Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

ABŞ və Körfəz ölkələrindən İrana ÇAĞIRIŞ -Molla rejimi mövqeyini dəyişməsə...

ABŞ və Körfəz ölkələri İranı “nüvə təxribatlarına son qoymağa və diplomatik prosesə ciddi yanaşmağa” çağırıb.

Yenixeber.org: Bu barədə xəbər Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-da yer alıb.

Məlumata görə, Körfəz Əməkdaşlıq Şurasının üzvləri və ABŞ-ın yüksək rütbəli rəsmiləri şuranın paytaxt Ər-Riyaddakı qərargahında keçirdikləri görüşdən sonra birgə yazılı açıqlama veriblər.

Açıqlamada İran mütərəqqi raketlərdən istifadə etmək, terrorizmi dəstəkləmək, pilotsuz uçuş aparatları və kibersilahlardan istifadə etmək, eləcə də onları regionda və dünyada yaymaqda günahlandırılıb. İranın bu addımlarla sabitliyi pozmaq siyasətini davam etdirməsi pislənib.

Həmçinin İranın qeyri-rəsmi tərəflər, xüsusilə də Yəməndəki husi milisləri ilə hərbi əlaqələrini artırması ilə bağlı narahatlıqlara diqqət çəkilib, Tehranın zənginləşdirilmiş uran istehsalının mülki ehtiyacları üstələdiyi, bunun regional və beynəlxalq gərginlik üçün təhlükə yaratdığı bildirilib.

Bəyanatda İran mövqeyini dəyişməyə, nüvə təxribatlarına son qoymağa və diplomatik prosesə ciddi yanaşmağa çağırılıb, Tehran rəhbərliyi Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) işi ilə əməkdaşlığa dəvət edilib.

İranın region və nüvə proqramına qarşı siyasətlərinə qarşı ən yaxşı üsulun diplomatiya olduğu vurğulanan açıqlamada Tehranın qeyri-sabitlik fəaliyyətlərinə qarşı ABŞ və Körfəz Əməkdaşlıq Təşkilatı ölkələri arasında əməkdaşlıq sahəsinin genişləndirilməsi imkanlarına işarə edilib.

Bəyanatda bildirilib ki, İran diplomatik yolu seçərsə, region İran xalqı üçün daha təhlükəsiz olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam