"Qarabağ Türk dünyasının ortaq dərdi halına gətirilməli"
"xeberinfo.com": Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay bəyin,yazar,araşdırmacı Seymur Süleymanova verdiyi özəl müsahibəni sizlərə təqdim edirik. Hasan bəy Qafqaz reqionunda mövcud olan vəziyyəti dəyərləndirib.
Həsən bəy, ilk sualım bu: Azərbaycanın siyasətini necə dəyərləndirirsiniz?
Azərbaycan bugünkü xarici siyasəti nəticəsində özünü dünyaya kifayət qədər tanıda bilibmi? Seymur bəy, Azərbaycan Cənubi Qafqazda inkişaf baxımından digər 2 ölkəyə görə son dərəcə yaxşı bir vəziyyətdədir. Yeraltı və yerüstü qaynaqları regional güc olmağa doğru Azərbaycanın gələcəyində son dərəcə mühüm rol oynayacaq. Azərbaycan insan potensialı yüksək, məhsuldar bir coğrafiyadır və bu məhsuldarlığı real siyasətə hərəkət etdirmək lazımdır. Xarici siyasət mənasında Azərbaycanın üstünlükləri var, amma bunu tam olaraq icra edə bilmir,halbuki bəzi çətinlikləri ön plana çıxartmaqdadır. Azərbaycanın xarici politika dinamikası, yalnız Qarabağ və Ermənistan ilə olan problemləri üzərində cəmlənmişdir. Problem həll ola bilmədiyindən Azərbaycan sanki xarici siyasətdə müvəffəqiyyətsiz kimi qəbul edilməktədir. Azərbaycanın hər bir müstəqil ölkə ilə diplomatik əlaqəsi və ikitərəfli əlaqələri yüksək səviyyədə olmalı idi. Xüsusilə ABŞ ilə qaynaqları, potensialı baxımından. Lakin Qarabağ və ya Ermənistan ilə olan əlaqələrin gərginliyi, Azərbaycanın bütün ölkələrlə əlaqələrinə mənfi təsir göstərməktədir. Bu mənfi cəhətləri zamanla Azərbaycan Türkiyə əlaqələrinə də əks olunduğu görülməkdədir.
Həsən bəy, Azərbaycanla Türkiyə iki qardaş ölkə olmasına baxmayaraq bölgədə Türkiyə ilə Azərbaycan əlaqələrinə xələl gətirmək istəyən maraqlı qüvvələr vardır.Bu qüvvələrin maraqları nədən ibarətdir və məqsədlərinə çata biləcəklərmi?
Azərbaycanın, xarici siyasətini tək Qarabağ üzərindən yürütməsi, istər-istəməz mənfi amillər ortaya çıxarır. Bu mənada Türkiyə- Azərbaycan əlaqələrində zaman-zaman bəzi problemlərin yaşanmasına şahidik .Normalda Türkiyə Azərbaycan əlaqələri, Qarabağ hadisələri müstəqil düşünüldüyündə, son dərəcə uyğun və gələcək vəd edən bir proses yaşayır. Lakin işin içinə Azərbaycanın izlədiyi tək gündəmlə Qarabağ xarici siyasəti dövrəyə girdiyində, Azərbyacan aqressivləşərək Türkiyəyə qarşı sərt mövqedə durur .Həmin bu vəziyyət və mövqe bölgədə gözü olan hər kəsin diqqətini çəkdiyindən,maraqlı tərəflər Azərbaycanı təkləmək üçün Türkiyə- Azərbaycan əlaqələrinin pozulması üçün dövrəyə girirlər.Bu zaman Azərbaycan bir az da şaşqın halda Türkiyə bizi satır qorxusuyla, tələm-tələsik Türkiyəyə qarşı mövqe nümayiş etdirir.Bəzi qeyd-şərtlər irəli sürərək, sanki Türkiyənin xarici siyasətini şübhə altına almağa çalışır. Bu da Türkiyə ilə Azərbaycanın arasını açaraq bölgədə Azərbaycanı təkləmək istəyən dövlətlərin işinə gəlir.Oysa Qarabağ Türk dünyasının ortaq dərdi halına gətirilməli,Azərbaycan Qarabağı dış politikasının mərkəzindən çıxarmalıdır.Bu reallaşmazsa statiko davam edər və bu statikonun meydana gətirdiyi gərginlik Türkiyə-Azərbaycan əlaqələrinə mənfi təsir edər. Azərbaycan Türkiyəninin potensialından istifadə edərək bölgədə daha da güclü bir dövlət olmağı seçməlidir. Bunun üçün Azərbaycan və Türkiyə yeni bir xarici siyasət modeli inkişaf etdirməli, bir-biriylə mübarizə edən deyil, bir-birini tamamlayan bir siyasət inkişaf etdirməlidir.
Həsən bəy, Ermənistan Türkiyə sərhədləri açılacaq deyə xəbərlər gəlir.Sərhədlər açılarsa, Azərbaycana necə təsir edər?
Azərbaycan Qarabağ siyasəti ilə, 22 ildir Ermənistana qarşı torpaqlarını geri alma mövzusunda bir sanksiya əldə edə bilmədi. Yəni 22 ildir torpaqların işğal altında yaşamasına mane ola bilmədi. Bu Azərbyacanın Qarabağ siyasətini yenidən nəzərdən keçirməsinin lazım olduğuna əhəmiyyətli bir işarədir. Türkiyə Cənubi Qafqaz siyasətində Azərbaycanın prioritetlərinə dəyər verməklə, bunun yanında özü də müstəqil siyasətlər inkişaf etdirmək məcburiyyətindədir. Ermənistan Türkiyə tərəfindən, Gürcüstan və Azərbaycan ilə birlikdə tanınan bir Qafqaz ölkəsidir. Bu səbəbdən Türkiyə Ermənistan əlaqələri ağır-axsaq olsada getməsi lazım olan bir prosesdir. Sərhədlərdən minaların qaldırılması, 2015 əvvəli baglı sərhədlərin açılması istiqamətində dünyaya verilmş məsajdır. Ayrıca 22 ildir Ermənistana tətbiq olunan embarqo nəticəsində, Ermənistan ciddi çətinliklər çəkməkdə, erməni xalqı Ermənistanı tərk etməkdədir. Bu tərk hadisəsinin gələcək günlərdə kütlələr halında olacağını hesab edən Türkiyə, sərhədlərə yığılan erməni xalqını sağlam bir şəkildə Türkiyəyə gələ bilmək, sərhədləri keçərkən də minalardan təsirlənməmək üçün bu minaları təmizləyəcək. Türkiyə Ermənistan əlaqələri gözləniləndən çox daha sürətli inkişaf edə bilər, bu əslində Ermənistan Azərbaycan əlaqələrinə də təsir edə bilər. Ermənistana tətbiq olunan embarqonun təsiri artıq özünü bütün istiqamətləri ilə göstərməktədir. Bu embarqonun nəticələrini araşdıran zaman hesab edilməlidir ki, təsirlər işə yarayıb və elə indi məqsədyönlü addımlar atmaq zamanı gəlmışdir. Həm Azərbaycan, həm də Türkiyə bu yeni vəziyyəti nəzərdən keçirdib, yeni strategiyalar inkişaf etdirməlidirlər. Bu strategiya Ermənistanın yox etmək deyil, bölgədə problemsiz bir dövlət olaraq yaşayan bir zəminin yaradılması olmalıdır. Azərbaycan artıq romantik xarici siyasətdən, gerçək xarici siyasətə keçməlidir.
Həsən bəy, son sualım bu.Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları geri veriləcəkmi? Hər iki tərəfin ortaq düşüncələri nə olmalıdır?
Türkiyə və Azərbaycan Qarabağ mövzusunda izlədikləri çətin proses nəticəsində, tez-tez bir-birləri ilə küsmə nöqtəsinə gəlmiş olsalar da bu çətinlikli tez bir zamanda dəf etməlidirlər. Heç kim bunu gözləməsin ki, kimsə bu torpaqları alıb Azərbaycana verəcək. Bunu Azərbaycan tək başına reallaşdırmağı gözə almalıydı. İndiyə qədər yürütdüyü siyasət buna zəmin yaratmadı. Amma son mərhələdə gəlinən vəziyyət budur ki, Ermənistan Qarabağ məsələsində əvvəl ki qədər inadcıl deyil və erməni xalqı artıq Qarabağın kürəklərində bir yük olduğunu hər fürsətdə hiss etməkdə və vurğulamaqdadırlar. Burada əhəmiyyətli olan bu torpaqların sülh yolu ilə hüquqi statusunun müəyyən olunmasıdır. Bölgədə Ermənistan dövlətinin varlığı lazımlı məsələdir və ancaq Türkiyə- Ermənistan- Azərbaycan dövlətləri arasında ortaq müzakirələrin nəticəsi ilə reallaşa bilər. Ermənistanın mövqeyi bölgədə normallaşarsa Cənubi Qafqazda sülh hakim olar.