilir.

Şirkətlərin AİH-in idarəetməsinə verilməsini saytımıza şərh edən iqtisadçı ekspert Rövşən Ağayev bildirdi ki, bu, əslində başlanmış prosesin davamıdır. Yəni bütün dövlət şirkətlərinin İnvestisiya Holdinqinin çətiri altına yığılması deməkdir. “Hökumət məramını belə izah edir ki, dövlət şirkətlərinin hazırkı idarəetməsi səmərəli deyil, korporativ menecmentə keçməyə, hesabatlı və şəffaf idarəetmə yaratmağa ehtiyac var. Holdinq vasitəsilə bunu edəcəklərinə inanırlar. Əgər deyilən hədəflərə çatmaq olacaqsa və bu, sadəcə, keçid dövrü üçün nəzərdə tutulmuş modeldirsə, nəticəsi ola bilər“, – deyə ekspert söylədi.

Gözləntilərinin o qədər də yüksək olmadığını açıqlayan R. Ağayev Holdinqin yaxın 6 ayda və ya 1 ildə nəyi dəyişəcəyini görüb, sonra dəyərləndirmə aparmağın tərəfdarı olduğunu vurğuladı:

“Ən azından yaxın 6 ayda şəffaflıq və hesabatlılıq istiqamətində nəsə dəyişsə, deməli, real iş görmək istəyi və iradəsi var. Köklü dəyişiklik olmasa, deməli, bu, sadəcə iqtisadi idarəetmədə yerdəyişməyə xidmət edən proses imiş”.

İqtisadçı hesab edir ki, əsas islahat mümkün olduğu qədər şirkətlərin dövlətsizləşdirilməsi istiqamətində olmalıdır. Onun sözlərinə görə, harada uzunmüddətli idarəetməyə, harada özəlləşdirməyə getmək vacibdir, bu, araşdırılmalıdır:

“Heç biri məqbul sayılmayan sahələri isə dövlətdə saxlamaq, amma tamamilə müstəqil və peşəkar şəxslərdən ibarət Müşahidə şuraları yaratmaqla beynəlxalq standartlara uyğun korporativ idarəetməyə keçirmək lazımdır. Məsələn, kommunal sektoru idarəetməyə vermək olar. Rabitə müəssisələrini isə səhmləşdirib, özəlləşdirmək mümkündür. SOCAR və Dəmir Yollarını yüksək standatlara uyğun korporativ idarəçiliklə dövlətdə saxlamaq olar. Hətta nəzarət-səhm paketi dövlətdə qalmaqla, SOCAR-ın 30-40 faizlik hissəsini səhmləşdirib, açıq bazara  çıxarmaq mümkündür”.

Ekspertin fikrincə, hökumət tələsmir, deyir ki, Holdinq vasitəsilə sağlamlaşdırma edəndən sonra guya bu variantlara baxacaq: “Məncə, bu, artıq vaxt itkisidir. Hər sahəyə münasibətdə ayrıca islahat proqramı hazırlayıb, iki ildə bunu etmək mümkündür”.

2007-ci ildən – Azərbaycana yüksək neft gəlirləri gəldikdən sonra hazırda İnvestisiya Holdinqinin idarəçiliyinə verilən qurumların əksəriyyətinə milyardlarla dollar dövlət investisiyası yatırılıb. Məsələn, “Azəriqaz”, “Azərişıq”, “Azərbaycan Dəmir Yolları”, “Azərsu”, rabitə müəssisələri və sair qurumların əsas infrastrukturu yenidən qurulub, müasirləşdirilib. Bəzi ekspertlər hesab edirlər ki, bu qədər sərmayə yatırılmış qurumların xarici şirkətlərin idarəçiliyinə verilməsi yanlışdır. R. Ağayev bu fikirlə razılaşmır:

“İnfrastruktur olmasa, kimsə ora gəlməz axı. İdarəetmədə mülkiyyət dövlətdə qalır. Sadəcə, 50 il ərzində dövlət bu yükü və məsuliyyəti icraçı şirkətin üzərinə qoyur, özü 50 il sərmayə qoymur. Həm də, vətəndaşına daha keyfiyyətli xidmət təmin edir. Hansı şirkət gəlib, sonra ona qalmayacaq sahədə sıfırdan sərmayə qoyar? Siz gedib kirayə qalanda hazır ev təhvil alırsınız. Hətta içərisində bütün əşyaları istəyirsiniz. Bu da onun kimi. Kirayə götürdüyünüz evi tikəsi deyilsiniz ki?!”(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam