Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Çavuşoğlunun işi çətindir

 

 

 

    "Xeberinfo.com": Türkiyənin yeni baş naziri və AKP-nin sədri seçilən Əhməd Davudoğlu öz xələfinə xarici siyasətdə çox ciddi problemləri miras qoyaraq getdi. Davudoğlu yaddaşlarda ilk növbədə "Qonşularla 0 problem" sözünə görə qalmışdı.

Amma “qonşularla problem” yerinə, Türkiyənin normal münasibətdə olduğu qonşusu qalmadı. 

İtirilən qonşuların birincisi Suriya idi.

Ərdoğana ən yaxın prezidentlərdən biri Bəşər Əsəd sayılırdı. 2004-cü ildə o, 57 il sonra Türkiyəyə gələn ilk Suriya prezidenti olmuşdu. Türkiyə-Suriya dostluq əlaqələri möhkəmlənməyə doğru gedirdi. Hətta Əsəd və Ərdoğan ailəlikcə Bodruma gedib,orada istirahət edəcəkdilər. Amma 2010-ci ilin sonlarından vizəyyət dəyişdi. “Ərəb baharı” 2011-in əvvəllərində Suriyaya çatdı.Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu 6 Aprel 2011-ci ildə Şama getdi və orada “Fövqəladə Halın qaldırılmasını, kürdlərə şəxsiyyət verilməsini və ordunun şəhərlərə soxulmamasını” tövsiyə etdi. Amma Əsəd Davudoğluya qarşı çıxdı. Daxili işlərə qarışdığından dolayı,tövsiyəsini qəbul etmədi və Ankaraya etiraz bildirdi. 

Davudoğlu 7 may 2011-ci ildə yenə Şama getdi, Əsədlə bağlı qapılar arxasında 7 saat danışıqlar apardı. Nə oldusa, 15 avqustda "Artıq Suriya ilə danışılacaq bir şey qalmamışdır" bəyanatını verdi və sanksiyaların tətbiq ediləcəyini açıqladı. Türkiyə Əsədə qarşı çıxan Suriya Azadlıq Ordusu ilə əlaqələr qurdu. Bununla da Amerikaya yaxınlaşmağa çalışdı, Suriyanısa itirdi. 

İranla əlaqələr Malatyada, Mərmi Radarı adlı sistemin qurulması ilə pozuldu. 2011-ci ildə NATO Türkiyənin İranla sərhədi olan Malatyada bu sistemin qurulmasını qərara aldı. İran isə Türkiyəyə "Radarınızı hər an vura bilərik" mesajını verirdi. Radar İsraili qorumaq məqsədi daşıyırdı. 

İraqa gəlincə, Əhməd Davudoğlunun böyük səhvi - "Sünni ərəblərə qarşı ayrı-seçkilik edilməsəydi, İŞİD əmələ gəlməyəcəkdi” deməsi, İŞİD-i terrorçu adlandırmaması gərginlikdə son nöqtə oldu. Münasibətləri korlayan digər məqam isə Ərdoğanın İraq prezidentinin müavini Tarık əl-Haşimini öz qanadının altına almasıdır. Tarık Haşimi2012-ci ildə İraq təhlükəsizlik güclərinə qarşı hücumlar təşkil etdiyi üçün məhkəmə ona edam cəzası kəsmişdi. Bundan sonra Haşimi Şimalı İraqa,oradan Qətərə və sonunda Türkiyəyə qaçdı. Ərdoğan onun istədiyi qədər Türkiyədə qala biləcəyini açıqladı. 

Bir qonşu da belə getdi... 

Ermənistan haqqında ayrıca danışmağa ehtiyac yoxdur. Üstəlik, gələn il “soyqırımı”nın 100 illiyi gəlir... Misiri, Liviyanı da nəzərə alsaq Türkiyənin xarici siyasəti gərgin durumdadır. 

Maraqlıdır, indi Çavuşoğlu nəsə edə biləcəkmi? Türkiyənin xarici siyasətini normal vəziyyətə gətirilməsi və qonşularla sözün həqiqi mənasında problemin sıfıra düşürülməsi lazımdır. Bu işin də öhdəsindən yeni Xarici İşlər Naziri gəlməlidir. 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam