Redaktor seçimi
Əziz Quliyev azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Günün xəbəri

ABŞ-ın yeni səfiri Bakıya nə vaxt gələcək?

Litsenberqer Birləşmiş Ştatların Serbiyada, Qırğızıstandakı səfirliklərində, eləcə də ABŞ-ın NATO missiyasında çalışıb.

 

Yenixeber.org: ABŞ Senatı Earle D.Litsenberqerin Azərbaycana səfir postuna namizədliyini təsdiqləyib. Onu bu vəzifəyə Prezident Donald Trump irəli sürmüşdü.

İndiyədək Litsenberqer Birləşmiş Ştatların Serbiyada, Qırğızıstandakı səfirliklərində, eləcə də ABŞ-ın NATO missiyasında çalışıb. O, hazırda Dövlət Departamentində hərbi-siyasi məsələlər üzrə büroda aparıcı məsləhətçidir. Yeni səfirin fransız, rus, serb-xorvat və bolqar dillərini bildiyi xəbər verilir.

Modern.az xatırladır ki, indiyə kimi ABŞ hökumətinin Azərbaycana aşağıdakı səfir təyinatları olub. İlk təyin olunmuş səfir Robert Finn 1992-ci ildə bir neçə ay ərzində bu postu tutub. 1992-ci ilin mart ayında ABŞ-ın Bakıda diplomatik missiyasını o açıb və üç il səfirliyə başçılıq edib.

Daha sonra Riçard Mayls 1992-ci ildən 1993-cü ilə kimi Amerikanın Azərbaycandakı səfiri olub.

Digər səfirlər - Riçard Kozlariç (1994-1997), Stenli Eskudero (1997-2000), Ross Uilson (2000-2003), Rino Haniş (2003-2006), Enn Dersi (2006-2009), Metyu Brayza (2011-2012), Riçard Morniqstar (2012 -2014), Robert Sekuta (2015-2018).

Maraqlı olan prezident Trampın Azərbaycana səfir göndərdiyi şəxslə bağlı məqamlardır.

Litsenberqerin rəhbərlik etdiyi Hərbi-Siyasi Məsələlər üzrə Büro ABŞ Dövlət Departamentinin ürəyi sayılır. O ən çətin bölgələrdə-Əfqanıstan, Serbiya, Qırğızıstan, Qazaxıstan, Bolqarıstan və Əlcəzairdə diplomatik xidmətdə olub. Kifayət qədər təcrübəli diplomat olan Litsenberger bir müddət ABŞ dövlət katibinin I müavini səlahiyyətini də icra edib.

ABŞ mediası bir müddət əvvəl onun prezidentin hərbi-siyasi məsələlər üzrə müşaviri və ya NATO-da ABŞ nümayəndəliyinin rəhbəri təyin ediləcəyi barədə məlumatlar yaymışdı. Görünür, Birləşmiş Ştatlar mediası Litsenberqeri layiq hesab etdiyi üçün onun belə mühüm vəzifəyə namizədliyini versiya kimi irəli sürmüşdü.

Ekspertlər hesab edir ki, Donald Trampın belə önəmli diplomatı Azərbaycana səfir göndərməsi Vaşinqtonun Azərbaycanda öz siyasətini gücləndirmək istəyi və ölkəmizə xüsusi önəm verməsindən irəli gəlir. ABŞ hər vəchlə Azərbaycanla sıx əlaqələrə can atır. Mühüm enerji layihələri icra edən Azərbaycan İran və Rusiya ilə qonşuluğuna görə də strateji əhəmiyyətli bir ərazidədir.

Yeni səfirin Bakıya nə zaman gələcəyi barədə hələ ki, məlumat verilmir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam