Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Müsavatdan daha bir istefa

 

 

 

 

     Cavanşir İbrahimli: “Rauf Arifoğlunun açıqlamalarına etiraz əlaməti olaraq çox böyük təəssüf hissi ilə Müsavat partiyasının sıralarını tərk edib AXCP-yə keçirəm”

 

     "xeberinfo.com": Müsavatın Salyan rayon təşkilatının üzvü Cavanşir İbrahimli partiyanın Milli Şuradan çıxması və başqa məsələləri əsas gətirərək istefa verdiyini açıqlayıb. Bir nüsxəsini də mediaya göndərən Cavanşir İbrahimli məktubunda bunları yazıb:

“Hörmətli İsa bəy!

    Mənim 58 yaşım var. Azərbaycan Xalq Hərəkatının fəal iştirakçılarından olmuşam. 2001-ci ildən Müsavat Partiyasının Salyan rayon təşkilatının üzvüyəm. Partiyanın keçirdiyi bütün kütləvi etiraz aksiyalarında və seçkilərdə aktiv iştirak etmişəm. Ana babam Məmmədəli Şükürbəyli 1918-1920-ci illərdə Müsavatın Salyan qəzasının katibi olub. Sonralar ailəvi repressiya olunaraq güllələnib.

     Son vaxtlar Müsavatın apardığı siyasətə və xüsusilə partiyada əsas söz sahibi olan “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun açıqlamalarına etiraz əlaməti olaraq çox böyük təəssüf hissi ilə Müsavat partiyasının sıralarını tərk edərək AXCP-yə üzv olmaq niyyətimi bəyan edirəm”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam