Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Azərbaycanda Su korrupsiyası:Əvvəlcə “Su müharibəsi...”

 

 

 

 

 

 ABŞ Dövlət Demartamentinin bağlı qapıları arxasında Azərbaycanın bugünkü durumu müzakirə edilib.

Yenixeber.org: Azərbaycanı ötən əsrin Livanına bənzədən ekspertlər yenə həqiqəti tam mənada ifadə etmədilər. Riçard Nikson adına Sülh və Azadlıq Mərkəzinin Yaxın Şərq üzrə məsləhətçisi N.Uilson və C. Kemp (Vaşinqton) belə bir etiraf edirlər:

Dövlət departamentində Azərbaycanla bağlı məsələlərə daha geniş və hərtərəfli geosiyasi planda yanaşılır.

Əgər Azərbaycanda gərginlik həddini aşarsa, siyasi tarazlığın balansı pozularsa, onda xarici kəşfiyyat xidmətləri ölkənin sərvətləri uğrunda mübarizəyə qoşulacaqdır. Digər tərəfdən ayrı-ayrı qüvvələr hakimiyyət uğrunda mübarizə meydanlarına atılacaqdır. Bu mübarizədə Türkiyənin (NATO) yalnız neft maraqları deyil, su maraqları da ola bilər. Türkiyə öz strateji maraqlarını heç nəyə qurban verəsi deyil.

Lakin Strateji Araşdırmalar İnstitutunun hesabat məruzəsində (MKİ-nə, Pentaqona və NATO-ya) göstərilir ki, bu ilin sonunadək Türkiyənin Suriya və İraqla müharibələrinin yeni dalğası ortaya çıxsın. Fakt budur ki, Türkiyə öz su hövzələrini artırmaq və ya böyütmək məqsədilə “Cənub Şərqi Anatolik layihəsi”ni reallaşdırmaq istəyir. Bu layihənin də kəşfiyyat üçün ayrılmış bölməsində göstərilir ki, Türkiyə Fərat və Dəclə çaylarının hesabına su tutumu güclü olan hidromərkəzlər tikir. Əgər bu ərəfədə ziddiyyətlər lap kəskinləşərsə, Şimali Atlantika təşkilatının 5-ci maddəsinə əsasən, Türkiyə öz təhlükəsizliyinin təmin olunması üçün NATO-ya müraciət edə bilər.

Artıq Suriya və İraq raketləri Türkiyənin Qazıantəp və Mardin əyalətlərinə, Atatürk və Keban hidromərkəzlərinə doğru yönəlib. Raket hücumundan sonra isə Suriya və İraq hərbi qüvvələri Şərqə doğru irəliləyə bilərlər.

İkinci raket zərbəsi isə Aralıq dənizindəki İsgəndərun və Mersin liman şəhərlərinə tuşlanır. Adana hava limanı isə zərbə altında qala bilər. Onların Türkiyə istiqamətində planlaşdırdığı “Şimal istiqamətində” kəşfiyyat bloku isə İncirliyi, dəmir yollarını dağıdacaq.

Vaşinqtondakı Strateji və Siyasi Araşdırmalar İnstitutunun eksperti Pol Mişel Uindbi xəbərdarlıq edirdi ki, Türkiyə və onun strateji müttəfiqi olan ABŞ hərbi xərclərdən çox, diplomatiək gedişləri düşünməlidir.

Türkiyənin “Su hövzəsi” isə bütün bu qalamqalda sual işarəsi altındadır. Çünki Suriya Türkiyəni Fərat və Dəclə çaylarının çox hissəsini zəbt etməkdə günahlandırır.

Suriya hökumətinin mövqeyi belədir ki, Fərat çayının 32 faizi, Dəclə çayının 5,4 faizi onun olmalıdır. İraq isə Fərat çayının 65 faizini, Dəclə çayının 92,5 faizini mənimsəmək istəyir.

Türkiyə isə hesab edir ki, Fərat çayının 52 faizi, Dəclə çayının 14,2 faizi onun payına düşür.

Qeyd edək ki, bu məsələyə 1921-ci, 1923-cü, 1939-cu, 1947-ci illərdə baxılsa da münaqişə davam edir.

Rövşən Novruzoğlu:

Milli Təhlükəsizlik məsələləri üzrə eksəpert

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam