Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

''Azərbaycanda medianın palitrası artıq tam formalaşıb''

"Azərbaycanda fikir, söz və mətbuat azadlığının təmin edilməsi daim dövlətin diqqət mərkəzində olub. 
Xeberinfo.com:   Bu gün əminliklə demək olar ki, Azərbaycanda medianın palitrası artıq tam formalaşıb". 
"Report"un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Avropa Şurasının Azərbaycanda ifadə azadlığı və media azadlığı layihəsi çərçivəsində "Diffamasiya" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Ə.Həsənov qeyd edib ki, bu gün ölkədə çox sayda media qurumları sərbəst şəkildə fəaliyyət göstərir: "Çünki Azərbaycanda mətbuat orqanı açmaq çox asan prosesdir. Sadəcə lazım olan prosedur qaydalarına uyğun şəkildə işləri görüb buna nail olmaq olar. Azərbaycan demokratiyanın inkişaf etdirilməsi sahəsində ATƏT və Avropa Şurası ilə sıx əməkdaşlıq edir".
O bildirib ki, "Diffamasiya haqqında" qanun layihələri ətrafında geniş ictimai müzakirələr təşkil olunub: "İnsanların mətbuat səhifələrində təhqir olunması məsələsinin geniş yayıldığı zamanda belə qanunun qəbul edilməsi əks effekt yarada bilər. 
Jurnalist peşəkarlağının artırılması istiqamətində müəyyən işlər görülməlidir. İctimai rəyin bu yeniliyə hazırlanması ilə bağlı zəruri tədbirlərin görülməsi lazım idi. Azərbaycanda belə qanun qəbul edilməsi məsələsi qapanmayıb. Hələ də bu, gündəmdə olan məsələdir. Gələcəkdə də qanun layihəsi ilə bağlı real imkanlar qiymətləndiriləcək və beynəlxalq təcrübə araşdırılacaq".  

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam