Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Müsavatın adına yaraşmayan mitinq keçirilib

 

 

Müsavat partiyasının funksionerləri dünən Bakıda “Məhsul” stadionunda partiyanın keçirdiyi mitinqə münasibət bildirib. 

"Xeberinfo.com": Müsavat partiyasının üzvü Vurğun Əyyub açıqlamasında 14 dekabr mitinqindən təəsüf hissi keçirdiyini deyib: “14 dekabr mitinqi Müsavat partiyasının bu illər ərzində keçirdiyi ən zəif mitinqi idi. Görünür, mitinq təşkilatçıları bu barədə ciddi düşünməlidir”. 

Müsavat partiyasının Divan üzvü Osman Kazımov 14 dekabr - Beynəlxalq İnsan Haqları Günü münasibəti ilə keçirilən mitinqi kifayət qədər uğurlu hesab edib:“Xırda texniki məsələr istisna olunmaqla kifayət qədər uğurlu idi. Mitinqi Müsavatın qurultayından sonra baş verən gərginlik, partiyaya açıq hücum, Müsavatı parçalama cəhdi və qarayaxmalar fonunda kifayət qədər uğurlu hesab edirəm. Mitinqdə Müsavat partiyası demokratik dəyərlərə sadiq olduğunu bəyan edib. Qərb yönümlü siyasətə sadiqliyini nümayiş etdirib, mövqeyini bir daha ortaya qoyub”. 

Müsavat partiyasının üzvü Hüseyn Məlik vacib işi olduğundan mitinqdə iştirak edə bilmədiyini bildirib: “Məlumatım var. Mitinq komitəsinin işini sıfırdan bir az aşağı qiymətləndirirəm. Müsavatın daxilindəki böhranın da böyük təsiri özünü göstərdi. Hər halda Müsavatın adına yaraşmayan bir tədbir olub”.

Müsavat partiyasının Məclis üzvü Mustafa Hacıbəyli vurğulayıb ki, Müsavat kifayət qədər uğurlu bir aksiya keçirib: “Müsavat Partiyası son dovrdə həm iqtidarın, həm də müxalifətdəki opponentlərin çarpaz atəşi altında olmasına rəğmən yaxşı bir mitiniq keçirə bildi. Biz sübut etdik ki, Musavat ayaqdadir, vahiddir və mübarizə əzmindədir. Son bir il ərzində qurultaya görə gündəmin diqqət mərkəzində olan Müsavat bu il mübarizə meydanında da son akkordu vurdu”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam