Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Siyasi müxalifətin yalnız Milli Şuradan ibarət olması fikri düzgün deyil”

Tofiq Yaqublu: “Siyasi müxalifətin yalnız Milli Şuradan ibarət olması fikri düzgün deyil”

 

 

“Müsavat Partiyasından istefa vermək fikrim yoxdur. Mən Müsavatı çox ciddi müxalif partiya hesab edirəm. Eyni zamanda qəbul edirəm ki, qurultaydan sonra partiyada ziddiyyətli dövr olub, amma hər şey yavaş-yavaş yoluna düşür”.
 
Xeberinfo.com:   Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini, Milli Şuranın üzvü Tofiq Yaqublu deyib.
 
O, Milli Şurada təmsilçiliyi haqqında səslənən fikirlərə və bu qurumun perspektivi ilə bağlı iradlara münasibət bildirib: “Mən hər zaman Milli Şuranın fəaliyyətini çox müsbət qiymətləndirmişəm. Ancaq deyildiyi kimi, Azərbaycanda siyasi müxalifətin yalnız Milli Şuradan ibarət olması haqqında fikirlər də düzgün deyil. Ölkədə xeyli müxalif qüvvə, müxalif təşkilatlar var”.
 
T. Yaqublu Milli Şurada təmsil olunduğu üçün Müsavat Partiyası rəhbərliyi tərəfindən heç bir rəsmi iradla qarşılaşmadığını deyib: “Ey zamanda mənim Milli Şurada təmsilçiliyim Müsavatın Nizamnamə pozuntusu deyil. Çünki Müsavat Divanın qərarı tövsiyə xarakterli sənəddir, tövsiyəni qəbul edənlər Milli Şuradan çıxıb, etməyənlərsə qalıblar”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam