Redaktor seçimi
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
İcra başçısı Alı Alıyevin oğlunun fermasındakı yanğın zamanı iki uşaq kül oldu -
15 saylı Cəzaçəkmə Müəssisəsində xəstə məhkumlara dərman verilmir -
Sumqayıt "qohum-əqrəba" şirkətlərin yaşıllıq meydanına çevrilib-
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Günün xəbəri

"Krım Rusiyanın əlinə keçərkən səs belə çıxarmamaqdadır"

 

 

 


     Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay araşdırmacı Seymur

Süleymanova müsahibə verib.Həmin müsahibəni təqdim edirik. 

Hasan Oktay Qafqaz reqionunda mövcud olan vəziyyəti dəyərləndirib.


1)Həsən bəy , bu müsahibəmizdə Türkiyənin xarici və daxili siyasətindən söz açmağınızı istərdim..

     Türkiyə yerləşdiyi coğrafi mövqeyi etibarilə strateji əhəmiyyətə sahib olan bir ölkədir. Regional güc olmaqdan kənar, Türkiyə qonşuları ilə yaxşı əlaqələr içərisində olmaq,onlarla problemlərini danışıb həll edə bilmə qabiliyyətini inkişaf etdirmək istəyir. Bunun üçün qonşularla sıfır problem adı altında, son 10 ildə bir strategiya inkişaf etdirildi. Ənənəvi Türk dış politikalarını nəzərdən keçirib, yeni bir yanaşma sınağı olan bu layihə, bəzi tətbiq səhvlərilə hədəfindən uzaqlaşaraq dış politikada yeni bir yol sınaq ehtiyacı ilə qarşı-qarşıya qaldı. AKP hökuməti özünə olan həddindən artıq güvənin gətirdiyi rahatlıq ilə hərəkət etdiyindən, xarici siyasətdə düşdüyü mövqeyi bilmədi və vəziyyəti fərq etdiyində də iş işdən keçmiş oldu. Bu özünə inam rahatlığı içərisində, qonşularla sıfır problem strategiyasını birdən, sıfır qonşu iflasına doğru sürükləndi.

   Türkiyə-ABŞ əlaqələri , Avropa Birliyi əlaqələri , və xüsusilə Çin, İran, Rusiya ilə olan əlaqələr belə hədəflərindən azaraq içindən çıxılmaz bir vəziyyətə gəldi. Türkiyə dövləti olaraq tarixi təcrübəsi və domen genişliyi göz qabağında saxlanıldığından, AKP iqtidarı dış politikada seçimlərini azaltmış , hətta tək variant seçimi ilə səhv yola düşmüşdür. Suriya siyasəti buna verilə biləcək ən gözəl nümunədir. Türkiyə dövlət olaraq böyük bir potensiala sahib, amma AKP iqtidarı bu potensialı qiymətləndirə bilməmiş , bu potensial heç etmişdir . Hakimiyyətin bu tutumuna baxmayaraq Türkiyənin mövcud potensialı,varlığını davam etdirməkdədir . Bu varlıq gələcək üçün bir ümiddir . Türkiyə yenidən quruluşlanan bir xarici siyasət ilə mərkəz ölkə olmağa namizəd , hətta bölgədə sülhü təsis edə bilən ölkələrin başında gələcəkdir. Orta Şərqdə, Qafqazda yaşanan bu gərgiliklər, döyüşlər, Türkiyənin regional güc olması ilə zamanla relsinə oturacaq və sülh hakim olacaq.

    AKP iqtidarının dış politikada yaşadığı zədələr artıq davamlı bir strategiya olmaqdan çıxmışdır. 3 aydır dünyanın gözü qarşısında cərəyan edən Ukrayna olayaları haqqında doğru dürüst bir cəhd edilməmiş , hətta bu gün Krım Rusiyanın əlinə keçərkən səs belə çıxarmamaqdadır .

2)Türkiyədə , 17 dekabr rüşvət və yolsuzluq əməliyyatlarına münasibətiniz..

       Türkiyə dış politikada meydana gələn axsaqlıqlara baxmayaraq, regional güc olma yolunda sürətlə irəliləməkdədir. 17 dekabr həm dış politik və həm də daxili siyasi mənada bir hesablaşma müddəti olaraq tarixə keçəcək. AKP hökuməti bir koalisiya hökumətidir və koalisiyanı meydana gətirən güclər, müəyyən bir müddətdən sonra iqtidarı tək başına icra etmək istəyərlər. Bu mənada AKP ilə gizli koalisiya damı meydana gətirən camaat,məsuliyyət götürmədən əldə etdiyi güc ilə öz quruluşunu daha da inkişaf etdirdi. Xüsusilə camaatın amerikad quruluşlanması ABŞ-dan Türkiyəyə müdaxilə etməyə başlaması, bir tərəfdən AKP-yə rahatsız edərkən, digər tərəfdən isə camaatın Türkiyədəki gücündən istifadə etmək istəyən Neoconları da hərəkətə keçrirdi . Neoconlar, Obmanın, İran məsələsinə rəftarını həzm etmədikləri üçün Obamanın, müttəfiqi Ərdoğandan nifrət edirdilər. Bir şəkildə Obamanın müttəfiqlərini zəiflədərək, Obamanı zəiflətmək üçün Neoconlar camaat üzərindən AKP-yə hücuma keçdilər. Camaat isə Obama və Ərdoğanın, iran mövzusundakı mövqeyindən son dərəcə narahat idi və sanki qısqanclıq böhranına girdi. 17 dekabr əməliyyatı, Neoconların əmriylə və camaat əliylə edilmiş oldu . Camaat hesab səhvi etdi və məsələnin İran mövzusundakı inkişafından ötəri, sürətli hərəkət edərək, əməliyyatda tələsikçi davrandı. Və böyük səhvlər etdilər. AKP 11 ildir birlikdə olduqları, və ya başqa mənada koalisiya etdikləri camaat tərəfindən arxadan vurulmuş oldu.

       Ərdoğan 30 mart seçkilərinə qədər, dərhal hər gün təşkil etdiyi mitinqlərdə camaat əleyhinə çox ağır çıxışlar edir və seçkiləri qazanmaq istəyir. Lakin proseslər Ərdoğanın hesablarını, yaxşıca çətinliyə soxur. Xüsusilə Ərdoğan hökuməti, camaata mənsub polis və hakimlər tərəfindən təqibə məruz qalmış və səs yazıları mətbuata çıxarılaraq sıxışdırılmışdır. Ərdoğan prezident ola bilməyəcək , bələdiyyə seçkilərində mövcud oylarını qoruya bilmək üçün müdhiş bir səy sərfedecek , bütün pulları xərcləyəcək və buda partiyanın iqtisadi zəifləməsinə nədən olacaqdır. Prezident seçkilərində namizəd ola bilməyəcək və 2015 seçkilərinə bəlkə Ərdoğan girə bilməyəcək və ya girsə belə 2015 seçkilərində iqtidardan gedəcək. Camaat Obama sonrası ABŞ başçılığına namizəd olacaq yeni bir qrupla işə başlayaraq bəlkə o başçı üzərindən Türkiyəni yenidən dizayn etmək üçün çalışacaq, amma Camaatın nəfəsi o zamana çata bilməyəcək. Çünki Ərdoğan camaat haqqında casusluq və vətənə xəyanət iddiası açaraq camaatın bütün malvarlıqlarına əl qoyacaq camaatın beli qırılacaq. CHP bu döyüşdə iqtidar hesabları edərək, AKP sonrası ABŞ ilə camaat üzərindən əlaqəyə keçərək yeni dövrü idarə etmək istəyəcək amma CHP bu müddəti idarə edə bilməyəcək və yeni Türkiyənin quruluşuna səbəb olmayacaq .



2015 de yeni bir Türkiyə qurulacaq və bu MHP əliylə olacaq.



3)Ərdoğanın 12 illik hakimiyyəti dönəmində , Türkiyə nələrə nail oldu?



Seymur bəy,AKP iqtidarı müddətində Türkiyədə dövlətin bir çox təşkilatı quruluşu tıxanmış , sanki sistem dayanmış kimidir. Bunu belə bir nümunə ilə izah edə bilərik .

Taxta bir evin sahibi ölmüş, miras 3 uşağa qalmış, bu 3 uşaq evə baxmamı.,nəticədə atadan qalan pulları bədxərc bir şəkildə yeyərkən, malikanəni damı axmağa, lağımı tıxanmağa, divarları yıxılmağa başlamış . bu gedişlə ev yıxılacaq yəni sistem çökəcəkdi. Bu vəziyyəti görən məhəllə sakinləri evi təmir etməsi üçün bir usta çağırırlar.Bu usta evi təmir edər,damı təmir edər, pis su xərcinin tıxanıqlığını çıxarar amma baxar ki evin sahibləri ortalıqda yox elə bu zaman evə yerləşib ev sahibi olmaq istər.

 Ərdoğan belə bir usta olaraq sistemə əl qoymaq üçün hücum edər, amma camaat Ərdoğanın bu yuxusunu erkən bitirər. Ərdoğan özünü davamlı müxalif olaraq görməsi , bir cür özünü bu ölkənin baş naziri olaraq görə bilməməsi, ona görə hərəkət bilməməsinin altında bu psixologiya yatar. Camaat elə bu psixologiyanı yaxşı bildiyi və gördüyü üçün yeri, zamanı gəlincə Ərdoğana xidmət etdi və Ərdoğana sən ustasan təmir işi bitdi artıq sistemin sahibi deyilsən və getməlisən dedi.

17 dekabr əməliyyatı bir tərəfdən oğurluğu ortaya çıxararkən digər tərəfdən də camaatın işbirlikçi mövqesini ortaya çıxardı. İndi edilməsi gərək o ki yeni Türkiyəni yenidən qurmaq lazım olacaq və bunu Türk millətçiləri edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam