Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

HACI ƏBDÜSSƏLAM FRANKO… –İspaniyanın qəddar diktatoru bu müsəlman adını necə ala bilib?

 

“Tabnak ba to” (İran), 26.06.2020

 

Yenixeber.org: Mərhum ərəb yazıçısı Məhəmməd Şükri mübahisəli “Həbzəl-Hafi: Yavan çörək” adlı qalmaqallı kitabında bu hekayətdən söz açır və əhvalatın bir hissəsində yazır: “Atam Fadan meydanında vaxt keçirməkdən zövq alırdı. Orada tez-tez İspaniyadakı Vətəndaş müharibəsindən dönən əsgərlərlə söhbət edirdi. Onlar döyüş qələbələri və məğlubiyyətlərindən söz açar və “el-Kaudilyo” (diktatorun özünə verdiyi ləqəb, ispanca “rəhbər” deməkdir” – tərc.) prezident Frankonu “Hacı Franko” adlandırardılar”.

1936-cı ildə general Fransisko Franko dövlət çevrilişi ilə İspaniya hökumətini devirdi. Polkovnik Xuan Bikbider yeni diktator rejiminin təbliğatına cavabdeh şəxs idi. Onun əsas təbliğatı Mərakeş xalqına, xüsusən Mərakeşin şimal-qərbində yaşayan əhaliyə yönəlmişdi, məqsəd respublikaçı hökumətə qarşı Vətəndaş müharibəsində onları Frankonun qüvvələrinə qoşulmağa sövq etmək idi.

Beləliklə, polkovnik mərakeşliləri Frankonun rəhbərlik etdiyi qiyamçıların sıralarına qoşulmağa çağırıb. O bildirib ki, “Kaudilyo” həm İslam, həm xristianlığa düşmən olan kommunist kafirlərlə döyüşür, respublikaçılar müsəlmanlar və xristianların eyni dərəcədə əleyhdarı olduğundan bir səfdə mübarizə aparmalıdırlar.

Frankonun əmri ilə Mərakeşin Tatvan şəhərinin sakinlərindən bir neçə Həcc ziyarəti qrupu təşkil edilib və zəvvarlar ziyarətdən geri qayıdarkən, Sevilya limanında onları gözləyən bir alman döyüş gəmisi lövbər atıb.

Mərakeşli zəvvarlarla danışıqlar aparılıb. Onlara deyilib ki, “İspaniya və İslam aləmi həmişə bir-birinə dözümlü yanaşıb və indi insanlığa və dinə qarşı düşmən olan təhlükəyə qarşı vahid cəbhədə birləşməliyik”.

Frankonun gözündə kommunistlər və respublikaçılar arasında fərq yox idi. Onun rejimi Mərakeşin şimal-qərbində apardığı təbliğat kampaniyasında da bunu təlqin edirdi. Diktatorun təbliğatçıları Frankonun İslam dinini qəbul etdiyini, özünə “Əbdüssəlam” adını götürdüyün, Həcc ziyarətinə yollandığını və Allah Evini ziyartət etdiyini iddia edirdilər.

İspan tarixçisi Mariya Roza de Madriarqa “Frankonun xidmətindəki mərakeşlilər” adlı kitabında yazır ki, 23 yanvar 1939-cu ildə Həccdən qayıdan bir zəvvar Tripolidə ayaq saxladıqda, dostuna məktub yollayıb. Həmin məktubda o, Frankonun Mərakeş xalqına və İslam dininə dəstək verdiyini qeyd edib, diktatora yerdən-göyədək təşəkkür yağdırıb.

Namədə gəminin göyərtəsində zəvvarların əllərini asimana sarı qaldıraraq Franko üçün dua etdikləri, Allahdan ona can sağlamlığı və qələbə arzuladığı da təsvir olunub.

İbn Əzuz Hakim adlı bir Mərakeş tarixçisi də Məkkə zəvvarları arasında bir Məğrib əhlinin Frankonun Həcc ziyarətində iştirakını gördüyünə and içdiyini vurğulayıb. Hələ də sağ olan həmin adam indi də Fransisko Frankonu “Hacı Franko” adlandırır.

Franko İspaniyadakı Vətəndaş müharibəsində əslən məğribli əsgərləri ilə həmişə fəxr edib. Onun Mərakeş-Əndəlus mənşəli olduğu, müsəlmanların və yəhudilərin İspaniyadan qovulmasından sonra (1492-ci il – tərc.) ailəsinin bu ölkədə qalaraq xristian icmasının üzvü olduğu haqqında şayiələr indi də yaşayır və ağızdan-ağıza dolaşır.

Franko 20 noyabr 1975-ci ildə 82 yaşında vəfat edib.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam