Redaktor seçimi
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
Günün xəbəri

“Nə Əli Kərimlinin, nə də Razi Nurullayevin təşkilatı əsl cəbhədir” -KXCP sədri

 

Yenixeber.org:  Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) adı uğrunda mübahisələr uzun müddətdir siyasi gündəmdən düşmür. Hazırda Əli Kərimlinin sədrlik etdiyi AXCP-nin  adına onun eks-müavini Razi Nurullayevin rəhbəri olduğu təçkilat da iddia edir. R.Nurullayev AXCP-dən ayrılan bir qrupla eyni adlı partiya yaratdığını bəyan etsə də, hələ ki bunu rəsmiləşdirə bilməyib. Yəni AXCP adına iddia edən Razi Nurullayevin rəhbərlik etdiyi siyasi təşkilat Ədliyyə Nazirliyi tərəfindən  qeydiyyata alınmayıb.

Hazırda hər iki cəbhə arasında “əsl AXCP bizik”  mübarizəsi davam edir. Baxmayaraq ki, rəsmi sənədlərdə Əli Kərimlinin rəhbərlik etdiyi təçkilat AXCP kimi tanınıb, ikincilər də iddialarından geri çəkilmək haqda düşünmədiyini bəyan edib.

Xatırladaq ki, AXCP ilə bağlı oxşar hal bir dəfə də yaşanıb. Hazırda Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasına rəhbərlik edən deputat Qüdrət Həsənquliyev 2000-ci illərin əvvələrində AXCP-dən ayrılan qanadı Ədliyyə Nazirliyindən Azərbaycan Xalq Cəbhəsi Partiyası adı ilə qeydiyyata aldırmaq istəsə də, bu, baş tutmamışdı. Və nəticədə Qüdrət Həsənquliyevin təşkilatı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası adını götürməyə məcbur olmuşdu. 


Bəs indi əsl cəbhə hansıdır?

Əməkdaşımız bu suala vaxtilə AXCP-dən ayrılan digər qrupun rəhbərindən cavab almağa çalışıb. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Modern.az-a açıqlamasında bildirib ki, nə Əli Kərimlinin partiyası, nə də Razi Nurullayevin təçilatı əsl cəbhədir:

“Bu gün Azərbaycanda nihilizmə, şəxsi münasibətlərə, subyektiv fikirlərə görə hər şey bir-birinə qarışıb.  Hansının əsl cəbhə olması məsələsi də bunlardan biridir.

Lakin hər kəs - Azərbaycanın Ədliyyə orqan, Prezident Administrasiyası da bilir ki, əsl cəbhə bizik. Yəni mən Klassik Xalq Cəbhəsi Partiyasını əsl cəbhə hesab edirəm. Bu, faktlarla təsdiq olunmuş məsələdir. O cümlədən müzakirə obyekti də olmamalıdır. Ölənlər də, qalanlar da bilir ki, dediklərim nə dərəcədə doğrudur.

Razi Nurullayevin iddiaları var, amma düz desəydi yaxşı olardı. “Cəbhə” mübarizəsinə qaldıqda isə, bu onların şəxsi işidir. Mən buna qarışa bilmərəm”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam