Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Milli Şuranın növbəti sessiyası keçirildi

 

 

      Qurumun Koordinasiya Şurasının adı dəyişdirildi; Sülhəddin Əkbər: “MŞ seçkidən sonra ciddi zərbələr alıb”

  "xeberinfo.com": Belə ki, AXCP-nin qərargahında keçirilən iclasda bir məsələ ətrafında ciddi fikir mübadiləsi aparıldığından, iclası vaxtında yekunlaşdırmaq mümkün olmayıb. Milli Şuranın sessiyası yarım saat gecikmə ilə başlayıb və toplantı dövlət himninin səsləndirilməsi ilə start götürüb. Sessiyada MŞ-nin cəmi 42 üzvü iştirak edib. Bildirilib ki, yetərsay var. Şuranın məlum istefalardan sonra 129 üzvdən 88-i qurumda fəaliyyətini davam etdirməkdədir.

    Daha sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. MŞ sədri Cəmil Həsənli isə bildirib ki, Xocalı faciəsi qurum tərəfindən ciddi şəkildə yad ediləcək. Həmçinin Ukraynada baş verənlərə MŞ tərəfindən münasibət bildirilməsi təklif edilib. 
     İlk çıxış edən MŞ-nin sədri Cəmil Həsənli bildirib ki, sessiyanın gündəliyinə ictimai-siyasi vəziyyət və qurumun əsasnaməsinin müzakirəsi daxil edilib. C.Həsənli ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı danışıb. C.Həsənli Ukraynada baş verənlərdən də söhbət açıb, Suriya olaylarından danışıb, həmçinin ölkə ilə bağlı mühüm açıqlamalar verib. O, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovla bağlı başlanan beynəlxalq məhkəmə barədə danışaraq bildirib ki, oğurlanan vəsait Azərbaycan xalqının pullarıdır. Ölkədə siyasi məhbus məsələsinin ciddiliyindən danışan C.Həsənli, onları ciddi şəkildə müdafiə etməyin vacibliyini vurğulayıb. 
    C.Həsənli deyib ki, siyasi məhbus məsələsi ilə bağlı ciddi dinləmələr keçirilməli və beynəlxalq təşkilatların diqqəti buna cəlb edilməlidir. O, MŞ-nin Koordinasiya Şurasının hər həftə iclasının keçiriləcəyini və ölkədə baş verənlərə bu iclaslarda münasibət bildiriləcəyini vurğulayıb.
    O, ölkədə rüşvət və korrupsiyanın tüğyan etdiyini, buna görə Azərbaycanın dünyada rüsvay olduğunu deyib. 
      AXCP sədri Əli Kərimli isə çıxış edərək bildirib ki, MŞ-nin sessiyası olduqca ciddi məsələdir və ölkədə baş verən proseslərə bu iclaslarda münasibət bildirilir. Ölkədəki sosial problemlərdən, intiharlardan danışan Ə.Kərimlinin sözlərinə görə, MŞ tərəfindən bunların pislənməsi təqdiqəlayiqdir. Jurnalist Xədicə İsmayılova bağlı baş verən olaylara münasibət bildirən, istintaqa cəlb edilməsini pisləyən Ə.Kərimli baş verənləri pisləyib. O, MŞ adından X.İsmayılovaya dəstək verilməsinin və hökumətdən izahat tələb edilməsinin vacibliyini bildirib. 
     ACP sədri Sülhəddin Əkbər isə bildirib ki, Milli Şura seçkidən sonra ciddi zərbələr alıb. O, əsasnamədə dəyişikliklər edilməsi üçün bir sıra təkliflər səsləndirib.  O bildirib ki, Milli Şurada qərarlar konsensus yolu ilə qəbul edilməlidir. S.Əkbərin sözlərinə görə, Milli Şuranın yeni bəyannaməsində nöqsanlar çoxdur, bəyannamədə konkret olaraq qurumun atacağı addımlar əksini tapmalıdır: “Yoxsa Milli Şura düz istiqamətə yönəlməyəcək”.
Aparılan müzakirələrin gedişində C.Həsənli həmçinin qeyd edib ki, həm ölkə daxilində, həm də xaricində MŞ-yə daxil olmaq istəyən çoxsaylı insanlar var. O, bu məsələlərin gələn sessiyada müzakirə ediləcəyini bildirib. İctimai-siyasi vəziyyətlə bağlı çıxışlardan sonra sonra Milli Şuranın əsasnaməsi müzakirə edilib. Müzakirələrdən sonra əsasnamə layihəsi, təkliflər də nəzərə alınmaqla, əsasən qəbul olunub. MŞ-nin Koordinasiya Şurasının adı dəyişdirilərək Koordinasiya Mərkəzi adlandırılıb. 
Sessiyada Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar fevralın 26-sı saat 12:00-da Xocalı abidəsinin ziyarət edilməsi haqqında da qərar verilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam