Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Yüz milyonlar Azərbaycandan necə çıxarılır?

Dünya bazarında neftin qiymətində ötən ildən başlayan azalmalar neft ixrac edən dövlətləri tədbirlər görməyə vadar edib.

Xeberinfo.com:  Artıq ölkələr neftin büdcədə göstərilən qiymətini əvvəlki illərdəki kimi yüksək göstərmir, büdcə gəlirlərini digər sahələrdən əldə etməyə çalışırlar. Bu arada neftin qiyməti ilə bağlı gələcək proqnozlar da heç ürəkaçan deyil.

Azərbaycanın ixracının 94 faizini neft və neft məhsulları təşkil edir. Büdcə gəlirlərinin isə 73 faizi məhz neftdən gələn gəlirlərdən formalaşır. Azərbaycanın neft hasilatı da əvvəlki illərdəki səviyyədə deyil. Hasilatın aşağı düşməsi onsuz da aşağı qiymətlə satılan  neftdən gələn gəliri azaldan faktordur.

Bəs yaranmış vəziyyətdə çıxış yolu nədədir? Hansı addımlar büdcəni əlavə vəsaitlərlə təmin edə bilər?

Bu suala cavabda ekspertlərin rəyi birmənalı olaraq üst-üstə düşür.

Ekspertlərin fikrincə, hazırkı situasiyada əsas diqqət qeyri-neft sektorunun inkişafına, kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəldilməlidir. Məhz bu addımlar ölkə iqtisadiyyatının neftdən kənar sahələrinin inkişaf etməsinə və büdcəyə əlavə gəlirlərin gəlməsini təmin edə bilər.

Sahibkarlığın, xüsusilə kiçik sahibkarlığın inkişafı və dayanıqlı, dövlətin istinad etdiyi sahəyə çevrilməsi iqtisadiyyatı iqtisadi böhranlara dözümlü edir.

Bu baxımdan ekspertlərin qənaətincə, kiçik sahibkarlığın inkişafı dövlət maraqlarına uyğun gəlir.

Bu barədə mətbuatda çox yazılıb. Amma kiçik sahibkarlığın inkişafı və gətirə biləcəyi gəlirlər barədə məqalələrin bir çoxunda büdcəni əlavə vəsaitlə təmin edə biləcək bir potensial mənbə unudulur.

Söhbət bütün dünyada olduğu kimi ölkəmizdə də böyük maraqla qarşılanan mərc oyunlarından gedir. Beləki, paytaxt da daxil olmaqla Azərbaycanın müxtəlif regionlarında 500-ə yaxın “Topaz” satış məntəqələrinin hər birinin kiçik biznes olduğunu qeyd etmək yerinə düşərdi.

Azərbaycanda idman mərc oyunları bazarının illik dövriyyəsi təqribən 300 milyon manat təşkil edir. Bunu vergilər naziri Fazil Məmmədov deyib.

İllik dövriyyənin təxminən 75 faizinin, yəni 225 milyon manatlıq hissəsinin uduşa yönəldiyini nəzərə alsaq, mərc oyunlarından dövlət büdcəsi 20-25 milyon manat qazanacaq.

Bəs “Topaz”ın digər üstün cəhətləri nələrdir?

Bu yazıda “Topaz” satış məntəqələrini fərqli və fəaliyyət göstərdiyi sahənin liderinə çevirən cəhətlərinə aydınlıq gətirməyə çalışacağıq.

“Topaz” Azərbaycanda fəaliyyət göstərən ilk və tək qanuni mərc oyunlarının ticarət nişanıdır. Burada əsas üstün cəhətlərdən biri kimi onun ölkə qanunvericiliyinə uyğun fəaliyyət göstərərək yaş məhdudiyyətinə riayət etməsini qeyd edə bilərik. Belə ki, “Topaz”da 18 yaşından kiçik şəxslərin idman mərc oyunlarında iştirak etməsi qadağandır.

“Topaz” öz fəaliyyəti ərzində birbaşa idman sahəsinin inkişafına dəstək olmaqla yanaşı 2012-ci ildən etibarən Azərbaycan Premyer Liqasını dəstəkləyir və Azərbaycan Premyer Liqası “Topaz Premyer Liqası” adlandırılır. O, həmçinin bu il Beynəlxalq Polo Federasiyasının birinci Arena Polo Avropa Çempionatına rəsmi sponsorluq edib.

“Topaz”ın öz uduşlarına dövlət təminatı verməsi isə onun digər üstün cəhətlərindən biridir. Bu sahədə tam qanuni fəaliyyət göstərən, qeydiyyatdan keçən strukturla yanaşı fəaliyyəti qanunla tənzimlənməyən və daha çox kriminal mənbəyi olan “qara bazar” təmsilçiləri də var.

“Qara bazar”ın fəaliyyəti başqa bir mövzu olsa da “Topaz”dan fərqli bir çox hallarda zirzəmilərdə qeyri-qanuni fəaliyyət göstərən “qara bazar” təmsilçilərinin müştəriləri şirnikləndirmək məqsədilə “nisyə” mərclər qəbul etmələrini, azyaşlı uşaqları bu məntəqələrə cəlb etmələrini, ödəniş zamanı zorakı metodlardan belə çəkinmədiklərini vurğulamağa ehtiyac var.

Konkret olaraq mərc oyunları sahəsində ekspertlərə görə, görülməli olan əlavə tədbirlərə diqqət edək. Belə ki, əgər qanuni fəaliyyət göstərən mərc oyunlarının dövriyyəsinin artırılması və müvafiq olaraq vergi ödənişinin də çoxalması istənilirsə, bu sahədə fəaliyyət göstərən “qara bazar” təmsilçilərinə qarşı mübarizə bir qədər də sərtləşdirilməlidir.

Məhz belə olan halda sözügedən sahənin tam potensialı səfərbər edilir və bundan daha çox qazanan çətin günlərini yaşayan dövlət büdcəsi olur. Eyni zamanda onu da unutmaq lazım deyil ki, qanuni fəaliyyət göstərən məntəqələr həm sahibkarlıq subyekti, həm də minlərlə insan üçün iş yeri sayılır.

Eyni zamanda “Topaz”ın bir üstün cəhətini də vurğulamaq yerinə düşər. “Topaz”da mərclərdə iştirak etmək üçün yalnız məntəqələrə də getməyə ehtiyac yoxdur. “Etopaz” ilə siz istədiyiniz vaxt, istədiyiniz yerdən mərc edə bilərsiniz. Sayt vasitəsilə evinizdən və ya iş yerinizdən ayrılmadan oyunları seçə, təhlil edə bilər və statistika ilə tanış ola bilərsiniz .

“Etopaz” saytından qeydiyyatdan keçən istifadəçi elektron hesabı vasitəsilə mərclərdə iştirak edə bilər. Hesabın doldurulması və hesabdan uduşların çıxarılması isə olduqca asandır.

“Etopaz”dan danışarkən ölkə xaricinə qeyri-qanuni olaraq onlayn şəkildə edilən pul qoyuluşlarını da mütləq vurğulamaq lazımdır. Belə ki, bu virtual məntəqələr vasitəsilə milyonlarla manatlıq vəsait heç bir vergi ödənilmədən ölkə xaricinə çıxarılır və bu rəqəm ildə ən azı 100 milyon (100.000.000) manata çatır.

Bu rəqəm yalnız banklar vasitəsilə ödənildiyi üçün bilinən məbləğdir və digər vasitələrələ ölkə xaricinə çıxarılan və vergidən yayınan məbləğ daha da yüksəkdir.

Sonda “Topaz” müştərilərinin yalnız oyunların nəticələrinə deyil, hansı komandanın birinci qol vurmasına, birinci və ya ikinci hissədə oyunun nəticəsinin necə olacağına, ümumilikdə oyunda neçə topun vurulaçağı ilə bağlı bu və yüzlərlə yeni mərc növləri və canlı oyunlarda iştirak etmək  imkanının olduğunu da qeyd etmək lazımdır.

Bu baxımdan idman mərc oyunları həvəskarları və vaxtını dostlarla əyləncəli və yaddaqalan keçirmək istəyənlər bu məkanı seçməklə düzgün qərar qəbul etmiş olarlar.

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam