Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Caspianpay" istifadəçilərinə "atdı" -Külli miqdarda dələduzluq

"Caspianpay" istifadəçilərinə "atdı"
Son vaxtlar Azərbaycanda fəaliyyət göstərən qeyri-qanuni mərc şirkətlərinin sayı çoxalıb.

Yenixeber.org: Bunlar arasında “90golden90.com” domeni ilə fəaliyyət göstərən və “1xBet” mərc şirkəti xüsusi fəallığı ilə seçilir.

Sözsüz ki, bu işdə onlara elektron pul kisəsi xidməti göstərən şirkətlər də yardım edir. Məhz elektron pul kisəsi xidməti göstərən şirkətlər sayəsində həmin mərc oyunlarına pul yatırmaq mümkündür.

Bunlardan biri də “Caspianpay”dır. Lakin sözügedən şirkət öz istifadəçilərinə sarsıdıcı zərbə endirib. Belə ki, “Caspianpay” istifadəçiləri artıq bir müddətdir ki öz hesablarına daxil olub, pullarını çəkə bilmirlər. Şirkətlə əlaqə saxlamaq mümkün olmur. Bu azmış kimi, “Caspianpay”ın “facebook” hesabı da bağlanıb.

Şirkətin saytı işlək vəziyyətdə olsa da, hesablara daxil olmaq mümkün deyil. Canlı dəstək bölməsində isə “Müvəqqəti narahatçılığa görə üzr istəyirik, saytda yenilənmə işləri gedir, tezliklə sayt aktiv olacaqdır, bir daha şirkət rəhbərliyi adından yaranmış narahatçılığa görə üzr istəyirik” cavabı verilir.

Hər halda normal şirkət bununla bağlı istifadəçilərinə daha öncədən məlumat verməli idi. Əgər saytda texniki işlər gedirsə, bəs, şirkətin “facebook” hesabı niyə bağlanıb?

Bu isə o deməkdir ki, “Caspianpay” istifadəçilərinə qarşı dələduzluq edərək, onlara külli miqdarda ziyan vurub.

Qeyd edək ki, sözügedən şirkətin direktoru Axundov Mehman Vaqif oğludur.(yeniçağ.az) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam