Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

"...hər bir gün Azərbaycan Türkü üçün utanc qaynağı və böyük aşağılamadır"

 

 

 

 

 

 

"xeberinfo.com": Cənubi Azərbaycanın Milli Oyanış Hərəkatının başqanı (GAMOH)Mahmudəli Çöhrəqanlı bəyin,yazar,araşdırmacı Seymur Süleymanova özəl müsahibəsini təqdim edirik.

   Mahmud Əli bəy salam.Birinci sualım keçən müsahibəmizin bir növ ardı kimi qəbul edilə bilər.Azərbaycanla bağlı yeni planlarınız....

 

     Bakıya səfər haqda müraciətlərimiz davam etməkdədir. İşlər uğurlu davam edərsə böyük ehtimal ilə bu ilin ərzində hakimiyətə də sıxıntı yaratmayacaq bir şəkildə, qısa bir səfərimiz olmalıdır. Burada da Vaşinqton, D.C.’de Azərbaycan Səfirliyi ilə əlaqədə olaraq gəlişmələri təqib etməkdəyik. Bölgəmizdəki kritik şəraitləri göz önünə alaraq yaxın dönəmdə artıq bu yeddi illik mənasız və yıpradıcı giriş yasaqlarının sona ərməsini gözləməkdəyik. Seymur bəy,Azərbaycan dövlətinin birinci vəzifələrindən birisi də zalim və işqalçı İran rejiminin quldurluq siyasətinə yox deməsi və boyun əyməməsidir. Çünkü Azərbaycan yanlızca 9 milyonluq Quzeyimizdən ibarət deyildir, böyük parça Güneydədir və İran rejimi istəsə də Azərbaycana qarşı verdiyi notalardan ötə bir addım ata bilməz. Biz millət olaraq birlik içində olarsaq, ciddiyətimizi düşmənə yansıdırsaq, inanın düşmən də geri addım atacaqdır; ancaq bizim istəksizliyimizi sezən düşmən əlbət ki təhdid və buna bənzər davranışlarını sərgiləməyə davam edəcəkdir. Güneyimizin Fars işğalında qaldığı hər bir gün Azərbaycan Türkü üçün utanc qaynağı və böyük aşağılamadır. Vətən torpağı düşmən çəkmələri altında əzilirkən heç bir şərəfli və qeyrətli Azərbaycanlı yerində durmamalıdır, əlindən gəldiyi qədər bu hərəkətə dəstəyini verməlidir.

 

Dünya ana dili günü ilə əlaqədar Güney Azərbaycanın Əhər şəhərində yüzdən artıq Güneyli Türkün həbsinə münasibətiniz.

 

      Əhər şəhrində bu ayın iyirmisində qəddar və anti-demokratik İran rejiminin İttilaat gücləri tərəfindən bir çox günahsız və barışcıl Güneyli insan haqları aktivistləri tutuqlandı. Seçkilər dönəmində Ruhaninin verdiyi sözlər hara, barışcıl bir şəkildə bir evə toplanmış olan Azərbaycanlıların Dünya Ana Dili Gününü qeyd etmələrini çox görən və soydaşalrımızın üstünə hücum edib onlara terorist rəftarı göstərib tutuqlamaq və incitmək hara... Ruhaninin iç üzü gün keçdikcə millətimizə daha da aydın olur. Bu bizə tarixi bir dərs olmalıdır ki, Fars hakimiyyətinə güvən olmaz, istər tac, istərsə də əmmamə formasında...
     Seymur bəy, bu məsələ haqda çox deyiləcək söz yoxdur. Bu böyük bir üzüntüdür, ama eyni zamanda göstərir ki 1995-ci ildə başlatdığımız müasir oyanış hərəkatımız nə qədər irəliləyib və aktivistlər yetişdiribdir ki bu gün İran rejimi nə qədər soydaşlarımızı təhdid etsə, hədələsə, tutuqlasa və işkəncə etsədə də Azərbaycan Türkü əl çəkən deyil, və Uluslararası İnsan Haqları Konvansiyonunda sayılan insan haqları prinsiplərini, əldə etmək niyyətindədir. Diləyimiz odur ki dostlarımız ən qısa zamanda sağlıqla ailələrinə qovuşsunlar, və eyni zamanda medya vasitəsi ilə bu gəlişmələri UNPO, UN, və bənzəri uluslararası örgütlərinə rapor formatında sunmaqdayıq.

 

     Ərdoğanın İran səfərində İran bizim ikinci evimizdir deməsi nəyə işarədir və nə dərəcədə ciddi qəbul edilə bilər?
    Türkiyə İran yaxınlaşması mümkündürmü?Əgər mümkündürsə bu yaxınlaşma hansı tarixi dəyişikliklərə gətirib çıxara bilər?

 

 Ərdoğan öz ideolojisinə dayanaraq əməl edir və özünə görə dediyi söz tam doğrudur. Ərdoğan hakimiyyəti iş üstünə gələn gündən bəri Güney Azərbaycan Türklüyünü görməməzlikdən, duymamazlıqdan, və saymamazlıqdan gəlibdir və bütün müsbət plan və layihələrindən bizi uzaq tutubdur. Somali Ərəbinə, Filistinə, və Quzey İraqda yaranan Türkiyə və Türk düşməni, yarımçılıq dövlətə bolun solun dəstək yağdıran Ərdoğan iqtidarı, bir gün belə Güney Azərbaycanın adını çəkmədi, orada olan Güney Azərbaycan Türkünün problemlərini medya vasitəsilə dünyaya elan etmədi.
      Ərdoğan özünə ticari bir market dövləti axtarırdı və onu İranda tapdı. Biraz daha ucuz qaz, bir balaca da ucuz neft almaq adına 40 milyon Türk görməzdən gəlindi. Ən prinsip haqqımız olan Türkiyəyə giriş, yeddi ildir İran rejiminin istəyi ilə yasaqlanıbdır. Görünən o ki, Fars rejimi və Ərdoğan hakimiyyəti bir birindən məmnundurlar və öz iqtidarlarının güvənliyini və gələcəyini bir birinin iş üstündə qalmasında görürlər. İran rejimi çox yaxşı bunu bilir ki, AKP iqtidardan düşsə, bizim Türkiyəyə girişimiz bölgədə Türkün xeyrinə tarixi yeniliklər gətirəcək və İran rejiminin iç üzü dünyaya daha da açıq biçimdə sərgilənəcəkdir və Güneydə təşkilatlanma və bağımsızlığa hazırlıq prosesi heç olmadığı qədər sürətlənəckdir. Ərdoğan hakimiyyəti isə Türklüyə önəm vermir, yanlızca “Sünnü Hilalı” qurmaq dalısıncadır. İstər Kürd olsun, istərsə də Suriyə Ərəbi, Sünnü isə dəstək verir, əyər məzhəbi fərqli isə qarşısında durur. Bizim hərəkatımızın sekularizm və laizm prinsiplərini əsas almasına baxmayaraq, Ərdoğan və tayfası bizə düşmən gözüylə baxmaqdadırlar. Onların can dostu Fars faşizimidir çünkü oradan ekonomik çıxarı var, pəşmərgə kimi Sünnü quruplar isə onların gözündə əsil qardaşdır. Ona görə, çox rahat şəkildə millətin gözü önündə və qulaqlarının canlı eşitdiyi halda “Biz Türkçülüyü ayaqlar altına aldıq” deyə bilən bir baş nazirdən ki Türk deyil, bundan artıq bəkləntimizin olması doğru deyil.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam