Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Oktyabrın 10-da Düşənbədə MDB ölkələri liderlərinin sammiti keçiriləcək

 

Oktyabrın 10-da Düşənbədə (Tacikistan) MDB ölkələri liderlərinin sammiti keçiriləcək.

Yenixeber.org xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

MDB dövlət başçıları regional və qlobal təhlükəsizlik məsələləri də daxil olmaqla, beynəlxalq gündəmin aktual məsələlərini müzakirə edəcəklər. Birlik çərçivəsində siyasi dialoqun daha da dərinləşdirilməsinə, ticari-iqtisadi əlaqələrin gücləndirilməsinə, həmçinin humanitar və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetiriləcək.

İclasın sonunda liderlər çoxtərəfli formatda qarşılıqlı faydalı əməkdaşlığın daha da gücləndirilməsinə yönəlmiş bir sıra sənədlər imzalayacaqlar.

Bundan başqa, oktyabrın 9-da Düşənbədə Tacikistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Rusiya prezidentlərinin iştirakı ilə II "Mərkəzi Asiya – Rusiya" sammiti keçiriləcək. Onlar çoxşaxəli qarşılıqlı əlaqələrin inkişafına dair məsələləri, eləcə də terrorizm, ekstremizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər transmilli çağırışlarla mübarizədə fəaliyyətlərin koordinasiyası ilə bağlı tədbirləri müzakirə edəcəklər.

Sammitin sonunda yekun kommünike və birgə fəaliyyət planının qəbul edilməsi nəzərdə tutulur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam