Tokayev İlham Əliyevə qazax milli geyimini hədiyyə etdi -VİDEO
Qazaxıstanda səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevə qazax xalqının milli geyimi hədiyyə edilib.
Yenixeber.org-un məlumatına görə, hədiyyəni Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev təqdim edib.
Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 20-dən Qazaxıstanda dövlət səfərindədir.