Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

"Azərbaycan artıq bütün azad insanlar üçün risk zonasıdır”

 

 

 

 

       Əli Kərimli: “Bu gün Azərbaycanda, artıq Beynəlxalq təşkilatlarında etiraf etdiyi kimi klassik avtoritar rejim formalaşıb"

 

     Müsahibimiz AXCP sədri Əli Kərimlidi. AXCP sədri ölkədə baş verən son siyasi proseslər barədə danışıb.

Əli bəy, Siyasi məhbuslar məsələsi nə dərəcədə ölkənin siyasi mücadiləsindən doğan məsələdir?

-
- Xədicə xanım siyasi məhbuslar məsələsi birbaşa siyasi mövzudur.Çünki siyasi məhbusların meydana gəlməsi, insanların öz əqidəsinə, dünya görüşünə, siyasi fəaliyyətinə görə şərlənərək həbs olunması birbaşa ölkədə mövcud olan rejimin xarakteriylə bağlıdır.Və bu rejimin özünün qeyri-məhdud müddətə davam etdirmək çabalarıdı. Bu gün Azərbaycanda, artıq Beynəlxalq təşkilatlarında etiraf etdiyi kimi klassik avtoritar rejim formalaşıb. Bir ara 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində deyirdilər ki, yarımazad ölkə. İndi artıq birbaşa avtoritar ölkədir. Avtoritar rejimdir, sülalə hakimiyyətidir, 21 ilə yaxındır davam edir, dəyişmək fikri yoxdur, yenə də beynəlxalq aləm etiraf edir ki, Azərbaycan xalqının dinc yolla bu hökuməti dəyişmək şansı yoxdur, keçirilən seçkilərin hamısı saxtalaşıdırılır. İndi hökumət təkcə hakimiyyətdə qalmaq üçün yox, həm də hakimiyyətdə qalıb ölkənin sərvətlərini talamaqdan ötrü, indiki status kvonu təhdid edən bütün təbəqələrə qarşı bir savaş halındadır. Ona görə də siyasi məhbusların tərkibi geniş spektri əhatə edir. Burda yaxşı dünya görüşlü, yaxşı təhsilli, mübariz gənclər var, siyasi partiyaların təmsilçiləri, dindarlar, jurnalistlər, vətəndaş cəmiyyətinin təmsilçiləri - bu qədər geniş spektr ona görə hökumətin hədəfinə gəlib ki, bunların hamısı dinc yolla olsa da, ölkədə dəyişiklik arzulayırlar.

 

Yəni, sizcə niyə hökumət hədəf olaraq yalnız siyasi partiya üzvlərini seçmir” sualının cavabı budur.

-
- Əlbəttə. Bu həm də onun etirafıdır ki, biz də onu qiymətəndiririk. Bir ara, müəyyən illər vardı ki, Azərbaycan tarixində ki, dəyişikliyi yalnız siyasi partiyaların üzvləri, funksionerləri, tərəfdarlarıistəyirdilər. İndi internetin, sosial şəbəkələrin də xidmətindəndemokratikləşmə dalğasından vətəndaş cəmiyyətinin önəmi artıb.İndi yalnız siyasi partiyalarda toplaşmış insanlar deyil, müxtəlif sahələrdə çalışan, fəaliyyət göstərən, ölkədə normal dövlət qurulmasını, hüququn aliliyini istəyən insanların hər birinə rejim artıq təhlükə mənbəyi kimi baxır. Azad sözə, insanların maarifləndirilməsinə təhlükə mənbəyi kimi baxır. Ona görə də indiki status kvoya qarşı nə varsa hamısını təhlükəli elan edirlər. İndi həbs olunmuş insanlar əlbəttə ki, hökumətin onlara elan etdiyi cinayətin heç birini törətməyiblər. O adamların hamısı günahsızdır,bir hissəsi artıq vicdan məhbusu elan olunub, nəinki siyasi məhbus. Onlar yalnız niyyətlərinə, əqidəsinə görə mühakiməolunurlar. Onlar hökumətin qurduğu məhdudiyyətləri aşmaqistəyən, cəmiyyətə aşkarlıq, açıqlıq gətirmək istəyən insanlardır. bu cəmiyyətlə hökumətin bir davasıdır.
Savaşın tərəfi olmaq seçimlədir, yoxsa seçimi yoxdur?
- Müəyyən mənada seçim var. Ancaq seçim çox kobud və çətin seçimdir. Ya bu hökumətin bir parçası olmağa, minimum bir parçası olanlara göz yumub bütün ətrafında baş verən nalayiq,ləyaqətsiz hərəkətlərə göz yummaq, yaşayıb ömrünü sürdürmək, indiki problemləri gələcək nəsillərə ötürmək barışmaq məcburiyyətindəsən, ya da ölkədə dəyişiklik üçün hansısa bir işin qulpundan yapışırsansa - fərq etməz sən müxalifət partiyasının üzvüsən yoxsa yox - artıq sən təhlükə zonasındasan. Azərbaycan hökuməti vətəndaşları ağır seçim qarşısında qoyur. Ya onun bütün mənalarda avtoritar, diktatura hökumətinə keçidiylə barışmalısan, ya da azad insansansa risk altındasan. Azərbaycan artıq bütün azad insanlar üçün risk zonasıdır.
-Bu riskin zonası, riskin dərəcəsi kimlər üçün daha artıqdır? Siyasi məhbusların siyahısına baxıb orda partiyalı adamların faiz etibarıyla bölsəniz riskin hansı hissəsini bölüşürsünüz.
 
Uzun müddət riskin böyük bir hissəsini bölüşürdük. 1993-2000-ci ilə qədər xalq Cəbhəsi, 2003cü ildən 2005-ci ilə qədər Müsavat partiyasının, 2006-2010-cu illər arasında olan siyasi məhbusların böyük bir hissəsi Xalq Cəbhəsindən idi. Ancaq 2011-ci ildən, baxmayaraq ki, 2011-ci ildə də siyasi partiyaların 17 üzvü də həbs olundu, ancaq internet, vətəndaş cəmiyyəti fenomeni başqa sahələri də açıb. Ona görə də bu gün siyahıya baxanda hökumət jurnalistləri, “Facebook” fəallarını, dindarları böyük təhlükə kimi görməyə başlayıb. Əlbəttə ki, siyasi partiyaları basqılar da öz yerindədir. Pərviz Həşimli həm jurnalist, həm hüquq müdafiəçisi olmaqla yanaşı həm də siyasi mövqeyi olan adamdır, bizim partiyanın ali məclisinin üzvüdür. Repressiyaya, fiziki zorakılığa məruz qalmış Kəmalə Bənənyarlı olsun. Mart ayında bizim qərargah partladılıb dağıtmaq olsun. Biz repressiyalardan kənarda qalmamışıq. Ancaq bu areal artıq böyüyüyb, tək müxalifət partiyalarından ibarət deyil, 3-4 yeni qrup da hədəf qrupuna çevrilib.
- Hökumət birdən-birə niyə vətəndaş cəmiyyətini, dindarları hədəfə götürdü? Onlar yaxşı təşkilatlanıblar ona görə?
Açığı elə güman eləmirəm. Bu gün də siyasi partiyalar təşkilatlanmaq, kütləvi etiraz aksiyalar imkanına görə - bu belə də olmalıdır - ən kütləvi təşkilatlardır. Azərbaycanda da və bütün dünya da da belədir. Sadəcə müəyyən mənada hökumətin taktikası ona yönəlib ki, bu rəsmən müxalifət olduğunu elan eləmiş qüvvələri cəmiyyətdən təcrid eləsin. Tamamilə müxalifəti məhv eləyə bilməzlər. Onda rəsmən Şimali Koreya Türkmənistan olur. Axı, Azərbaycan hökuməti istəmir ki, ölkə birbaşa bu ölkələrin statusunda olsun. Bilirsiniz ki, tolerantlıq konfransı keçirirlər, çoxlu pul xərcləyirlər, Azərbaycanın “müasir demokratiyasını” təbliğ etməkdən ötrü. Ona görə də buna razılaşa bilməzlər. Ancaq müxalifət necə güclənə bilər. Həmin vətəndaş cəmiyyətinin aktivləşdirdiyi vətəndaşların seçim anında müxalifətə dəstək verməsiylə. Əslində yenə də hədəf müxalifəti əzmək, təcrid etmək,onu kiçik qrup halında saxlamaq, onun cəmiyyətlə əlaqəsini kəsməkdir.
Nə vaxta qədər ittiham irəli sürmək təşəbbüsü hökumətin əlində olacaq?

- Xədicə xanım mən elə düşünmürəm ki, ittiham etmək təşəbbüsü yalnız hökumətin əlindədir. Biz siyasi ittihamları hər gün irəli sürürük. Ancaq biz yalnzı sözlə ittiham edə bilirik, prokurorluğun ittihamnaməsi isə Prezident Administrasiyasının tapşırığıyla verilir. Onlar bizə qarşı hüquq-mühafizə orqanlarını repressiya alətinə çevirib istifadə edirlər. Bütün avtoritar rejimlərdə də belə olur. Çox təəssüf ki, demokratiyanı qurbansız, fədakarlıqsız, itkilər vermədən bərqərar etmək olmur. Əksər ölkələrin təcrübəsinə baxsaq, kimlərə ki, azərbaycanlılar həsədlə baxır, onlar bizdən artıq qurban veriblər, daha çox həbsdə yatıblar, daha çox insan məhrumiyyətlərə qatlaşıblar. Niyə biz bu mərhələni gec keçirik? Ona görə ki, bu az sayda vətəndaşın çiyninə düşüb. 
- Deyirsiniz məsələ kəmiyyət məsələsidir, keyfiyyət məsələsi deyil.Yəni biz partiya olaraq öhdəsindən gəlmirik, müxalif partiya olaraq öhdəsindən gəlmirik kimi bu cür fikrilər heç keçmir ağlınızdan?
Onda gəlin biz Özbəkistandan, Türkmənistandan Belarusa qədər bügünki durumlarına görə onlarım müxalifətini ittiham edək.  Rusiyada avtoritarizmdən danışanda biz məsuliyyəti Nemçovun üzərində görmürük axı? Kənardan baxanda aydın görünür ki, elə bir nəhəng avtoritar sistem yaradılıb ki, ordakı müxalifət partiyaların nəsə dəyişiklik etmək imkanı indiki şərtlərlə, resurslar məhduddur.
Onda bu çıxılmazlıqdır...
Çıxılmazlıq deyil. Bütün nöqtələrdən çıxış yolu var. Ancaq bu çıxış yolu o zaman tapılacaq ki, yenə misalı başqa ölkə üzərində qururam. Məsələn, nə zaman Belarus xalqı da böyük kütləviliklə əllərini stola vurub “bəsdir daha bu adamları tək buraxdıq, biz də gedək dövlətimizi quraq” onda belarusun diktaturasının sonu gələcək. Eləcə də bu düsturu bütün dövlətlərə şamil edə bilərsiniz.Bütövlükdə hər bir millət qərar verir ki, belə yaşa bilmərəm. O gün nə zaman olacaq biz onu görəcəyik.
- Əli bəy, bu gün sosial şəbəkələrdə belə bir müzakirə vardı ki, siyasi partiyalar siyasi məhbuslar üçün birgə mitinq keçirmək qərarı verdilər. Hər iki partiyadan konkret olaraq sizin partiyadan Fuad Qəhrəmanlı, Müsavat partiyasının mövqeyini əks etdirənRauf Arifoğlunun adı çəkilir. Onlar başladılar partiyaların bir-biriylə davasını təşkil etməyə.
Birinci partiyalar mitinq keçirmək haqda qərar verməyiblər. NİDA-çı gənclər bütün partiyalarda olan gənclərə müraciət ediblər, o gənclər də bu təşəbbüsü dəstəkləyiblər. Bu partiyaların bir araya gəlib mitinq keçirməsi deyil. İkincisi isə, mən neçə müddətdir müşahidə edirəm. Xalq Cəbhəsi birlikdən ötrü, hökumətin qarşısında bütöv cəbhə qalsın, heç kim bu sıraları tərk etməsindeyə hər şeyi edir. Ancaq kimsə bir solaxay hərəkət edən kimi,Xalq Cəbhəsindən kimisi tapıb balans xatirinə daxil edirlər. Fuad Qəhrəmanlı partiyanın siyasi xətindən kənar hər hansı bir iş görməyib. Onu bu mübahisələrə cəlb etmək cəhdi olub, ancaq odaxil olmayıb. Fuad bəyi “Facebook” səhifəsində digər partiyalardan mübahisəyə çəkməyə cəhd ediblər. Ancaq o tolerant yanaşaraq imkan verməyib ki, bu mübahisə böyüsün.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam