Yılmaz Okuklu NƏDƏN ORTAYA SÜBUT QOYA BİLMƏDİ... -ÇÜNKİ...

"Vətəndaşımız Rövşən Bəşirovun Azərbaycanda fəaliyyət göstərən “Okuklu Holdinq” şirkəti tərəfindən aldadılması haqqında facebook səhifəmdə və mediada yazmışdım. Beləki, o, məhsullar sifariş edib və bunun müqabilində şirkətin təmsilçisi Elşən Nəhmətova müəyyən miqdarda pul ödəyib. Lakin Rövşən Bəşirovun sifarişi yerinə yetirilməyib".
Yenixeber.org: Bu barədə jurnalist Sima Babayeva özünün sosial şəbəkə hesabında yazıb.
O daha sonra bildirir: "Mağazadan ümidini üzən Rövşən “Okuklu Holdinq”in rəhbəri Yılmaz Okukluya müraciət edib. Yılmaz bəy deyib ki, sifariş edilmiş məhsul tez bir zamanda çatdırılacaq. Amma nə mal çatdırılıb, nə də pulu qaytarılıb.
Üç gündən sonra Rövşən Bəşirov yenidən Yılmaz Okukluya ilə əlaqə saxlayıb. Bu dəfə holdinq rəhbəri başqa söz deyib. Şirkət adından sövdələşmə aparan Elşən Nəhmətovun müştəriləri aldatdığına görə işdən azad edildiyini bildirib.
Yılmaz Okuklu bununla məsələni bitmiş hesab edir. Şikayətdə adının keçməməsi üçün yaxasını kənara çəkir. Bəs şirkət rəhbəri işçiyə görə məsuliyyət daşımır?
Bu məqalə 4 ay əvvəl yazılmışdı. Həmin vaxt “Okuklu Holdinq” tərəfindən məsələ ilə bağlı məlumat yayıldı. Məlumatda bildirilirdi:
-Sima Babayeva tərəfindən Rövşən Bəşirov adına sosial mediada şirkətimiz və rəhbərimiz Yılmaz Okuklu barəsində yayılan iddialar tamamilə əsassızdır.
-Qeyd olunan ödəniş şirkət kassasına və ya rəsmi bank hesabına deyil, Rövşən Bəşirova məxsus mağazada Elşən Nəhmətova qeyri-rəsmi şəkildə edilmişdir.
-Elşən Nəhmətov 17.10.2024-cü il tarixli yazılı izahatında bu faktı təsdiqləmiş, vəsaiti şəxsi borcları üçün aldığını açıq şəkildə etiraf etmişdir.
-Şirkətimizin bu məsələyə dair heç bir hüquqi və maliyyə öhdəliyi yoxdur.
-Biz yalnız rəsmi müqavilə və ödəniş sənədləri əsasında məsuliyyət daşıyırıq.
-Məsələ ilə bağlı bütün sübutlar hüquq-mühafizə orqanlarına təqdim olunacaqdır.
Şikayətçi də, biz də elə onu istəyirik ki, məsələ hüquq-mühafizə orqanlarında həll edilsin. Ortada açıq-aşkar bir dələduzluq faktı var.
Amma şirkət hələ də dediyi sübutları hüquq-mühafizə orqanlarına təqdim etməyib. Yılmaz bəy, əməkdaşınız öz mənfəəti üçün alıcını aldadıbsa, bu elə sizi də aldatmaq deməkdir.
Belə olan halda niyə onun barəsində hüquq-mühafizə orqanlarına müraciət etmirsiniz. Axı bu mənimsəmə, dələduzluq faktı sizin şirkətdə, sizin ərazidə baş verib. İşçini azad etməklə problem həll olunmur. Elşən Nəhmətov sizin işçi olub və sizin işgüzar nüfuza zərər vurub.
Bu qədər tərəddüd nəyə görədir? Araşdırılsın, görək bu Elşən Nəhmətov kimdir?
Kimin zəmanəti ilə işə götürmüsünüz?
Onunla əmək müqaviləsi və ya hər hansı razılaşma imzalanıbmı?
Sığortası varmı?
Yəqin mağazanızda müşahidə kameraları var. Bu müddətdə oradakı qeydlərə baxıb ödənişin necə edildiyini, hadisənin necə baş verdiyini bilməyə maraqlı olmalı idiniz. Amma heç birini etməmisiniz.
Yılmaz Okuklu ilk dəfə deyil ki, vədinə xilaf çıxır. Onun 2019-cu ildə Azərbaycan Amputant Federasiyasının, komandanın başına açdığı oyunu heç kim unutmayıb.
Həmin il Türkiyəyə yarışa gedən komandanın yanında Yılmaz Okuklu da var idi. Çünki onlara guya sponsorluq etmək niyyətində olduğunu bildirmişdi.
Türkiyədə olarkən komanda üzvləri o illərdə Türkiyə gənclər və idman naziri olmuş Kasapoğlu və daxili işlər naziri Soylu ilə görüşmüşlər. Kasapoğlu həmin görüşdə azərrbaycanlı idmançılara minibus hədiyyə edəcəyini deyir və yarışın sonuncu günü həmin avtomobilin açarını təqdim edir.
Bakıya qayıtmaq vaxtı çatanda o deyir ki, mən maşını konteynerlə göndərəcəm. Lakin nazirin hədiyyəsi elə Türkiyədə də qalır. Federasiya rəhbərliyi, komanda üzvləri nə qədər desələr də, əlaqə saxlasalar da xeyri olmur.
Yılmaz Okuklu əlillərə verilən hədiyyəyə göz diikib mənimsəyir. Baxın, belə əqidəli məxluqdur bu Yılmaz Okuklu.
Öz alveri üçün hərdən mediada Azərbaycan-Türkiyə qardaşlığından, türkçülükdən danışsa da ortada olan fakt budur. Belə adamlar hər iki ölkədə araşdırılmalıdır ki, qardaşlığımıza xələl gəlməsin".(Dia-az)










AZ
RU