Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Gəncləri intihara sürükləyən mərc saytları — Vergidən yayınan işbazlar:(ARAŞDIRMA - FOTOLAR)

Azərbaycanda qadağan olunmasına baxmayaraq, qumar oyunlarının da virtual məkanda mövcudluğu heç kimə sirr deyil. Son zamanlar qeyri-qanuni fəaliyyət göstərən mərc oyunları saytlarının sayı sanki yağışdan sonra meşədə ağacların dibindən çıxan göbələklərin sayı qədər çoxalıb.

 

Bəs hostinqi xarici ölkələrdə yerləşən saytlara isə giriş Azərbaycandan olan mərc oyunları saytları vergidən necə yayınır?
 

Yenixeber.org: Bununla bağlı kiçik bir araşdırma aparmışıq:
 

Araşdırmamız zamanı məlum oldu ki, bu tip saytlar xeyli saydadır. Belə ki, bu saytlar Azərbaycanda "fəaliyyət" göstərsələr də, hostinqi hansısa ölkəyə məxsusdur. 
 

Qeyri-qanuni fəaliyyət göstərib vergidən yayınan bu işbazlar müştəriyə öz aləmlərində fantastik təklif edib, bir sözlə vergi ödəyicisi olan TOPAZ-ın fəaliyyətinə çətinlik yaratmaq istəyirlər. 
 

Burda uduzan hər hansısa müştəriyə uduzduğu məbləğin hər hansısa faizi "geri qaytrarılır". Lakin müştəri pul udduqda onun qazancını verməyərək min cür bəhanə gətirib qazanan şəxsi təhdid etməyə başlayırlar. Haqqında danışdığımız bu dırnaq arası saytlar TOPAZ-ın filiallarına yaxınlaşaraq kassirlərlə işbirliyinə girib bura gələn müştəriləri özlərinə yönləndirirlər. Planları "başgicəlləndirici təklif"dən ibarətdir. Sayt sahibi kassirə yaxınlaşır və deyir: "Mənə müştəri ver, sənin faizini verəcəm və sən burdakı işdən əlavə xeyli qazanc əldə edəcəksən". Bax beləcə daha bir qurbanı yoldan çıxarıb onu qanunsuz işlərinə urcah edirlər. Buna görə də, TOPAZ-a daxil olan 10 müştəridən 5-i bunların qurbanına çevrilir.
 

Onu da qeyd edək ki, Azərbaycanda onlarla adam bu tip saytların ucbatından intihar edib. Və yeniyetmə uşaqlar evdən və ya başqa yerlərdən pul oğurlayıb futbol oyunlarına proqnoz verməklə gələcəyin cinayətkarına çevrilir. Nəyə görə? Çünki bu işbazlar udan şəxsi əməlli başlı ələ salmaqla məşğuldurlar. Uduzana "10 faizini geri qaytaracam" deyib qaytarmırlar, udan şəxsi də aldadıb pulunu vermirlər. Ən ağlagəlməz variant isə, uduzan şəxsin nisyə dəftəri olmasıdır. Deməli bunlar uduzan müştərini şirnikləndirmək üçün nisyə dəftərində istifadə edirlər. Müştəri də uduzduqca pulun məbləği artmaqda davam edir. Məbləğ istədikləri rəqəmə gəlib çatdıqda bu işbazlar keçirlər "b" planına. Yəni başlayırlar qurban seçdikləri müştərini "bizləməyə". Vay o günə ki, dediklərini etməyib deyilən məbləği qaytarmayasan. Həəə, burda "kərəmi ağlamaq tutur". Müştəriyə qarşı növbənöv təhdidlər, alçaldıcı sözlər-hərəkətlər işə başlayır. Yuxarıda qeyd etdiyim intihara cəhd bu təhdidlərdən sonra meydana gəlir. Nəyə görə? Çünki uduzulan məbləği qaytarmasan onun üçqat dəyərində olan ya avtomobil, ya da evini əlindən almaqla təhdid edirlər. Bu ağır günləri yaşayan qurban da başlayır alternativ yollar axtarmağa. Ya cinayətə əl atıb oğurluq edir, ya da bundan bir şey çıxmayacağını bilib intihar edib "canını qurtarmaq" istəyir. 
 

Bu saytlar heç bir vergi ödəmədən fəaliyyət göstərir. Maraqlıdır ki, bu saytların ofisi də yoxdur. Məs buna görə də, sayt sahibləri cərmə olunmaqdan bu yolla yaxa qurtara bilirlər.
 

Güman edirik ki, aidiyəti qurumlar bu işbazlarla bağlı tədbirlər görəcək.
 

Bu hələ son deyil. Araşdırmamızın ikinci hissəsi də olacaq....(azmedia.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam