Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

“DAŞNAKSÜTUN” PAŞİNYANA XƏBƏRDARLIQ ETDİ –İşin arxasında Koçaryan da varmı? - TƏHLİL

Sarqis Artsurini

“1in.am”, Ermənistan, 24 may 2019-cu il

 

Yenixeber.org: Erməni İnqilabi Federasiyası – Daşnaksütun (EİFD) son 20 ildə, demək olar, ilk dəfə idi ki, “Azadlıq” meydanında mitinq keçirərək, müstəqil şəkildə gündəliyi formalaşdırmağa cəhd edib. Müxtəlif hesablamalara görə, bu mitinqdə təxminən 2 min vətəndaş iştirak edib.

Nikol Paşinyanın reytinqinin hələ yüksək olması və müxalifətçilik fəaliyyəti üçün obyektiv çətinliklər yaratması kimi obyektiv şərait nəzərə alınarsa, sırf iştirak baxımından mitinqi baş tutmuş saymaq olar.

Digər tərəfdən, dünənki mitinq planında onun iştirakçılarının sayı və ya çıxışların məzmunu daha az əhəmiyyət kəsb edirdi. Çünki EİFD son günlər bu ənənəvi partiyanın cari mövqeləri haqqında ümumi təsəvvür yaradan bir neçə bəyanatla çıxış edib.

Son 30 ildə ilk dəfə idi ki, mitinq hakimiyyətə “daha ciddi olun” demək üçün bizim vətəndaşlarımızı, bizim cəmiyyətimizi yığmışdı. Dünən EİFD-nin üzvü Qeqam Manukyan “Azadlıq” meydanında buna oxşar bəyanat verib.

Əlbəttə, Ermənistanın ən yeni tarixində “ciddi olun” çağırışları olub. Məsələn, 1997-ci ilin sonunda Levon Ter-Petrosyan DQR (mətndə belə gedib – tərc.) məsələsilə bağlı olaraq bənzər çağırışla siyasi qüvvələrə müraciət edib. Lakin, görünür, hesab edib ki, çıxışının perspektivi yoxdur və hakimiyyətdən gedib. EİFD yeni statusda geri dönməsi haqqında mesaj vermək üçün hakimiyyəti daha ciddi olmağa çağırıb.

Lakin ortaya cavabı vacib olan belə bir sual çıxır: hansı EİFD hakimiyyəti ciddi olmağa çağırır, 20 il ərzində kriminal-oliqarxiya sisteminin siyasi məzarlarından biri olan partiyamı, yoxsa rebrendinqə (brendin dəyişdirilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsini nəzərdə tutan aktiv marketinq strategiyası (ing. rebranding) – tərc.) məruz qalan, keyfiyyətcə yeni müxalifət olmaq niyyətində olduğunu bəyan edən EİFD?

Partiyanın mitinqi ikinci prezident haqqında qətimkan tədbirinin dəyişdirilməsi və ardınca baş verən gurultulu hadisələrdən sonra elan etməsi nəzərə alınarsa, digər vacib intriqa Robert Koçaryanın bu mitinqlə əlaqəsinin olub-olmaması idi.

Aydındır ki, sözün birbaşa və ya məcazi mənasında, Koçaryan mitinqdə iştirak etməyib. Başqa sözlə, EİFD özünü köhnə və ya onlarla assosiasiya olunan qüvvə və xadimlərdən mümkün qədər kənarda göstərməyə çalışıb. Əlbəttə, bu, öz-özlüyündə sübut deyil ki, EİFD-nin mitinqi yalnız öz gündəliyinin təzahürüdür və köhnə sistemin bərpa edilməsinin ümumi kontekstinə uyğun deyil.

EİFD-nin təmsilçiləri bir neçə dəfə təsdiq edblər ki, keçmişə qayıdış olmayacaq və onlar ortaya həlledici müxalifət olma iddiası qoyurlar. Əgər nəzəri olaraq verilən açıq bəyanatların partiyanın real davranışına uyğun olduğunu qəbul etsək, onda, ən azı, “EİFD-nin alternativ baxışı nədən ibarətdir, bu, unudulmuş köhnədir, yoxsa Yeni Ermənistanda inqilabın gündəliyilə bağlı mübahisə açmama qərarlılığı olan yeni müxalifət hərəkatıdır?” sualı yerində olacaq. Əgər EİFD öz çıxışlarında son 20 ildəki fəaliyyətinə qiymət versəydi, bu sual aktual olmazdı. Bu halda, insanların EİFD-ni qeyri-səmimi hesab etmə haqları vardır. Çünki bu gün partiya, müxalifət nöqteyi-nəzərindən o iyrənc hadisələrə və sistemə qarşı səsini qaldırır ki, onlar əsasən onun ötən 20 illikdəki koalisiyalardakı iştirakının nəticələridir.

Digər tərəfdən, bizim EİFD-nin fəaliyyəti, siyasi motivasiyaları haqqında tam təsəvvür əldə etməyimiz üçün bir mitinqin keçirilməsi, hətta bir neçə bəyanatın verilməsi yetərli deyil. Mitinq tribunasından edilən çıxışlar, verilən qiymətləndirmələr kifayət qədər adekvat idi. Lakin cavabını gözləyən aktual suallar var: EİFD keçmişin kədərli xəyalətindən, Koçaryanın və əvvəlki sistemin bugünkü təqiblərindən azad ola və institusional müxalifət ola bilərmi? Hətta EİFD Nikol Paşinyanın komandasına, cibində “qırmızı kart” olduğu halda, “sarı kart” göstərsə də, bu gün bu suallara cavablar açıq qalır. “Azadlıq” meydanı bundan da alovlu və səs-küylü çıxışlar eşidib, lakin bu, heç də real alternativin formalaşmasına gətirib çıxarmayıb.

EİFD xadimləri mitinq tribunasından “Biz təkrar gələrək deyirik ki, yalnız tək bir fikrin olmasına imkan verməyəcəyik, çünki tək bir fikrin olması diktaturadır. Bu, bizim ölkəmizdə istisna olunur” deyiblər. Bu, tamamilə adekvat və rasional mövqedir. Lakin inqilab komandası ilə bağlı tədricən məyus olan, şübhəsiz, alternativə ehtiyacı olan bizim cəmiyyətimizin EİFD-nin mitinqdə verdiyi bəyanatlara inanması üçün əmin olmalıdır ki, partiya kriminal-oliqarxiya sisteminin acgözlüyü və özbaşınalığı ilə eyniləşdirilən keçmişlə körpüləri həqiqətən yandırıb.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam