Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Prezidentliyə Namizəd Rusiya İlə Nəyin Hesabına Dostlaşmaq İstəyir? -ANALİZ

 Rusiya-Ukrayna müharibəsinin uzanması böyük dövlətlərin narahatlığına səbəb olub. Qərbdə bu müharibədən yorğunluq hiss edilir. ABŞ və bir qrup Avropa ölkəsində Ukraynaya müharibənin ilk ilindəki qədər maliyyə və hərbi dəstək verilməsinin nə dərəcədə məqbul olması barədə müzakirələr başlayıb.

Yenixeber.org: ABŞ-da gələn il prezident seçkisi keçiriləcək və prezidentliyə namizədlər arasında Rusiya-Ukrayna müharibəsi barədə fikir mübadiləsi davam edir, müxtəlif açıqlamalar verilir. Misal üçün Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürməyə çalışan hind əsilli Vivek Ramasvami ABC televiziya kanalına müsahibəsində deyib ki, Birləşmiş Ştatlar diqqətini Çinlə qarşıdurmaya yönəltmək üçün Ukraynanı Rusiyaya “böyük güzəştlər” etməyə məcbur etməlidi”. O fikrini belə əsaslandırıb ki, Vaşinqton Ukraynada döyüşləri dinc şərtlərlə dayandırmalı, Rusiyaya ciddi güzəştlər edilməlidir. “Koreya müharibəsindən sonra imzalanmış atəşkəs sazişinə bənzər bir şəkildə nəzarət edilən ərazilərin dondurulmasına nail olmalıyıq” – deyən Ramasvami eyni mazanda Ukraynanın NATO-ya qəbul edilməsinin əleyhinədir. Ümumiyyətlə Ramasvami hesab edir ki, Ukrayna ABŞ üçün xarici siyasət prioriteti olmamalıdır. Onun fikrincə, Vaşinqton üçün əsas təhlükə Çin və Rusiya-Çin ittifaqıdır. Respublikaçı namizəd Rusiya və Çinin timsalında iki nüvə dövləti ilə mübarizənin çətin olacağı qənaətindədir.

Vivek Ramasvami “Sky News” televiziya kanalına müsahibəsində deyib ki, o prezident seçilərsə Vladimir Putinlə razılaşa biləcək. Yəni Ramasvaminin fikrincə, əgər Vaşinqton Ukraynanın NATO üzvlüyünü dəstəkləməsə Kreml Ukraynaya qarşı müharibəni dayandıracaq. Halbuki, müharibənin dayandırılması Ukraynanın öz ərazilərini itirməsi və ya işğalın dondurulmasıyla nəticələnəcək. Prezidenliyə iddialı olan namizəd Ukrayna torpaqlarının bir hissəsinin Rusiyaya güzəştə gedilməsi fikrinin tərəfdarıdır. Prezidentliyə namizədin açıqlamalarından belə çıxır ki, Putinlə münasibətləri normallaşdırmaqla bütün gücü Çinlə mübarizəyə yönəltmək lazımdır. Ancaq Rusiya ABŞ-la yaxınlaşmaq üçün Çinlə münasibətlərin gərginləşməsinə getməz.

Vaşinqton 1970-ci illərin ortalarında SSRİ və Çinlə mübarizədə ikinci ilə münasibətlərin normallaşmasına üstünlük verdi, bu dəfə isə tərsinə Rusiya ilə dostlaşıb Çinlə mübarizənin vacibliyi bildirilir. Vaşinqtonun Çinlə dostluğu uzun çəkmədiyi kimi Rusiya ilə dostluq ideyasının reallaşması da problematikdir.

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam