Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Türkiyədəki seçkilərin politoloji analizi

Yenixeber.org: 14 mayda baş tutmuş seçkilərdə R.T.Ərdoğan 49,5%, onun rəqibi K.Qılıçdaroğlu isə 45% səs topladı. Heç bir namizədin 50%+1 səs toplamaması seçkiləri 28 mayda keçiriləcək II tura saxladı.

                             Xarici siyasət və iqtisadiyyat

Qərb Ankara ilə Yunanıstan, Kipr, Liviya, Suriya və s. bu kimi regionlarda problem yaşadığından Qılıçdaroğlunun hakimiyyətə gəlməsini arzulayır. 2018-ci ildə Brüssel Türkiyədə demokratiyanın “zəifləməsini” bahənə edərək, Türkiyənin üzvlüklə bağlı danışıqlarını dondurdu. Qılıçdaroğlunun qələbəsi Türkiyənin xarici siyasətində Aİ/NATO vektorunu irəli çıxardıb, (nəticəsiz) danışıqların bərpasına gətirə bilər. Əksinə, Rusiya və Yaxın Şərq ölkələrinin böyük qismi Ərdoğanın hakimiyyətdə qalmasında maraqlıdır.

Seçkilərin II tura qalması və Ərdoğanın hakimiyyətdə qalıb, iqtisadi siyasəti davam etdirmə ehtimalı Türkiyənin dövlət istiqrazlarını dəyərdən saldı. Türkiyənin fond birjası 20% dəyərini itirdi. Ödəmə müddəti 2045-ci ildə başa çatan dövlət istiqrazları dollara nisbətdə 71 sentə düşdü.

                      Sinan Oğan və siyasi məyusluq faktorları

II tur seçkilərinə S.Oğan (SO) faktoru müəyyən dərəcədə təsir göstərəcək. SO-nun millətçi baxışları onu Ərdoğana, sekulyarlığı isə Qılıçdaroğluya yaxın edir. SO iki namizəddən birini dəstəkləmək üçün bir neçə şərt irəli sürüb. Şərtlərin bəziləri (PKK ilə aktiv mübarizə) Qılıçdaroğlu, bəziləri isə (dinin dövlətdən ayrılması, nazir portfelləri) Ərdoğan tərəfindən apriori qəbul edilməzdir. Görünən odur ki, SO bilərəkdən belə şərtlər irəli sürüb, qəliz qütbləşmə şəraitində xalqın heç bir tərəfini özündən uzaqlaşdırmaq istəmir. Əslində bu 2028-ci il seçkilərinə hesablanmış strategiya ola bilər. Bununla belə qeyd edək ki, 5%-lik göstəricisi bir o SO-nun siyasi kapitalını yox, bir nə qədər Ərdoğan və Qılıçdaroğluna qarşı verilən səslərin məcmusunu özündə ehtiva edir. Bu qəbildən II turda 5%-lik elektorat müstəqil qərar qəbul edəcəkdir.

Türkiyə cəmiyyətində müəyyən məyusluq müşahidə edilir. Görünən odur ki, II turda seçki iştirakı 14 maydakından daha aşağı olacaq. Bu ilk növbədə müxalifət seçiciləri arasında özünü biruzə verəcəkdir. Müxalifətin və Qərbin gözlənti/ümidlərinə rəğmən K.Qılıçdaroğlu Ərdoğanı üstələyə bilmədi ki, bu da Qılıçdaroğluna münasibətdə məyusluq hissini artırdı.

                         Siyasi-hüquqi analiz

Dəyişənlərin çoxluğu II turda qalibi indidən müəyyən etməyə imkan vermir. İqtidar parlamentdə üstünlüyü qoruya bildi. Konstitusiyaya görə, qanunvericilik yalnız parlamentə məxsus olub, kiməsə ötürülə bilməz (maddə 6), prezident isə icraedici hakimiyyəti Konstitusiya və qanunlar çərçivəsində həyata keçirməlidir (maddə 8). Parlament qanun və büdcəni qəbul edir, məzənnə buraxma və müharibə məsələlərini həll edir, beynəlxalq müqavilələri ratifikasiya edir və 3/5 səs çoxluğu ilə amnistiya və əfv qərarları qəbul edir (maddə 87). Konstitusiyaya görə (maddə 89) prezident tərəfindən geri qaytarılan qanunlar, prezidentin düzəliş/təkliflərinə rəğmən parlament tərəfindən ikinci dəfə mütləq səs çoxluğu ilə qəbul edilsə prezident onu promulqasiya etməlidir.

Konstitusiya məhkəməsi parlament və prezident tərəfindən birgə formalaşdırılan 15 hakimdən ibarətdir (maddə 146). Hakimlər qərarları yalnız Konstitusiya, qanunlar və öz əqli nəticələrinə uyğun qəbul etməlidirlər. Gördüyümüz kimi, prezidentin fərman və sərəncamları məhkəmə qərarlarının hüquqi əsasını təşkil etmir. Heç bir fiziki, hüquqi və ya siyasi şəxs hakimlərə və ya məhkəməyə əmr, tövsiyyə və təklif verə bilməz, məhkəmənin qəbul etdiyi qərarlara həm qanunverici, həm də icraedici orqanlar tabe olub, onu gecikdirmədən icra etməlidirlər (maddə 138). 

                          Güclü və ya balanslı hakimiyyət

II turdan asılı olmayaraq Türkiyə parlamentində artıq indidən güclü Azərbaycanmeylli ittifaq formalaşıb. Əgər II turda Ərdoğan yenə qalib gəlsə, iqtidar olduqca güclü olacaq. Əgər qələbə Qılıçdaroğluya çatsa, onun hakimiyyəti AKP-nin üstün olduğu parlament və məhkəmə qolları tərəfindən tarazlanacaqdır. Hakimləri dəyişmək parlamentin dəstəyini tələb etdiyinə görə bu siyasi balans/qütbləşmə növbəti beş il davam edəcəkdir.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam