Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Milli Şurada qarşıdurma

 

 

 

“Milli Şuranın bəzi prinsipial məsələləri məni qane etmir. Onların heç biri ilə razılaşmıram”. 

 

"xeberinfo.com":  Bunu açıqlamasında Milli Şuranın üzvü Mehdibəy Səfərov deyib. 

    Onun sözlərinə görə, bu gün Milli Şuradan çıxacağı ilə bağlı bəyanat verəcək: “Bu məsələlərlə bağlı bəyanat verəcəyəm. Milli Şuranın üzvü Hacıbaba Əzimov dünən keçirilən sessiyada çıxış etməyib. Mən onun Milli Şuranın rəhbərliyində təmsil olunmasının da əlehinə olmuşam. 

Hacıbaba Əzimov Azərbaycanda cağdaş cəmiyyətin quruculuğunda, insan haqlarının tanınmasında, demokratik proseslərdə əlehinə çıxış edib. Mən istəmirəm ki, o, Milli Şuranın rəhbərliyində təmsil olunsun. O, həmişə mətbuata açıqlamasında Milli Şurada xarici ölkəyə işləyənlərin olduğunu deyib. Mən ondan xahiş edirəm ki, belə adamların adını açıqlasın. Amma Hacıbaba Əzimov bu adamların adını demir”.

M. Səfərov bildirib ki, Hacıbaba Əzimov Azərbaycanda milli birliyin əlehinə olan insandır: 

“Biz Azərbaycanda ümumu birlik olmasını istəyirik. Bu barədə dünənki Milli Şuranın sessiyasında da dedim. Hacıbaba Əzimov isə Azərbaycanda bölücülüklə məşğuldur. Beləliklə də, xalqlar arasında nifaq toxumu səpir. İstəyir ki, öz əməllərini başqasının üstünə yıxsın. Bu da onda alınmayacaq”. 

Qeyd edək ki, Milli Şuranın dünən keçirilən sessiyasında qurum üzvü Mehdibəy Səfərov digər həmkarı Hacıbaba Əzimovun Şuranın Koordinasiya Şurasında təmsil olunmasının əleyhinə çıxış edib: 

“Hacıbaba Əzimovun adı oradan çıxarılmalıdır. Milli-etnik münaqişə yaradan adam buranın üzvü ola bilməz. Hacıbaba Əzimov Milli Şurada olan şəxslərdən xarici kəşfiyyata işləyənlərin olduğunu deyib. Bunların adını açıqlasın”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam