Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Həsən Ruhani Putinə məxfi məktub göndərdi-"Pandemiya salamlaşması"

 

 "İrana qarşı silah embarqosunun müddətini uzatmaq, hətta onun qeyri - müəyyən müddətə tətbiq edilməsi cəhdlərinin nə hüquqi, nə siyasi, nə də mənəvi əsası var".

Yenixeber.org: Yerli KİV-lər bildirir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov dünən iranlı həmkarı Cavad Zəriflə Moskvada keçirdiyi görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Görüşün yekunlarına dair jurnalistlərə məlumat verən Lavrov xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının İrana tətbiq etdiyi silah embarqosu bu ilin oktyabr ayında başa çatacaq və bu qərar qəbul edilərkən də sənəddə müvəqqəti xarakter daşıdığı açıq şəkildə qeyd olunurdu. Odur ki, embarqonun uzadılması təklifinin həmin qərarın ruhuna zidd olduğuna inanan Lavrov bunun üçün heç bir əsas görmür: “Biz belə təşəbbüslərin əleyhinəyik və embarqonun uğurla başa çatdırılması üçün əlimizdən gələni edəcəyik. Bizim embarqo məsələsində dəqiq mövqeyimiz bundan ibarətdir”.

2015-ci ildə İranla bağlanan nüvə sazişindən də danışan Lavrov deyib: "Müqavilənin sabit yola qayıtmaq şansı var, bu məsələdə də iranlı dostlarımız qədər maraqlıyıq və həyata keçirilməsinə çalışırıq".

ABŞ-ın 2018-ci ildə nüvə sazişindən birtərəfli qaydada ayrıldığını xatırladan Lavrov ABŞ-ın silahlara nəzarət sahəsində digər dövlətlərin bağladığı müqavilələri məhv etmək istiqamətində destruktiv siyasət apardığını vurğulayıb.

İranın xarici işlər naziri Cavad Zərif isə bəyan edib ki, İran silah tədarükü ilə əlaqədar embarqo müddəalarının daxil edilməsi nüvə anlaşmasını poza bilər.

Çıxışında İranın Suriya məsələsi ilə əlaqədar mövqeyinə də aydınlıq gətirən Zərifin fikrincə, ən optimal variant problemin Astana sammitlərinin qərarları çərçivəsində həllidir. “Astana formatında Rusiya, Türkiyə və İran arasında əməkdaşlıq Suriya məsələsinin həll edilməsinin yeganə səmərəli mexanizmidir”.

Daha bir maraqlı məqam. C.Zərif vurğulayıb ki, Moskvaya yalnız danışıqlar üçün səfər etməyib. O, Rusiya Prezidenti Vladimir Putinə iranlı həmkarı Həsən Ruhanidən məkrub gətirdiyini deyib, lakin onun təfərrüatı açıqlanmayıb.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının İrana qarşı 13 il əvvəl tətbiq etdiyi silahların embarqosu 2015-ci ildə imzalanmış nüvə razılaşmasına əsasən, bu ilin oktyabr ayında başa çatır. Tramp hakimiyyəti isə 2018-ci ildə nüvə sazişindən çıxmış və silah embarqosuna davam edəcəyini açıqlamışdı. Embarqonun davam etməsi üçün məsələ BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılmalı, 5 daimi və ən azı 4 müvəqqəti üzv tərəfindən təsdiqlənməlidir. Rusiyanın İrana qarşı silah embarqosunun əleyhinə çıxış etməsi bu təklifin BMT TŞ-dan keçməyəcəyi anlamına gəlir. Çünki qurumun daimi üzvlərindən yalnız birinin vetosu və ya tərəfsizliyi qərarın qəbulunu əngəlləyir.

Nazirlərin görüşü digər bir cəhəti ilə-dirsək salamlaşması” ilə də yadda qalıb. İran Xarici İşlər nazirinin “Twitter” hesabında paylaşdığı şəkildən bir daha aydın olur ki, dünyanı öz təsiri altına alan pandemiya diplomatik etiketə də öz təsirini göstərib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam