Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Gənc və yetim naziri bitirən seks qalmaqalı –Xruşov Aleksandrovu “qladiator işi” ilə vurub

 

1955-ci ildə baş verən bu hadisə SSRİ-də ən səs-küylü seks qalmaqallarından biri sayılıb. Məhz bu hadisə nəticəsində nazir kürsüsündə əyləşən dövlət məmuru öz vəzifəsi ilə vidalaşmalı olub...

Yenixeber.org: Valideynləri onu atanda yəqin ki, heç ağıllarına belə gətirməyiblər ki, bu çəlimsiz uşaq nə vaxtsa dövrünün ən tanınmış alimlərindən biri olacaq, nazir kürsüsündə əyləşəcək, İosif Stalinin sevimlisinə çevriləcək və hətta onun haqqında yazılan ilk kitablardan birinin həmmüəllifi olacaq. O isə uşaqlıqdan bu acı həyatı ilə barışıb. Bir müddət zirzəmilərdə, evlərin damında yaşayıb, sonradan isə onu Tambovdakı uşaq evinə yerləşdiriblər...

Georgi Aleksandrov 1908-ci ildə Sankt-Peterburqda anadan olub. Uşaq evindən çıxdıqdan sonra o, 1924-1930-cu illərdə Tambov sovet-partiya məktəbində təhsil alıb. Kifayət qədər ictimai fəallığı ilə fərqlənən Georgi Aleksandrov eyni vaxtda həm də Tambov quberniyasının komsomol komitəsində təlimatçı işləyib.

Fəlsəfə elminə böyük maraq göstərən Aleksandrov bir müddət ictimai işlərə fasilə verərək Moskvada təhsil almağa qərar verib və 1932-ci ildə Çernışevski adına Moskva Fəlsəfə, Ədəbiyyat və Tarix İnstitutuna daxil olub. Bu ali təhsil ocağını bitirdikdən sonra əvvəlcə namizədlik, sonra isə doktorluq dissertasiyasını uğurla müdafiə edib.

30 yaşlı fəlsəfə elmlər doktorunun elmi nailiyyətləri və ictimai fəallığı Kremlin diqqətindən yayınmayıb. 1939-cu ildə Stalinin təşəbbüsü ilə Mərkəzi Komitədə kadr islahatları aparılanda Georgi Aleksandrov Kremlə dəvət olunub. Stalinlə 10 dəqiqəlik söhbətdən sonra o, Mərkəzi Komitənin təbliğat və təşviqat şöbəsinə müdir müavini (sonra isə müdir) təyin edilib, təşkilat bürosunun üzvü seçilib. Bununla yanaşı, Aleksandrova ikinci bir vəzifə də verilib, Mərkəzi Komitə yanında Ali Partiya Məktəbinin direktoru vəzifəsi.

Georgi Aleksandrovun Kremldəki fəaliyyəti həmişə diqqəti cəlb edib, onun fərqli mülahizələri, hadisələrə fərqli münasibəti, fərqli baxış bucağı İosif Stalində də böyük maraq yaradıb. Bu maraq Kremldə birmənalı qarşılanmayıb, daha dəqiq desək, məmurların qısqanclığına səbəb olub.

Georgi Aleksandrovu dəstəkləyən əsas fiqurlardan biri Stalinin yaxın silahdaşı Georgi Malenkov olub. Stalinin digər bir silahdaşı olan Andrey Jdanov isə onu sıradan çıxarmaq istəyib. Və bu müstəvidə Malenkovla Jdanovun arasında gedən gizli müharibədə Georgi Aleksandrov hədəfə çevrilib.

Beləliklə, Andrey Jdanov Georgi Aleksandrova zərbə vurmaq üçün məqam gözləyib. Aleksandrovun “Qərbi Avropa fəlsəfəsinin tarixi” adlı kitabı işıq üzü görəndə Jdanov öz arzusuna çatıb. Belə ki, həmin kitabda müəllif Karl Marksı qərb filosofu kimi təqdim edib. “Qərb” ifadəsini əlində bayraq edən Jdanov məsələni Stalinə elə kəskin şəkildə təqdim edib ki, qəzəblənən Stalin Aleksandrovu Kremldəki bütün vəzifələrindən azad edib.

1947-ci ildə Aleksandrov siyasi səhnədən uzaqlaşdırılaraq SSRİ Elmlər Akademiyasının fəlsəfə institutuna direktor təyin edilib.

Stalinin fəfatından sonra Georgi Aleksandrovun siyasi karyerasında yenidən irəliləyiş olub. Belə ki, Georgi Malenkov SSRİ Nazirlər Sovetinin sədir vəzifəsində olarkən köhnə dostları unutmayıb, o cümlədən Georgi Aleksandrovu. 1954-cü ildə Aleksandrov SSRİ-nin mədəniyyət naziri vəzifəsinə təyin edilib.

O, bu vəzifədə işləyəndə də siyasilərin mübarizəsinin qurbanına çevrilib. Belə ki, Nikita Xruşov çox hiyləgərcəsinə hakimiyyəti Malenkovun əlindən aldıqdan sonra hakimiyyətdə kadr “təmizliyinə” başlayıb. Sözsüz ki, Malenkovun yaxın adamı sayılan mədəniyyət naziri də Xruşovun “təmizlik” siyahısında ilk üçlükdə olub.

Nikita Xruşov Georgi Aleksandrovu vəzifədən çıxarmaq üçün çox da çətinlik çəkməyib. Çünki Aleksandrov çox səsli-küylü bir seks qalmaqalı ilə Xruşova böyük fürsət verib.

1955-ci ildə Xruşova ünvanına daxil olan bir məktub Kremldə əsas müzakirə məsələlərindən birinə çevrilib. Məktubu Xruşova bir qadın ünvanlayıb. O, məktubda 18 yaşlı tələbə qızının aldadlaraq cinsi zorakalığa məruz qalmasını göstərib. Qadın məktubda daha sonra qeyd edib ki, fahişəliyə cəlb olunan təkcə onu qızı deyil, Moskva Teatr məktəbinin bir çox tələbələri də əxlaqsızlığa cəlb olunub. Qadın həmçinin, bu işlə məşğul olanların kimliyini və əyləncə məkanını da açıqlayıb.

Nikita Xruşov bu məsələni gizli saxlamayıb, əksinə, daha da qabardıb. Mərkəzi Komitədə hadisəni araşdırmaq üçün yüksəkçinlilərdən ibarət xüsusi komissiya yaradılıb. Komissiyanın araşdırmasından məlum olub ki, həqiqətən də yazıçı Krivoşein Moskva ətrafındakı bağında mütəmadi olaraq əyləncə məclisləri təşkil edib. Bu məclislərin fəal üzvlzvlərindən biri də mədəniyyət naziri Georgi Aleksandrov olub. Yazıçının bağına “yaradıcılıq işləri” bəhanısi ilə tələbə qızlar dəvət olunub. Onlara bahalı hədiyyələr verilib, alkoqollu içkilərə qonaq edilən qızlar sonra könüllü, yaxud da məcburi şəkildə cinsi zorakılığa məruz qalıblar.

Araşdırmalarla bağlı yaddaqalan məqamlardan biri də akademiyanın 78 yaşlı işçisinin “seks” əyləcəsindəki iştirakı olub. Komissiya üzvləri ona ünvanladığı “bəs siz orada nə edirdiniz” sualına akademik “mən sığal çəkirdim” cavabını söyləyib. Rus dilində bu ifadə “qladil” kimi səsləndiyindən sonradan bu araşdırmanın adını da zarafatla “qladiator işi” adlandırıblar.

Bəli, bu fakt yetərli olub ki, Xruşov Aleksandrovu nazir kürsüsündən uzaqlaşdırsın. Mübarizə aparmağın mənasız olduğunu dərk edən Georgi Aleksandrov müqavimətsiz təslim olub. 1955-ci ildə mədəniyyət nazirini çox mədəni şəkildə Moskvadan Minskə sürgün ediblər. O, Belarusiya Elmlər Akademiyasında altı nəfər əməkdaşı olan kiçik bir sektora rəhbər təyin edilib.
O, bu vəzifədə altı il çalışıb. Taleyi ilə barışmayan Georgi Aleksandrovun səhhətində ciddi problemlər yaranıb və sabiq nazir 1961-ci ildə 53 yaşında vəfat edib.

Georgi Aleksandrov Moskvada, Novodeviçye qəbirstanlığında dəfn edilib.(musavat)

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam