Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Sərdar Cəlaloğlu Milli Şuranın dialoqa qoşulmasını düzgün hesab etmir

 

“Dialoqa yalnız dövlət və milli maraqlara üstünlük verən qüvvələr maraqlıdır. Təbii ki, özlərinin hakimiyyət maraqlarına üstünlük verən qüvvələr isə dialoq məsələlərində Milli Şura kimi mövqe nümayiş etdirməlidirlər”.
"Xeberinfo.com":  Məlumata görə, bu barədə Trend-ə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Milli Şuranın iqtidar-müxalifət dialoquna tənqidi münasibətini şərh edərkən deyib.
S.Cəlaloğlu vurğulayıb ki, bundan əvvəl də beynəlxalq təşkilatların iştirakı ilə dialoq keçirilmişdi: “AXCP və Milli Şuraya daxil olan partiyalar həmin dialoqlarda iştirak etməklə fəxr edirdilər, çünki beynəlxalq təşkilatlar təşkil edirdi. Milli maraqlara xidmət etməsələr də, beynəlxalq təşkilatların könlü xoş olsun deyə alqışlayırdılar. Bu gün biz özümüz öz aramızda bir araya gəlmişik və bu çətin dövrdə istəyirik ki, nəsə edək. Lakin Milli Şura dərhal bu cür bəyanatlar verir”.
ADP sədrinin sözlərinə görə, təbii ki, burada hər şey başa düşüləndir: “Milli Şura müstəqil təşkilat deyil, müəyyən mənada Azərbaycanda son prezident seçkilərində Rusiyanın maraqlarına xidmət etdi. Rusiya da Azərbaycanda iqtidar və müxalifətin bir araya gəlməsində maraqlı deyil, çünki Azərbaycanda həmrəylik, möhkəmlik yaranır. Azərbaycanda iqtidar və müxalifətin bir araya gəlməsini nə Rusiya istəyir, nə də Milli Şura. Bu baxımdan da bunların mövqeyi üst-üstə düşür”.
S.Cəlaloğlu əlavə edib ki, Milli Şuranın fikri Azərbaycan cəmiyyəti üçün həlledici rola malik deyil: “Yəni müəyyən az sayda tərəfdarından başqa heç kim Milli Şuranın düz yolda olduğunu qəbul etmir. Vaxtilə Milli Şuranın sıralarında olan partiyaların 90 faizi oranı tərk edib, ora yalnışlıqla daxil olan tanınmış insanların böyük əksəriyyəti oranı tərk edib. Ona görə də indi Milli Şuranın yalnız bir qabığı qalıb. Bu baxımdan Milli Şuranın mövqeyinin Azərbaycan ictimai rəyi üçün heç bir əhəmiyyəti yoxdur. Bunu nəzərə alıb AXCP-nin və Milli Şuraya daxil olan partiyaların ümumiyyətlə bu dialoq prosesinə qoşulmasını da düzgün hesab etmirəm”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam