Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"İran terrorla mübarizədə bütün ölkələrlə əməkdaşlıq etməyə hazırdır"

 

İran zorakılıq, ekstremizm və terrorla mübarizədə bütün ölkələrlə əməkdaşlıq etməyə hazırdır.

"Xeberinfo.com":   APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Tehranda səfərdə olan Avstraliyanın XİN rəhbəri Culi Bişop ilə görüş zamanı İran prezidenti Həsən Ruhani bildirib.

 

“Terror və ekstremizm ilə mübarizədə İran Avstraliya daxil olmaqla bütün ölkələrlə əməkdaşlıq etməyə hazırdır. Terrorla mübarizədə ən əsası bütün ölkələr əlbir olaraq terrorun əsas səbəblərini müəyyən edib aradan qaldırmalıdır və gənc təcrübəsiz insanların terror qruplaşmalarına cəlb olunmasının qarşısını almalıdır”, deyə İran prezidenti qeyd edib.

 

Ruhani qeyd edib ki, hazırda terror tək Yaxın Şərq yox, bütün dünyaya təhlükə yaradır: “Biz əlaqələndirilmiş həqiqi strategiya qəbul etməliyik ki, bütün ölkələr və xalqlar milliyyətindən, irqindən və dinindən asılı olmayaraq günahsız insanlara qarşı terror və zorakılığa vaxtında və dərhal reaksiya versin.    

 

 “İran dəfələrlə Qərb ölkələrini Suriyadakı terror qruplaşmalarının maliyyələşdirilməsinə son qoymağa çağırıb. Lakin onlar hələ də terror qruplaşmalarına maliyyə və hərbi dəstək göstərməkdə davam edirlər”, deyə H.Ruhani vurğulayıb.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam