Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

KREMLİN SINDIRILMIŞ “ŞEYTAN BARMAĞI”... - Rusiya regionumuzda getdikcə öləziyən nüfuzunu bərpa edə biləcəkmi?

Rusiya XİN-in Azərbaycanla Ermənistan arasındakı münasibətlər və Qarabağ gündəmi ilə bağlı son məlum təxribatçı bəyanatını məhz növbəti Brüssel görüşü öncəsi verməsi təsadüfi deyildi. Rusiyanın əsrlər boyu regionumuzda yürütdüyü siyasət nəzərə alınmaqla, Azərbaycanla Ermənistanın ikitərəfli qaydada razılaşma əldə etməyə yaxınlaşması və bunun Moskvanın yox, Qərbin vasitəçiliyi əsasında həyata keçirilməsi Kremli hiddətləndirməyə bilməzdi.

Yenixeber.org:  Məhz buna görə Kremlin kimi üzdəniraq “politoloq- təbliğatçıları”nın, Ermənistandakı və Qarabağdakı qulbeçələrinin, eləcə də Azərbaycandakı hücrələrinin fəallaşdığı hiss olunur.

Məsələn, Azərbaycana qarşı kəskin təxribatçı mövqeyilə seçilən politoloq Mixail Aleksandrov Rusiya XİN-in məlum bəyanatından dərhal sonra Ermənistan mətbuatına çıxıb: “Rusiya dağlıq Qarabağ əhalisinin təhlükəsizliyini öz üzərinə götürüb. Sülhməramlılar nə üçün yeridilmişdi? Rusiya öz sülhməramlılarını ona görə yeritmişdi ki, dağlıq Qarabağı öz protektoratlığına götürsün. Bunun əvəzində isə bir neçə rayon Azərbaycana döyüşsüz verildi. Orada müharibə hələ bir neçə ay davam edə bilərdi və onun nəylə bitəcəyi bəlli deyildi. Rusiya dağlıq Qarabağı müdafiə etmək məsuliyyətini öz üzərinə götürüb və bunu yerinə yetirməlidir...”

Eyni mövqeni Ermənistandakı Rusiya 5-ci kolonu və Qarabağdakı separatçılar da nümayiş etdirirlər. Məsələn, Ermənistanın sabiq Prezidenti, hərbi cinayətkar Serj Sarqsyanın partiyasının sözçüsü Eduard Şarmazanov Rusiya XİN-in bəyanatı ilə bağlı bildirib: “Əgər Ermənistan hökuməti Qarabağı veribsə, o zaman ermənilər Rusiyadan nə istəyirlər? Rusiya (bu bəyanatı ilə) eyham vurur ki, onun təklif etdiyi oyun qaydaları dağlıq Qarabağın Azərbaycanlaşmasını nəzərdə tutmayıb. Rusiya eyham vurur ki, 2020-ci ilin 9 noyabr bəyanatı ən azı Qarabağdakı ermənilərin statusunun müzakirəsini uzun müddətə təxirə salır”.

Sarqsyanın sözçüsü əlavə edib ki, Rusiyanın məqsədi erməniləri “oyatmaq” və onlara Qarabağı məhz Paşinyanın verdiyini anlatmaqdır. Bu “fəalkətin” qarşısını almaq üçün isə kütləvi etirazlar olmalı və Ermənistanın hazırkı hakimiyyəti devrilməlidir.

Qarabağdakı separatçılar da Rusiyanı müdafiə edərək, Sergey Lavrovun idarəsinin son bəyanatını müsbət qarşılayıblar. Məsələn, qondarma qurumun “parlamenti”nin nümayəndəsi Metakse Akopyan bildirib ki, Rusiya XİN bu bəyanatı verməklə çox vacib addım atıb: “Rusiya bu dəfə də göstərdi ki, Ermənistanın və “artsax”-ın dostudur. Bu, Ermənistan hakimiyyətinin imzalamaq istədiyi fəlakətli sənədlərlə bağlı xəbərdarlıq idi. Rusiya həmçinin xəbərdarlıq etdi ki, 9 noyabr bəyanatını təsdiqləməyən heç bir sənəd qəbul oluna bilməz”Lakin bütün bunlar çarəsiz çırpıntılara bənzəyir, Moskvanın gözlədiyi effekti vermir və verə də bilməz. Erməni cəmiyyətinin ümumilikdə Rusiyaya münasibəti xeyli dəyişib və heç də hər zaman Kremn qulbeçələrinin mövqeyilə üst-üstə düşmür.

Məsələn, Azərbaycan XİN-in Kremlə kəskin cavabı fonunda Ermənistan tərəfi ümumiyyətlə, Rusiya XİN-in son bəyanatına cavab vermədi. Hansı ki, onu da deyəcək sözü vardı. Çünki bu bəyanatda Ermənistanın daxili işlərinə, idarə olunmasına, rəhbərliyin fəaliyyətinə və mövqeyinə açıq müdaxilələr var.

Ümumiyyətlə, özü əvvəllər bütün postsovet məkanında, indi isə Ukraynada qanlı münaqişə yaradan, dünyanı nüvə silahı ilə təhdid edən, beynəlxalq hüquqa, qonşu ölkənin ərazi bütövlüyünə, dinc əhalisinə, dövlətçilik hüququna açıq şəkildə, ən vəhşi və qeyri-insani üsullarla qəsd edən bir dövlətin vasitəçiliyi, sülhməramlı kontingenti kimə və nəyə lazım ola bilər? Belə bir təcavüzkar və “izqoy” dövlətin hərbi kontingentinin bizim suveren ərazilərimizdə mövcudluğunun özü bir nonsensdir və qəbuledilməzdir.

Hazırda görünən odur ki, regionda sülh prosesini pozmaq üçün bütün rıçaqlarını işə salan Kreml hər nə qədər çalışsa da, istədiyinə nail ola bilmir, onun hər zaman regionumuzu “qurdalayan” “şeytan barmağı” ciddi zədələnib, hətta demək olar ki, sındırılıb və bu prosesin kökü məhz Ukraynada qoyulub. Ona görə də bir çox əcnəbi politoloqların fikrincə, Azərbaycan Prezidentinin məhz indiki məqamda Ukraynaya rəsmi yardım paketi ayırması da müəyyən mətləblərdən xəbər verir...(azpolitika)

Cəlal Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam