Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Sülh sazişi qeyri-mümkündür? –Hüquqi analiz

Yenixeber.org: Azərbaycan və Ermənistan bir-birinin (86,6 min km2 və 29,8 min km2), ərazi bütövlüyünü tanıdığını təsdiqləsə də, bir qisim erməni siyasətçi/ekspertləri sülh sazişinin qeyri-mümkün olduğunu bildirir.

     ER Konstitusiyası

Ermənistan 23 avqust 1990-cı il tarixində Müstəqillik Haqqında Bəyannamə qəbul etdi. Bəyannamə  Qarabağı Ermənistanın tərkib hissəsi kimi nəzərdən keçirdən Ermənistan SSR Ali Şurasının 1 dekabr 1989-cu il tarixli aktına istinad edir. Bu daha sonra 5 iyul 1995-ci ildə qəbul edilmiş Konstitusiyanın preambulasında öz əksini tapmış və Konstitusiyaya 27 noyabr 2005 və 6 dekabr 2015-ci illərdə edilən düzəlişlər zamanı toxunulmaz qalmışdır. Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan sülh sazişinin Ermənistan Konstitusiyasına (EK) zidd olduğunu bildirən erməni siyasətçi/ekspertləri sülh sazişinin qeyri-mümkün olduğunu “sübut” etməyə çalışırlar. 

Lakin burada onlar mühüm bir hüquqi/məntiqi xətaya yol verirlər: ER-ın digər aktorlarla indiyə qədər imzaladığı müqavilələr ərazi bütövlüyü məsələsini də özündə təcəssüm etdirirdi. ER-ın beynəlxalq hüquq/ictimaiyyətə görə ərazisi 29,8 min km2-dən ibarətdir. Rusiya ilə imzalanan ikitərəfli təhlükəsizlik sazişlərində, 1992-ci il Kollektiv Təhlükəsizlik haqqında sazişdə, habelə digər ölkələrlə imzalanan sazişlərdə ərazi bütövlüyü məhz 29,8 min km2 çərçivəsində nəzərdən keçirilir. Şözsüz, Paşinyan vaxt qazanmaq üçün Konstitusiyanın dəyişdirilməsi məsələsini ortaya ata bilər, lakin faktiki buna heç bir əsas yoxdur. Belə ki, əgər İrəvanın imzaladığı sazişlər indiyə qədər Konstitusiya Məhkəməsi (KM) tərəfindən Konstitusiyaya zidd müqavilələr kimi rədd edilməyibsə, deməli Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu nəzərdə tutan sülh sazişi də EK-ya zidd müqavilə kimi nəzərdən keçirilə bilməz.

        1991 v/s 1989

Bir qisim qüvvələr 1991-ci 10 dekabr tarixli “referenduma” istinad edib, Qarabağın Azərbaycanın tərkibindən hələ 1991-ci ildə çıxdığını iddia edirlər. Qondarma rejimin heç bir ölkə tərəfindən tanınmadığını bir kənara qoyub, belə bir qanunauyğun sual formalaşdırmaq olar: əgər Qarabağ və Ermənistan 1989-cu il aktına və EK-ya görə vahid bir subyekti özündə xarakterizə edirsə, onda 1991-ci ildə Qarabağ erməniləri kimdən öz “müstəqilliyini” elan etmişdilər? Cavabın (Azərbaycan və ya Ermənistandan) nə olmasından asılı olmayaraq, 1991-ci il “referendumu” 1988-ci il aktını mənasız edir. 

       1992-ci il qərarı

8 iyul 1992-ci ildə Ermənistan Ali Şurasının (AŞ) qəbul etdiyi qərara əsasən, ER Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağı nəzərdə tutan istənilən növ hüquqi aktı (saziş/qanun) qəbuledilməz sayır. Ermənistan elitası qərarın Ermənistan AŞ-ı tərəfindən qəbul edildiyini bildirib, qərarın ancaq Ermənistan parlamenti tərəfindən ləğv edilə bildiyini iddia edir. Gerçəklikdə isə EK (Madddə 5) və Normativ-hüquqi aktlar haqqında 2018-ci il qanununa əsasən (Maddə 2, 37), hüquqi aktlar iyerarxiyasında qanunlar hökümət aktlarından üstün olsalar da, parlament qərarları hökümət aktlarını üstələyə bilmir. Başqa sözlə desək, baş nazir tərəfindən imzalanan akt avtomatik olaraq 1992-ci il qərarını ləğv etmiş olacaqdır. 

        Ratifikasiya

Beynəlxalq müqavilələr haqqında 23 mart 2018-ci il qanununa əsasən, ratifikasiya proseduru aşağıdakı kimidir:

a.Sazişin mətni ilk növbədə xarici işlər, ədliyyə və maliyyə nazirliklərindən keçib, onların müsbət rəyini almalıdır (Maddə 11);

b.Müsbət rəy əsasında imzalanan saziş, KM-ya göndərilməlidir (Maddə 12);

c.KM-dan keçmiş saziş parlament tərəfindən ratifikasiya olunmalı və prezident tərəfindən təsdiqlənməlidir (Maddə 13).

EK-ın 103-cü maddəsinə görə, parlamentdə vacib aktlar 3/5 səs çoxluğu ilə qəbul edilir. 2021-ci il seçkilərində Vətəndaş Müqaviləsi partiyası parlamentdəki 107 yerdən 71-nə sahib oldu. Paşinyanın KM, hökümət və prezident institutunda apardığı “kadr islahatları” onun bütün hakimiyyət qollarında mövqelərinin güclənməsinə gətirib. Bu isə o deməkdir ki, sülh sazişi imzalanarsa Paşinyan onu KM-dan keçirdib, 3/5 səs çoxluğu (64 deputat) ilə ratifikasiya etdirib, təsdiq üçün prezidentə göndərə bilər.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam