Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Ələmutdan Quma –İranın 1000 illik dəyişilməyən terror strategiyası

 

                                     İranın əmmaməçilyində Ələmut əlamətləri

 

Yenixeber.org: İran tarixən terrorun vətəni sayılıb. Hələ min il bundan əvvəl İran coğrafiyasında meydana gələn Xaşxaşilər təriqəti dünyanın bilinən ilk terror təşkilatlarındandır, hətta bəzi tədqiqatçılara görə, sistematik şəkildə formalaşan terror təşkilatlarının ilkidir.

İlk terror təşkilatının bu ərazilərdə yaranması səbəbsiz deyildi və bir çoxlarının yanlış olaraq İslam xilafətləri adlandırdıqları Əməvilər hakimiyyəti dövründə təməlləri atılıb Abbasilərlə forma dəyişdirmiş, ərəb imperializminin ədalətsizliyinə qarşı etirazdan doğaraq türk idarəçiliyinə qarşı davam etdirilmişdir. Belə ki, ələ keçirdikləri əraziləri acgözcəsinə talayan, bölgə xalqlarının maddi-mənəvi dəyərlərini yox etməyə çalışan xilafətçiliyə qarşı üsyanlar zorla basdırılınca istər-istəməz ortaya bugünkü kimi terror təşkilatları kimi qurumlar çıxmışdı. Bunun ən bariz nümunəsi isə İsmaili təriqətinə mənsub Xaşxaşilər və ya başqa bir adıyla desək, Səbbahilər idi.

1090-cı ildə Həsən bin Səbbah tərəfindən qurulan Xaşxaşilər müasir terror təşkilatlarının bütün əlamətlərini özündə birləşdirirdi. O da müasir terror təşkilatları kimi böyük ajiotaj yaradan təxribatlar planlaşdırır və yerinə yetirir, törətdiyi terror aktlarında simvolik əşyayi-dəlillər (əsasən qətllərdə istifadə olunan bıçaqlar) buraxaraq hakim rejimlərə müyyən mesajlar verir, terror aktlarını xüsusi missionerlər vasitəsilə həyata keçirirdi. Onun da müəyyən siyasi hədəfləri və ideoloji əsasları var idi və törədilən bütün təxribarlar məhz bu hədəfləri reallaşdırmağa yönəlirdi.

 

Xaşxaşilərin sırf İranın bugünkü terror siyasətilə uzlaşan spesifik  xarakterləri də mövcud idi. Onlar da öz xələfləri kimi mübarizələrini iki mühüm hədəf üzərində qururdular:

1) daxili qüvvələrə qarşı mübarizə;

2) xarici düşmənləri sıradan çıxarmaq.

Onlar da öz tərəfdarlarını İran İslam İnqilabi Keçikləri kimi dini-siyasi ideologiya əsasında toplayır, beyinlərini yıxayaraq əməliyyatlara göndərirdilər. Hər iki cərəyanın tərəfdarlarına mübarizə əzmi verən iksirlərdən biri ideoloji təməllər, digəri isə tərəfdarlarında qorxusuzluq hissi yaradan narkotik maddələrdir. Xaşxaşi sözünün hərfi mənasının “tiryəkilik” olduğunu göz önünə gətirsək, iddialarımız özü-özlüyündə təsdiqlənir və bu gün İranla sərhədlərimizdən tez-tez baş verən narkotika qaçaqmalçılığının yalnız ticarət məqsədi güdmədiyi, həm də gənclərimizi narkotikadan asılı vəziyyətə salaraq potensial terrorçuya çevirməyə hesablandığı ehtimalını ağla gətirir.

 

                       Terrorizmin əsas silahı: Xaşxaş və narkotika

 

Maraqlıdır ki, İran rəsmiləri də dünya narkotika ticarət marşrutunun əsas keçid məntəqəsinin bu ölkədən keçdiyini qəbul edir və uyuşdurucuya qarşı ən amansız mübarizə aparan dövlətin özləri olduğunu xüsusi qürur hissilə vurğulayırlar. Bu ilin iyun ayında mətbuata açıqlama verən İranın Narkotik Maddələrlə Mübarizə Qərargahının baş katibi general İsgəndər Momeni dünyada tiryəkin üzə çıxarılmasının 76, morfinin aşkar edilməsinin isə 67 faizinin İranın səyləri nəticəsində mümkün olduğunu bildirmişdi. General bu “böyük uğurları”nın sirrini isə belə izah etmişdi: “İran İslam Respublikası coğrafi mövqeyə görə, dünyada uyuşdurucu maddələrin doxsan faizindən çoxunun istehsal edildiyi Əfqanıstanın kənarında yerləşir. Narkotik maddələr isə dünyada çox mənfəətli bir ticarətə çevrilib və bu şərait səbəb olubdur ki, İran İslam Respublikası hər il bu beynəlxalq bəla ilə mübarizə üçün sərhədin gücləndirilməsi kimi addımlar istiqamətində yüz milyonlarla dollar pul xərcləsin, halbuki bu büdcə  davamlı inkişafa xərclənə bilərdi”.

General Momeninin bildirdiyinə görə, İran İslam Respublikası ötən otuz ildə təqribən on bir min ton narkomaddə aşkar etmişdir.

 

Şəkildə: Ələmut qalasının xəyali təsviri


 

Sual oluna bilər: İranın narkotikaya qarşı bu “amansız mübarizəsi” öz müsbət nəticəsini vermişdirmi?

Zənnimizcə, bu qəliz suala ən yaxşı cavabı nüfuzlu beynəlxalq qurumların hazırladığı hesabatlar verə bilər. BMT-nin 2010-cu il hesabatına görə, 2008-ci ildə dünyada əhalisinin sayına görə ən çox narkotik maddə istifadə edən iki ölkədən biri İran, digəri isə Rusiyadır. Bu hesabatı şərh edən İranın Daxili Təhlükəsizlik İdarəsinin komandiri general İsmayıl Əhmədi Mukaddem etiraf etmişdi ki, rəsmi rəqəmlərə görə, bu ölkədə hələ də 1 milyon 200 min narkoman var və 15 milyon insan narkomaniya təhlükəsi altındadır.

Sözsüz ki, bunlar hələ rəsmən təsbit edilmiş rəqəmlərdir. Müşahidəçilərin fikrincə isə, İranda  narkotika istifadəçilərinin sayı rəsmi açıqlamalardan dəfələrlə çoxdur. İddialara görə, İranın bir çox yerlərində, o cümlədən paytaxt Tehranda narkotika istifadəçiliyi gizli məkanlardan şəhər küçələrinə sızmış və hər kəsin gözü qarşısında həyata keçirilən gündəlik məişət hadisəsinə çevrilmişdir. İranın Mehr Xəbər Agentliyinin illər öncə Tehran küçələrində çəkib yayımladığı bəzi fotolar da bu faktı açıq şəkildə gözlər önünə sərir və ölkənin narkotikaya qarşı necə mübarizə apardığına kifayət qədər aydınlıq gətirir.

       

Oxucularımıza təqdim etdiyimiz bu fotolar da göstərir ki, İran təkcə qonşu dövlətlərin gənclərini uyuşdurucu aludəçi etməklə kifayətlənmir, 1000 il əvvəlki xaşxaşılər kimi öz vətəndaşlarını da bu məkrli siyasətin qurbanına çevirir. Təsadüfi deyil ki, İranda narkotikaya qarşı mübarizə tədbirləri də getdikcə yumşaldılır və ölkədə bu bəlanın daha geniş vüsət almasına şərait yaradılır. Ötən il media qurumlarına İranın Məhkəmə Qurumlarının sədri ayətullah Sadiq Larincaninin hakimlərə  göndərdiyi gizli təlimatı yansımışdı. Həmin təlimatda uyuşdurucu cinayətindən ittiham edilən minlərlə məhkumun edamının ləğvi və işə yenidən baxılması tələb olunurdu. Məlumata görə, Larincaninin bu əmrindən 5000-dən çox narko-tacir yararlanacaq və edam hökmü müxtəlif yüngül cəzalalarla əvəz ediləcəkdi. İstisna olunmur ki, bu gizli təlimatın verilməsində narkotika alverində ittiham edilənlərin sayı mühüm oynayıb. Elə bu faktın özü də İranda bu bəlanın hakimiyyət dairələrin gözü qarşısında yayılmasını nəinki inkar etmir, əksinə bir daha təsdiqləyir və dünya narko-cinayətlərinin 70%-ə yaxınının üstünün açmasına baxmayaraq, rəsmi Terhanın uyuşdurucu ilə yetərli səviyədə mübarizə aparması iddialarını şübhə altına salır.

 

                            SEPAH – Müasir dövrün Xaşxaşiləri

 

Zənnimizcə, İranın göz görə-görə uyuşdurulmasının başlıca səbəblərindən biri də Ələmut ənənələrindən gəlməkdədir. Dünya imperializminə, sionizmə və ərəb islamçılığına qarşı eyni anda mübarizə aparmağa çalışan bir dövlət yalnız beyni dönmüş fədailərlə nəticəyə vara bilər. Bunun üçün isə təkcə cənnət vəd edən ideoloji əsaslar kifayət etmir. Həm də bu fədailərin beynini dumanlandıran əlavə maddi resurslara da ehtiyac var. Ən ucuz və keyfiyyətli maddi resurs isə, təbii ki, narkotikadır. Üstəlik, narkotika aludəçilərinin çoxalması müasir Xaşxaşilərin – İran İslam İnqilabi Keşikçiləri Korpusunun da büdcəsinin yeni maliyyə qaynağı ola bilər.

Qeyd edək ki, İranın rəsmi ordusunun ən güclü qanadı sayılan SEPAH-ın dünyanın ilk terror təşkilatı Xaşxaşilərlə müqayisəsi bizim beynimizin məhsulu deyil. Bu yaxınlarda ABŞ bu korpusu dünyanın ən böyük terror təşkilatı elan etmiş və prezident Donald Tramp bu barədə açıq bəyanatlar vermişdir. Donald Tramp hakimiyyətindən əvvəl də bütünlüklə SEPAH olmasa belə, onun müxtəlif batalyonları və xarici dövlətlərdəki uzantıları terror təşkilatı kimi beynəlxalq hesabatlara düşmüşdülər. İstərsəniz, gəlin, beynəlxalq hesabatlarda SEPAH-ın nizami ordudan daha çox terror təşkilatı kimi tanıdılması mərhələlərinə qısaca nəzər salaq.

Sirr deyil ki, 1979-cu il İslam inqilabından sonra İranın terror təşkilatlarını dəstəkləyən dövlətə çevrilməsi müxtəlif beynəlxalq hesabatlarda öz əksini tapmışdır. Xüsusilə 1990-cı illərdə ABŞ Dövlət Departamentinin hazırladığı terrora dəstək verən dövlətlər sırasında İranın adı daha tez-tez zikr edilməyə başlanılmışdı. Bunun səbəbi isə SSRİ-nin dağılmasından sonra təkqütblülüyə qədəm qoyan dünya düzənində manevr imkanları azalan ərəb ölkələrinin İsraillə yaxınlaşması və bu prosesin ərəb dövlətlərində əhalinin narazılığına səbəb olması, həmin narazı kəsimin İran tərəfindən rahatlıqla istifadə edilən toplum halına gəlməsi idi. Rəsmi Tehran həmin illərdə ərəb ölkələrinin islamçı və millətçi elektoratının narazılığından faydalanaraq Yaxın Şərqdə yayılma strategiyasını daha da inkişaf etdirmiş, özünün “Şiə hilalı” planını aktiv şəkildə dövriyyəyə buraxmış və xüsusilə Livan, Fələstin kimi ölkələrdə baş qaldıran “asi üsyanları”nın hamisinə çevrilmişdi. Böyük hərbi qürətlərə qarşı bir ovuc fədailərlə mübarizə isə asimmetrik yalnız müharibə metodları ilə həyata keçirilə bilərdi ki, bu məsələdə ən uğurlu yol Xaşxaşilərdən miras qalan təcrübə idi. Zira həmin Xaşxaşilər kiçik bir güc ilə həm Səlcuqluların zəifləməsində və çöküşündə mühüm rol oynaya bilmiş, həm səlibçiləri, həm də onlara qarşı mübarizə aparan Səlahəddin Əyyubini özündən asılı vəziyyətə gətirmişdilər.

 

                                          Xaşxaşilərin qurbanları

Xaşxaşilərin terror vasitəsilə  öldürdükləri dövlət adamlarının sayı da xeyli qabarıqdır. Orta əsrlər tarixçisi Kaşaninin “Zübfətül-Təvarix” əsərində yazdığına görə, Xorasan, İraq, Məzandaran, Azərbaycan və s. kimi bölgələrdə Xaşxaşi terroruna qurban gedən dövlət adamlarının sayı 30 minə yaxınlaşmışdıOnlar arasında 10 vəzir, 24 əmir, 8 müftü də vardı. Dünya şiyasətşünaslığının ən nəhəng fikir adamlarından biri və Səlcuqlu sarayının baş vəziri olan Nizamülmülk, Fatimi xəlifəsi Amir bin Ehkamullah, səlib yürüşlərində Qüdsü ələ keçirmiş kral Monterredlı Konrad kimi qüdrətli dövlət adamları da Xaşxaşi qurbanlarındandır.

Görünən budur ki, Xaşxaşilərin kiçik güclə qazandıqları böyük uğurları İran dərin dövlətinin də diqqətini özünə cəlb etmiş və onun “Şiə hilalı” stategiyasının əsas prinsipinə çevrilmişdir. 1993-cü ildən etibarən xüsusi intensivliklə həyata keçirilən bu taktika beynəlxalq qurumların və ABŞ Dövlət Departamentinin də diqqətindən yayınmamışdır.

Təsadüfi deyil ki, ABŞ Dövlət Departamentinin 31 yanvar 1994-cü il tarixli “İran: İnsan Hüquqları Tətbiqləri” adlı hesabatına əsasən, İran xüsusilə 1993-cü ildə həm ölkədə, həm də xaricdə bir çox terror aktlarına imza atmışdır. Yaxud Dövlət Departamentinin 1995-ci ilin aprelində yayımlanmış illik “Qlobal Terrorizmin Metodları” adlı hesabatında da Tehran hökumətinin xaricdəki terror və sui-qəsd hərəkətlərini birbaşa dəstəklədiyi təkrarlanmışdı. Bu ilin aprel ayında ABŞ daha irəli gedərək, hansısa fərdləri deyil, bütünlüklə İran ordusunun ən güclü qolunu – İslam İnqilabı Keşikçiləri korpusunu terror siyahısına salmış və bununla da ölkənin geopolitik strategiyası olan “Şiə hilalı”nın kitabının bağlandığını elan etmişdi. Nə yazıq ki, mətləbdən xeyli uzaqlaşmamaq üçün biz bu hesabatlarda yer alan iddialar üzərində hələlik dayanmırıq, amma gələcək yazılarımızda söz düşərsə, bu qaynaqlardan da istifadə etməyə çalışacağıq.

 

                               Terror – asimmetrik mübarizənin vazkeçilməz taktikası

 

İndisə bu suala aydınlıq gətirməyə çalışaq: İranın rəsmi strategiyasının qidalandığı Xaşxaşilik niyə məhz bu ölkədə meydana gəldi və niyə indiyədək onun dəyişilməz strategiyasına çevrildi?

Zənnimizcə, bunun başlıca səbəblərindən biri əsası xəlifə Ömər bin Xəttab tərəfindən qoyulan və Əməvilər hakimiyyəti tərəfindən davam etdirilən İslam dünyasını imtiyazlı regionlara ayırmaq siyasəti idi. Bu siyasətin xüsusilə İranda sərt təpkiylə qarşılanması təsadüfi deyildi. Çünki İran ərəb istilasından əvvəl böyük imperiyanın mərkəzi idi və istiladan sonra kölə vəziyyətinə düşmüşdü. Baxmayaraq ki, ərəblərin Sasanilərə qalib gəlməsi Əfqanistandan Misirə qədər yayılan bu imperiyada Zərdüştlük dininin ədalətsiz saray maraqlarından çıxış edərək xalq nəzdində etibarını itirməsiylə mümkün olmuşdu. Bu mənada Sasani imperiyasının əzilən xalqı islami dəyərləri böyük həsrətlə gözləyəcək hala gəlmiş və xilafət ordusuna qarşı dirənməmişdir. Amma rahatlıqla Sasaniləri ələ keçirən ərəb istilaçıları yerli xalqların ümidlərini doğrultmamış, əksinə bu coğrafiyaya daha ağır istismar mexanizmi gətirmişdilərBu istismar mexanizminin əsas çərxi isə xəlifə Ömər bin Xəttabın vergi sistemi idi. İran xalqının bu mexanizmə qarşı zaman-zaman apardığı mübarizə isə heç bir nəticə verməmiş və 11-ci əsrdə asimmetrik müharibə metodunun mənimsənilməsinə yol açmışdır.

Sözsüz ki, həmin dövrlərdə İranın türk xaqanları tərəfindən işğalı da bölgə insanlarının ikiqat istismarına səbəb olmuşdur ki, asimmetrik mübarizənin mənimsənilməsində bu faktorun da önəmli rolu var.(ovqat.com)

(Ardı gələcək buraxılışlarımızda)

Heydər Oğuz


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam