Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Koronavriusa görə əti az yeyəcəyik?-FOTOLAR

 

         

 Koronavirus epidemiyası ilə əlaqədar, dünya boyunca ət istehlakında kəskin azalma gözlənilir.

Yenixeber.org: Birləşmiş Millətlər Təşkilatının proqnozuna görə, 2020-ci ildə adambaşına düşən ət istehlakı 3 faizədək azala bilər. Bu, 2011-ci ildən bəri ən aşağı göstəricidir.

Bloomberg agentliyinin saytındakı məlumata əsasən, bu təmayülün, davamlı böyüyən ət sektoruna əhəmiyyətli nəticələri olacaq.

Məsələn, ən çox ət istifadə edən ABŞ-da, istehlak pandemiyadan əvvəlki səviyyəyə yalnız 2025-ci ildə çata bilər.

                            Ət istehlakının azalmasında bir neçə amil rol oynayır:

  • Epidemiya və iqtisadiyyatdakı məhdudiyyətlərin mənfi təsiri istehlakçıların ərzaq xərclərinin azalmasına səbəb olur.
  • Restoranların bağlanmasına görə, ətə tələbat azalmaqdadır. Çünki insanlar evdən kənarda yemək yeyəndə daha çox ət sifariş etməyə üstünlük verir.
  • Qlobal ət istehsalının təxminən 25 faizini istehlak edən Çində ət məhsullarına qarşı şübhə yaranıb, çünki hökumət epidemiyanın ikinci mərhələsi və ət idxalı arasında əlaqənin olduğuna işarə edib.
  • İstehlakın azalması həmçinin ABŞ-dakı sallaqxana və ət kombinatlarında pandemiyaya görə istehsalın ixtisarı ilə bağlıdır.

                                      İstixana qazlarının əmələ gəlməsində ətin rolu

İqlim böhranı ilə mübarizə aparanlar illərdir ki, ət istehlakını azaltmağa çağırırlar.

Kənd təsərrüfatı və heyvandarlığa görə yaranan istixana qazları həcminin nəqliyyat sektorunun tullantılarından daha yüksək olduğu deyilir.

İnsan fəaliyyətindən qaynaqlanan qlobal istixana qaz emissiyalarında ət və süd məhsullarının payı 18 faiz təşkil edir.

Mal və qoyun əti ətraf mühitə ən zərərli məhsullardandır, çünki mal-qaranın həzm sistemlərində güclü istixana qazı - metan əmələ gəlir.

                                          İstehlakçı davranışında dəyişiklik

Epidemiyaya görə ət istehlakının aşağı düşməsinin nə qədər davam edəcəyini, qidalanmaq vərdişində yeni təmayülün daimi olub-olmadığını zaman göstərəcək.

Ancaq milyonlarla insanın daha çox bitki mənşəli məhsul istehlak etdiyini göstərən daimi dəyişikliyin əlamətləri mövcuddur.

ABŞ, Braziliya və Almaniya kimi ölkələrin ət sektorlarında koronavirus hadisələrinin artması buradakı ağır iş şəraiti və aşağı maaşları nümayiş etdirib.

Bloomberg-dəki məlumata əsasən, epidemiyanın qısa və uzunmüddətli fəsadlarına görə dünyada 2,2 milyon restoranın bağlanacağı gözlənilir.

İddia olunur ki, bu bağlanmaların təsiri hələ uzun müddət hiss ediləcək. Boston Consulting Group-a əsasən, pandemiyadan əvvəl ət istehlakının yarısı evdən kənardakı yerlərin payına düşürdü və buna görə də ət istehlakı azala bilər.

                                                   

                                          Ət istehlakı azalmaqdadır

2019-cu ildə donuz qripi Çində milyonlarla donuzun ölməsinə və ətin bahalaşmasına səbəb oldu. Eynilə, donuz ətinə tələbat da azaldı.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, 2018-ci ildən bəri adambaşına düşən ət istehlakı 5 faiz azalıb.

2020-ci ildə Avropa İttifaqında donuz əti istehlakı son 7 ilin minimumuna enib.

2015-ci ildə Almaniyada gündəlik ət istehlak edənlərin nisbəti 34 faiz təşkil edirdisə, may ayında bu rəqəm 26-ya enib, Kənd Təsərrüfatı Nazirliyinin keçirdiyi sorğunun nəticələrində göstərilir.

Çində daxili istehlak səviyyəsinin 35 faiz azalacağı gözlənilir. Hazırda dünyada istehsal olunan donuz ətinin 40 faizi Çində istehlak olunur.

ABŞ-dakı heyvandarlıq fermaları, donuz ətinə tələbatın artacağını gözləyərək, istehsal imkanlarını genişləndiriblər. Ancaq tələbatın aşağı düşməsi istehsalın rentabelliyini azaltmış oldu.

Epidemiyanın mərkəzinə çevrilən ölkələrdən biri - Braziliyadakı iqtisadi böhrana görə alıcılıq qabiliyyəti azalıb və nəticədə ət istehlakının da azalacağı təxmin edilir.

Missouri Universitetinin Qida və Kənd Təsərrüfatı Siyasəti Tədqiqat İnstitutu 2014-cü ildən bəri adambaşına düşən ət istehlakının ilk dəfə azalacağını və belə təmayülün ən azı 2025-ci ilə qədər davam edəcəyini proqnozlaşdırır.

Mütəxəssislərə əsasən, qlobal ət bazarında təklif tələbatı üstələyir və bu bir müddət belə də davam edəcək.(BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam