Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qədr gecəsində silahlı insident -Polis rəisi öldürüldü

İranın qərbində yerləşən Kirmanşah vilayətinin İslamabad Qərb rayonunun istintaq idarəsinin polis rəisi Kuruş Hacı Muradi silahlı insidentdə öldürülüb.

Yenixeber.org: Bunu İranın Kirmanşah vilayəti hüquq-mühafizə orqanının rəis müavini polkovnik Məhəmməd Rza Amuyi deyib.

M.Amuyinin sözlərinə görə, ötən gecə Qədr gecəsi mərasiminin iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə Hacı Muradinin rəhbərliyi ilə bir qrup polis reyd keçirirmiş: "Polis məmurları bir avtomobilə şübhələnirlər. Avtomobili saxlatdırmaq istəyərkən silahlı insident baş verir. Hadisədə Hacı Muradi ağır yaralanıb, xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb".

Polkovnik Amuyi başqa bir polisin də yaralandığını deyib.

Silahlılar hadisə yerindən qaçıblar. Onların tapılması üçün əməliyyatlar keçirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam