Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb

 

Milli Məclisin oktyabrın 24-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.

Yenixeber.org xəbər verir ki, toplantının gündəliyinə 17 məsələnin müzakirəsi daxil edilib.

Həmin məsələlər aşağıdakılardır:

1. Azərbaycan Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında

2. F.M.Abbasovun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi haqqında

3. Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında

4. Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında

5. R.A.Xəlilovun Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında

6. "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi

7. "Tibbi sığorta haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

8. Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

9. "Dövlət xidmətləri haqqında" qanun layihəsi (ikinci oxunuş)

10. "Avtomobil nəqliyyatı haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

11. Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

12. "İpoteka haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

13. Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş)

14. "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" qanun layihəsi (birinci oxunuş)

15. Mülki Məcəllədə, Ticarət Gəmiçiliyi Məcəlləsində, "Nəqliyyat haqqında" və "Avtomobil nəqliyyatı haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)

16. "Ümumi təhsil haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)

17. Əmək Məcəlləsində, Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Mənzil Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Dövlət rüsumu haqqında", "Gənclər siyasəti haqqında", "Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında", "Sosial müavinətlər haqqında", "Əmək pensiyaları haqqında", "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Təhsil haqqında", "Sosial xidmət haqqında", "Uşaqların icbari dispanserizasiyası haqqında", "Peşə təhsili haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında", "Ümumi təhsil haqqında", "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə" 2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli və "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə" 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam