Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

AZAL, ADY, Bakı Metropoliteni Azərbaycan İnvestisiya Holdinqinə verildi -SƏRƏNCAM

AZAL, ADY, Bakı Metropoliteni Azərbaycan İnvestisiya Holdinqinə verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin və Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi haqqında sərəncam imzalayıb.

Yenixeber.org: Sərəncama əsasən aşağıdakı dövlət müəssisələri Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib:

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti;

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti;

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti;

Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

İqtisadiyyat Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqinə bu sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görmək tapşırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam