Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Liderlərin Görüşünə Ehtiyac Var -ANALİZ

 Yenixeber.org: Pekin Vaşinqtonla münasibətləri normallaşdırmağa çalışsa da, hələ ki, bu alınmır. Çin lideri Tsi Cinpin iyun ayında ABŞ dövlət katibi Entoni Blinken Pekində qəbul etmişdi. Bu görüş münasibətlərdə nisbi yumşalmağa yol açmalıydı. Çin rəsmiləri Blinkenlə münasibətlərin müxtəlif istiqamətlərini müzakirə etmişdilər. Ancaq bu səfərdən dərhal sonra ABŞ prezidenti Cozef Bayden Tsi Cinpini diktator adlandırdı. Bununla da münasibətlər yenidən gərginləşdi.

Pekin Vaşinqtonun “münasibətlərin normallaşması” vədlərinə inanmır. Buna baxmayaraq, Çin ABŞ-la dialoqdan imtina etmir. Pekin Vaşinqtonun Çinə münasibətinin dəyişəcəyinə ümid edir. Buna rəğmən, Çin və ABŞ liderlərinin görüşü hələ ki, mümkün görünmür. Sonuncu dəfə iki ölkənin lideri ötən il İndoneziyada “böyük iyirmilərin” sammitində görüşmüşdülər.

Liderlərin görüşü baş tutmadığına görə münasibətlərin normallaşması perspektivi yoxdur. Bu arada, Çin Xarici İşlər Nazirliyinin bəyanatında ABŞ “yalan imperiyası” adlandırılıb. Bu Çin Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinin bəyanatına cavab idi. Dövlət Departamentinin bəyanatında bildirilirdi ki, Çin hər il dezinformasiyanın yayılmasına, xarici mediaların alınmasına və senzuranın güclənməsinə milyardlarla dollar xərcləyir. Pekin bu iddiaları qəbul etmir.

Buna baxmayaraq, iki ölkə iqtisadi əlaqələrdən imtina etmirlər. Vaşinqton və Pekin bir-birinə qarşı münasibətdə gah qamçı, gah da kökə siyasətindən istifadə edirlər. “The Financial Times” dərgisi Çin-ABŞ münasibətlərinin gələcəyini Çinin iqtisadi artım tempinin azalması vəziyyətindən necə çıxacağı ilə əlaqələndirib. Çinin xarici bazarlara və texnologiyalara çıxışı məhdudlaşıb. Qərb ölkələri Çinin iqtisadi gücünü zəiflətməyə çalışırlar.

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam