Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

İmtahan sessiyası başladı:şikayətlər də…

 

 

              Tələbələr onlara verilən müddətin az olmasından gileylənirlər

Yenixeber.org: 11 yanvardan etibarən ali və orta ixtisas təhsil müəssisələrində 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb. Bununla bağlı təhsil naziri müvafiq əmr imzalayıb. Bu əmrə əsasən ali və orta ixtisas təhsil müəssisələrində imtahan qərargahları yaradılıb.

İmtahan sessiyası distant formada olmaqla, 4 həftə müddətində keçiriləcək, müəyyən fənlər üzrə imtahanlar əyani keçirildiyi təqdirdə, koronavirus infeksiyasının profilaktikasına dair metodik göstərişlərə riayət olunacaq, imtahanın təşkilində nöqsanlara yol verən şəxslər barədə müvafiq qaydada tədbirlər görüləcək, sessiya bitdikdən sonra nəticələr haqqında 10 gün müddətində Təhsil Nazirliyinə yekun hesabat təqdim ediləcək.

Təhsil eksperti Kamran Əsədov saytımıza açıqlamasında ilk olaraq bildirdi ki, bəzi insanlar qış ayı olmasına baxmayaraq, niyə rəsmi sənədlərdə imtahanların payız imtahan sessiyası adlandırılığı barədə sual verirlər:

“Bu, tədris ilinin başlanmasına görədir. Təhsil qanunverciliyinə əsasən imtahan sessiyası iki formada olur: payız və yaz imtahan sessiyası. Tədris ili məhz başlama dövrünə görə payız tədris ilinin yekunlarına dair imtahan sessiyası adlanır”.

Ekspert xatırlatdı ki, 2020-ci ildən etibarən ali və orta ixtisas təhsili müəssisələrində imtahan sessiyaları onlayn qaydada keçirilir:

“Bu, imtahanın keçirilmə formasıdır. Amma imtahanın təşkilində bir neçə üsullardan istifadə edilir. Yəni yoxlama və ölçmənin həyata keçirilməsi kimi.  İmtahanlar yazılı və şifahi aparılır. 11 yanvardan etibarən ölkənin 52 ali təhsil müəssisəsində 185 min tələbənin əhatə olunduğu imtahanlar başlayıb. Universitetlərə görə ayırsaq, imtahanların formatına görə müəyyən şikayətlər də var. Təbii ki, şikayətlərdən başlıcası internetlə bağlı olan problemdir. Çünki bəzilərinin internet imkanları məhdud olduğuna görə, imtahanın gedişində bu prosesdən kənarda qalıb, onların qiymətləndirilməsində müəyyən problemlər olub. Biz ali təhsil müəssisələri ilə əlaqə saxladıq, onlar bizə bildirdilər ki, texniki səbəblərdən imtahanlarda iştirak edə bilməyənlər üçün sessiya başa çatdıqdan sonra təkrar qiymətləndirmə həyata keçiriləcək”.

Əsədov onu da əlavə etdi ki, univeristetlərdən məmnunluq da var, ciddi şikayətlər də:

“İmtahanların formatına görə daha çox razılıq BDU-dan edildi. BDU tələbə sayına görə ölkədə birinci universitetdir. Ayın 13-də imtahanlarda 16 fakültə üzrə iştirak edənlər arasında hər hansı bir qeyri-kafi və yaxud kəsilmə halı müşahidə edimədi. Bu, olduqca müsbət tendensiyadır. Nəzərə alsaq ki, imtahan onlayn platforma üzərindən həyata keçirilir”.

Tələbələrin yüksək nəticə göstərməsi tədrisin effektivliyi, yoxsa onlayn platforma üzərindən köçürmələrin asan olması və ya müəllimlərin tələbələrə daha çox güzəşt etməsi ilə bağlıdır? Sualı ekspert belə cavablandırdı:

“Burda birinci amil güzəşt məsələsidir. Biz bu yaxınlarda onlayn tədrislə bağlı beynəlxalq konfransın iştirakçısı olduq. Hətta Türkiyədən qoşulmuş nümayəndə qeyd etdi ki, birmənalı şəkildə keyfiyyətli təhsildən danışa bilmərik, hazırda bizim yalnız bir missiyamız var: tələbələrin bir pillədən digər pilləyə keçməsi. Çünki gələcəkdə əmək bazarında ixtisaslı kadr çatışmazlığı yarana bilər”.

Şikayətlərin daha çox Sumqayıt Dövlət Universitetindən olduğunu söyləyən ekspertin sözlərinə görə, tələbələr onlara verilən müddətin az olmasından gileyləniblər:

“Biz şikayətləri qruplaşdırarkən onun da şahidi olduq ki, birinci kurs tələbələrinin o qədər də şikayəti yoxdur. Çünki onlar universitetlə ilk dəfə idi, tanış olurdular. Onlar üçün onlayn qaydada dərs almaq normal hesab edilə bilərdi. Daha çox şikayətlər 2-ci, 3-cü və 4-cü kurslardan daxil olur. Çünki onlar uzun müddət ərzində yazılı imtahan veriblər. Yazılı imtahana cavab vermək üçün 5 suala 3 saat vaxt ayrılırdısa, indi həmin 5 sualı cavablandırmaq üçün 10 dəqiqə vaxt verilir, tələbələr isə deyir ki, fikirlərimizi tam şəkildə ifadə edə bilmirik. Bundan əlavə, universitetlər bir çox hallarda ya biletlərin suallarını verməyiblər, yaxud da biletlərdən əlavə suallar verilib. Qiymətləndirmə qaydalarına görə bu, müsbətdir. Amma bir məqamı da unutmamalıyıq ki, 2020-ci ildə çətin bir dövrdən keçdik. Bütün hallarda tədrisin təşklində müəyyən çatışmazlıqlar yarandı və tələbələrimiz bütün mövzuları mənimsəyə bilmədilər. Biz tövsiyə etdik ki, ali təhsil müəssisələri yalnız verdikləri mövzuları alsınlar. Sən mənə nəyi öyrətmisənsə, hansı mövzuları keçmisənsə, onu da sorğula. Beynəlxalq qiymətləndirmə qaydalarında da bu qeyd edilir”.(pressklub)

Ülviyyə Şahin


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam