Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Qərb Qafqazın “barıt çəlləyi”ni partlada bilmir:Əliyevin səbri məkrli oyunları yenə pozur

ABŞ, Fransa və bəzi digər Qərb siyasi iradə mərkəzləri, eləcə də Rusiya rəsmi Bakının hövsələsini tarıma çəkməyə, Azərbaycanı savaş qərarına sövq etməyə cəhd göstərirlər... Ancaq rəsmi Bakı təmkinli davranır, Ermənistana həddini bildirəcək savaş qərarını regiona kənar qüvvələrin deyil, məhz Azərbaycanın maraqlarına uyğun vaxtda və şərtlər daxilində qəbul etməyə üstünlük verir...

Yenixeber.org: Cənubi Qafqazda son dövrlər üçün sentyabr ayının xüsusi özəlliyi mövcuddur. Belə ki, məhz bu ayda regionda situasiyanın tamamilə dəyişdirilməsi mümkün olub. Azərbaycan ordusu 2020-ci ildə törədilmiş növbəti erməni təxribatına cavab olaraq, əks-hücum əməliyyatlarına başlayıb. Ermənistanın 30 ilə yaxın bir nüddətdə davam etmiş işğalçılığına son qoyub və Azərbaycanın ərazi bütüövlüyü bərpa edib. Və rəsmi İrəvanın indi sentyabr ayının gəlişindən qorxması tamamilə başadüşüləndir.

Onu da qeyd etmək lazımdır ki, 2020-ci ildə də təxminən oxşar situasiya yaranmışdı. Rəsmi İrəvan Azərbaycana qarşı aqressiv və təhdidkar addımlar atmağa çalışırdı. Ermənistanın o vaxtkı müdafiə naziri “yeni savaş, yeni torpaqlar” tezisi ilə müharibə anonsu verirdi. Baş nazir Nikol Paşinyansa, “Qarabağ Ermənistandır və nöqtə” deməklə, sülh danışıqlarını dəfn edib, regionu savaşa məhkum buraxmağa çalışırdı.

Eyni zamanda, həmin ərəfədə Rusiyadan Ermənistana intensiv şəkildə hərbi-nəqliyyat təyyarələri ilə silah-sursat daşınırdı. Açıq-aşkar görünürdü ki, Paşinyan hakimiyyəti sülh danışıqlarından imtina edərək, Azərbaycanla yeni müharibə planları qurur. Azərbaycanın işğal olunmuş ərazilərini birdəfəlik Ermənistana birləşdirmək niyyəti üzərində fokslaşıb. Və o vaxt Azərbaycan ordusu rəsmi İrəvanın həmin məkrli planlarını pozdu, üstəlik, cəmisi 44 gün ərzində işğal altındakı əraziləri azad etdi.

00910f44-60a0-460f-b4f0-0a08613795df.jpg (260 KB)

Maraqlıdır ki, elə indi də Paşinyan hakimiyyəti Azərbaycana qarşı analoji hərbi təxribatlar törədir. Baş nazir Nikol Paşinyan Brüssel, Praqa, Soçi və Vaşinqton görüşlərində əldə olunan anlaşmalardan imtina edir, faktiki olaraq, Ermənistanı sülh prosesindən çıxartmağa çalışır. Üstəlik, yenə də Ermənistana intensiv şəkildə silah-sursat və hərbi texnika daşınır. Sadəcə, bu dəfə Ermənistanın silahlandırılmasını Rusiyanın əvəzinə Fransa və Hindistan öz üzərinə götürüb. Və bütün bunlar Cənubi Qafqazda yeni savaşın ilkin əlamətləri sayıla bilər.

Digər önəmli məqamlardan biri də ondan ibarətdir ki, hazırda Cənubi Qafqazda növbəti müharibənin baş verməsində maraqlı olan beynəlxalq siyasi iradə mərkəzləri mövcuddur. Üstəlik, həmin beynəlxalq siyasi iradə mərkəzləri ciddi şəkildə fəallaşıblar. Və öz geopolitik maraqları üçün regionda yeni silahlı toqquşmaların baş verməsi üçün əllərindən gələn hər şeyi edirlər.

Məsələ ondadır ki, Kreml Rusiyanın Cənubi Qafqazdakı mövcudluğunu qoruya bilməsi üçün yeni regional müharibədə maraqlıdır. Çünki bu halda, Kreml Rusiyanın regional sabitliyin təmin edilməsində həlledici rol oynadığını qabartmaq şansı qazana bilər. Və eyni zamanda, Rusiyaya xəyanət etmiş Paşinyan hakimiyyətinin də cəzalandırılması üçün uyğun şərtlərin yaranma ehtimalı da qətiyyən istisna deyil.

ABŞ isə bunun əksinə olaraq, Rusiyanın regionda sülhə və sabitliyə təminat verə bilmədiyini əsaslandırmaq üçün real arqumentlər axtarır. Eyni zamanda, yeni savaş Ağ Evə Cənubi Qafqazda cərəyan edən hərbi-siyasi proseslərin Rusiyanın nəzarətindən çıxarılması baxımından da müəyyən əlavə manevr imkanları qazandıra bilər. Və ona görə də, ABŞ siyasi dairələri hazırda Ermənistanın savaşa çağırış xarakteri daşıyan hərbi təxribatlarını daha çox sükutla müşahidə edir.

8c46ee73a41fc84751fbb6dbdf80463e.jpg (36 KB)

Nəhayət, Fransa Cənubi Qafqazda baş verə biləcək yeni savaşa birmənalı şəkildə regiona yerləşmək şansı kimi yanaşır. Rəsmi Parisi əslində, Ermənistanın taleyi o qədər də maraqlandırmır. Fransa siyasi dairələri ümid edirlər ki, əgər, yeni regional savaş baş verərsə, bu bölgəyə nüfuz edərək, Cənubi Qafqazın geoiqtisadi potensialından özünə pay qopara bilər.

Göründüyü kimi, Cənubi Qafqazda “müharibə atəşini alovlandırmağa” çalışan dünya nəhənglərinin strateji hədəfləri fərqlidir və bir-biri ilə kəskin ziddiyyət təşkil edir. Ancaq buna baxmayaraq, onların yeni savaş maraqlarında üst-üstə düşən yeganə bir önəmli məqam da mövcuddur. Belə ki, bu nəhəng dövlətlər məhz Azərbaycanın savaşa başlamasına çalışırlar. Və rəsmi Bakının Azərbaycan ordusunu hərəkətə gətirmək məcburiyyətində buraxılması üçün əllərindən gələn hər şeyi edirlər.

Təbii ki, əsas məqsədi anlamaq o qədər də çətin deyil. Azərbaycan Cənubi Qafqazda şəriksiz geopolitik iradə sahibidir. Rəsmi Bakı regionda müstəqil siyasət yürütmək qüdrətində olan yeganə dövlətdir. Ona görə də, dünya nəhəngləri bu bölgədə öz strateji hədəflərinə yaxınlaşmaları üçün mütləq Azərbaycanla anlaşmaq məcburiyyətindədirlər. Və bu reallıqsa, onları qətiyyən qane etmir.

0b1b433a-7caf-4ea1-ba9d-50db4d8a598c.jpg (251 KB)

Ona görə də, rəsmi Bakı ilə anlaşmaq əvəzinə Azərbaycana qarşı təzyiq mexanizmləri qazanmağa can atırlar. Bu hədəfə isə yalnız Azərbaycan ordusunun savaşa başlayacağı təqdirdə, nail olmaq mümkün ola bilər. Ona görə də, bütün mümkün vasitələrlə rəsmi Bakının hövsələsini tarıma çəkməyə, Azərbaycanı savaş qərarı verməyə sövq etməyə cəhd göstərirlər.

Ancaq məhz bu məsələdə dünya nəhənglərinin planları ciddi problemlə üzləşib. Çünki Azərbaycan Prezidenti İlham Əliyev onların təxmin etdiyindən daha səbrli dövlət xadimi olduğunu nümayiş etdirir. Belə ki, Azərbaycan ordusu istənilən genişmiqyasılı hərbi əməliyyatlara hazır vəziyyətdədir. Ancaq rəsmi Bakı hələlik Azərbaycana qarşı Ermənistanın hərbi təxribatlarına sərt reaksiya verməklə, kifayətlənir.

Anlaşılan odur ki, Prezident İlham Əliyev səbrlə Ermənistanın cəzalandırılması üçün uyğun şərtlərin yetişməsini təmin etməyə daha çox üstünlük verir. Yəni, bu, o deməkdir ki, Azərbaycan ordusu genişmiqyaslı hərbu əməliyyatlara regiondan kənar qüvvələrin istəyi ilə başlamayacaq. Rəsmi Bakı belə bir qərarı yalnız Azərbaycanın maraqlarına uyğun vaxtda və şərtlər daxilində verəcək.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam